Heydər Əliyev Mərkəzində
“Xocalı 613” adlı
klassik musiqi gecəsi keçirilib
Fevralın 26-da Heydər Əliyev Mərkəzində “Xocalı
613” adlı klassik musiqi gecəsi keçirilib. Tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva
əvvəlcə Mərkəzin
foyesində Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr
olunmuş sərgi ilə tanış olub.
Sərgidə Ermənistan silahlı
qüvvələrinin keçmiş
SSRİ-nin 366-cı motoatıcı
alayının köməyi
ilə 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda törətdiyi soyqırımını,
bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.
Xocalı qətliamı
kimi faciələrin bir daha törədilməməsinə
çağırış edən simfonik poema
Xocalı soyqırımına
həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının
klassik əsərləri,
eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre
Thilloy) “Xocalı 613” simfonik poeması təqdim edilib. Solistlər Şükür
Səmədov (klarnet)
və Səbinə Rakçeyeva (skripka) olub.
Musiqi gecəsində
Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış
edib. Orkestrin ifasında görkəmli
Azərbaycan bəstəkarları
Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”,
Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik
qravürlərindən “Səyahət”
fraqmenti, Asəf Zeynallının “Muğamsayağı”
(skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin “Adajio” əsərləri səsləndirilib.Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il
fevralın 25-dən 26-na keçən
gecə Xocalıda törətdiyi soyqırımı
zamanı qətlə
yetirilmiş 613 mülki
azərbaycanlının xatirəsinə
ithaf olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla
Azərbaycan xalq musiqilərini özündə
birləşdirir, marş
ritmləri, əsgər
yürüşü və
pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini
çatdırır. “Xocalı
613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə
çağırış ifadə edir.
Pyer Tiloy:
İnsan dostlarının
həm sevincini, həm kədərini bölüşür
Qeyd edək
ki, musiqi gecəsindən əvvəl
Pyer Tiloy simfonik poeması ilə bağlı fikirlərini jurnalistlərlə
bölüşüb: “Xocalı
613” mənə ən
uyğun əsər adı kimi göründü.
Çünki Xocalı
şəhərin adı,
613 isə qurbanların
sayıdır”. Azərbaycana 20 ildir gəlib-getdiyini bildirən bəstəkar bu mövzuya təsadüfi müraciət
etmədiyini söyləyib.
“Ölkənizlə yaxından
maraqlanıram və Azərbaycanda dostlarımın
sayı get-gedə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların
kədərini özündə daşıyır.
Hər zaman azərbaycanlı dostlarım
mənimlə Xocalı
barədə düşüncələrini
bölüşəndə öz-özümdən soruşurdum
ki, nə edə bilərəm. Bilirdim ki, Avropa
musiqi mühitində bu mövzu, demək olar ki, heç tanınmır, Xocalı barədə məlumat çox azdır. Düşündüm ki, musiqi ən uyğun yoldur”, - deyə Pyer Tiloy söyləyib.
Azərbaycanla bağlı digər
əsərlərinin olduğunu
qeyd edən bəstəkar onların sırasında müharibə
mövzusunu, eləcə
də Azərbaycanın
müharibə ilə
bağlı çətinliklərini
əks etdirən “Cəhənnəmin göz
yaşları” əsərini,
habelə “Yanardağ”
əsərini diqqətə
çatdırıb,
bu istiqamətdə yaradıcılığını davam etdirəcəyini deyib.
Bəstəkar Xocalı soyqırımı
barədə məlumat
alarkən təsirləndiyini
və bu faciəyə əsər həsr etmək qərarına gəldiyini
bildirib: “Mən Azərbaycana ilk səfərlərimin birində
fotosərgidə iştirak
etdim və orada balaca bir
uşaq şəkli gördüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi
köçkün olduğunu
dedilər. Mən o zaman məcburi köçkünləri olan
bir ölkəyə səfər etdiyimi başa düşdüm. Ondan sonra araşdırmaya
başladım, bu müharibə haqda bir çox məlumatlar əldə etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlanırdım,
amma Xocalı soyqırımı haqqında
heç nə eşitməmişdim. Fikirləşdim
ki, belə qətliamın üzərindən
sükutla keçilməsi
ədalətsizlik olar
və bu barədə əsər yazmağı qərarlaşdırdım”.Xatırladaq ki, “Xocalı 613” əsərinin
premyerası 2013-cü il
fevralın 21-də Parisdə
olub. Daha sonra əsər
London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və
digər şəhərlərdə
təqdim edilib.Heydər
Əliyev Mərkəzində
səsləndirilən klassik
musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda
akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri,
mədəniyyət və
ictimai xadimlər, Xocalı şahidləri dinləyiblə
Respublika.-
2018.-28 fevral.- S.6.