Amsterdamda Xocalı soyqırımına
həsr olunmuş konsert-rekviyem təşkil
edilib
Niderland Krallığının
paytaxtı Amsterdamda Xocalı soyqırımının
26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin
“De Rode Hoed” Mərkəzində simfonik orkestrın iştirakı ilə baş tutan proqram Azərbaycan Respublikasının dövlət
himninin səslənməsi
ilə başlayıb.
Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma
kampaniyası çərçivəsində
hazırlanmış qısa
filmin təqdimatı keçirilib.Tədbirdə, həmçinin
Vyana Konservatoriyasının
tələbəsi, solist
Onidia Danger Azərbaycanla bağlı
fikirlərini bölüşüb.
O, Xocalı soyqırımı
ilə bağlı Azərbaycan xalqının
kədərini bölüşdüyünü
deyib, xalqımıza bir daha belə
faciə ilə üzləşməməyi və
sülh arzulayıb.Rekviyem-konsertdə
Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, bəstəkar-pianoçu
Abuzər Manafovun “Xocalıya” əsəri, Azərbaycan
xalq mahnısı “Sarı gəlin” və digər musiqilər səsnləndirilib.Tədbirdə
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov, Diasporla
İş üzrə
Dövlət Komitəsinin
sədri Nazim İbrahimov, Niderlandın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri,
jurnalistlər, Azərbaycanın
media qurumlarının
rəhbərləri iştirak
ediblər.
Vüqar Seyidov
Respublika.-
2018.- 28 fevral.- S.6.