Yeniləşən
şəhər
Böyük Vətən Müharibəsi başa
çatmışdı. SSRİ-nin sənayesini,
xüsusilə ağır sənayesini dinamik
inkişaf etdirmək lazım gəlirdi. Bunun üçün
ölkəyə bərk və yumşaq metallar, ən başlıcası isə dəmir,
alüminium, kobalt gərək
idi. Buna görə də
zəngin yeraltı sərvətlərə malik
Daşkəsən yataqlarını işə salmaq
qərara alındı.
Burada filiz mədənlərini işə salmaqdan ötrü
genişmiqyaslı quruculuq işləri
aparılmalı, sərt qayalı dağların belindən yollar çəkilməli, filizin
üstünü açmaq
və karxanalarda istifadə etmək üçün müvafiq
texnika gətirilməli idi.
Dağ-mədən sənayesi yaratmağa,
texnikanı quraşdırıb işə salmağa
mütəxəssislər, işçi
qüvvəsi tələb olunurdu. Odur ki, Moskvadan,
Leninqraddan, Krivoy-Roqdan
və Azərbaycanın hər yerindən axın-axın
mütəxəssis, fəhlə qüvvəsi cəlb edildi.
İlk növbədə
“27-lər” gəldi. Onların əksəriyyəti 1927-ci ildə
anadan olanlar idi. O vaxt 27-lərin səfərbərliyi
məhz Daşkəsənə olmuş,
sayları 900 nəfərdən çox təşkil
etmişdi. Əslində bu
gənclərin özləri də buraya qurub-yaratmaq həvəsi ilə gəlmişdilər.
Onlar ilk günlərdə
çadırlarda yaşadılar. Qısa vaxt
ərzində şöhrəti hər yana
yayılan möhtəşəm Azərbaycan Dağ-Mədən
Kombinatını yaratdılar. Müasir tipli binaların təməli qoyuldu.
Xariqələr yaradan
inşaatçılar qəhrəmanlıq nümunələri
göstərərək “şiş
ucları buludları yaran” dağlarda
binalar tikdilər, daş
döşəmə yollar çəkdilər,
bulaqları birləşdirib su mənbəyi
yaratdılar.
Bu arada bir az
tarixə nəzər salsaq, məncə,
yerinə düşər. Hələ XIX əsrin ikinci yarısında məşhur alman jurnalisti Qustav Roze “Qornıy”
jurnalında Daşkəsənin yeraltı sərvətlərindən
bəhs edən məqalə dərc etdirmişdi.
Bu yazıda qeyd edilmişdir ki,
yataqların işlədilməsinə ilk
dəfə 1868-ci ildə səy göstərilmişdir.
Geoloq-mühəndis Y.Litovski 1873-cü ildə həmin jurnalda yazmışdı ki,
Daşkəsəndə kobaltla
yanaşı, dəmir və başqa maqnitli metallar mövcuddur. Bu yeraltı
qazıntıların ehtiyatı orada daha çoxdur. Rus kimyaçı-alimi D.İ.Mendeleyev
isə 1893-cü ildə zəylik-alunit yataqlarına yüksək
qiymət verərək yazırdı: “Daşkəsəndəki
zəngin zəy daşı nə İtaliyada,
nə də Macarıstanda vardır. Mən öz
təcrübəmdən inandım ki, o çox asanlıqla kvars verir və dəmirdən
ayrılır”.
Onu da qeyd etmək
lazımdır ki, Sovetlər
dövründən əvvəl Almaniyadan olan Simens qardaşları
Daşkəsəndən qiymətli kobalt
çıxararaq ölkələrinə
daşımışlar. Bu onu göstərir ki,
Daşkəsənin filiz yataqları
avropalıları XIX əsrdə də daim
maraqlandırmışdır.
Beləliklə, 16 mart 1948-ci ildə Daşkəsən şəhərinin
bünövrəsi qoyuldu. O vaxt heç kimin ağlına gəlməzdi ki, bir
cığırı belə olmayan bu dağlarda şəhər
salına bilər. Lakin bütün çətinliklərə
baxmayaraq, dağı dağ
üstə qoymağı bacaran
xalqımızın mərd və qəhrəman
oğullarının yorulmazlıqları ilə
respublikamızda möhtəşəm bir
dağ şəhəri yaradıldı. Dəstəfur
rayonunun ərazisində belə gözəl
şəhər yarandığı üçün
məhz rayon mərkəzi də
1957-ci ildə Dəstəfurdan buraya köçürüldü.
Daşkəsən
şəhəri Nizami yurdu
Gəncədən 36 km aralıda, onun cənub-qərbində yerləşir.
Şəhər dəniz səviyyəsindən 1600 metr yüksəklikdədir. Şəhərin əsası
qoyulduğu vaxtlarda cəmi
3,5 min nəfər əhalisi vardı, indi təkcə şəhər mərkəzində
10
minə yaxın əhali yaşayır.
İllər bir-birini əvəz etdikcə, şəhərdə
lazım olan bütün
infrastruktur yaradıldı. Getdikcə tikinti idarələrinin sayı
çoxaldı. Azərbaycanda dağ-mədən kombinatı
ilə yanaşı, Zəylik-Alunit Mədən İdarəsi,
9 nömrəli Çörək Zavodu, Məişət
Xidməti Kombinatı, ticarət müəssisələri
yaradıldı.
Mədəniyyət sarayı, kinoteatr
binası, xəstəxana kompleksi, müasir tipli orta məktəb binaları, uşaq
bağçaları, körpələr evləri və bir çox başqa sosial obyektlər
də əhalinin istifadəsinə verildi.
“27-lər”in
və digər ilk qurucuların çoxu öz talelərini
Daşkəsənlə bağladılar. Burada
ailə qurdular, xoşbəxt ömür sürdülər. Onların çoxunun sinəsini SSRİ-nin
orden və medalları bəzədi. Daşkəsənlilər bu gün də Məmməd Həsənovun, Aslan Əliyevin, Əkbər Bayramovun,
Heydər Quliyevin, Nazəni Məmmədovanın,
Əli Həsənovun, Mehbalı Əmirovun, Rüstəm Bayramovun, Allahverdi Məmmədovun
və digərlərinin adlarını iftixarla
çəkir və yad edirlər.
Daşkəsən
şəhərini andıqca, Azərbaycan
Filizsaflaşdırma Kombinatını və Zəylik-Alunit Mədən
İdarəsini xatırlamamaq olmur. Əgər
bu müəssisələr
yaradılmasaydı, indiki Daşkəsən
şəhəri də olmazdı. Zəhmətkeş insanlar təkcə yeni
şəhər inşa etməklə
işlərini
bitmiş hesab etmədilər.
Mədənləri işçi qüvvəsi
ilə təmin etmək üçün
şəhərətrafı qəsəbələr də
saldılar. Beləliklə, “Mədənçilər”, Alunitdağ, Quşçu
və Kobalt qəsəbələri
yarandı. Həmin qəsəbələr dağ-mədən
sənayesinin inkişafı ilə birlikdə qurulmuş,
abad yaşayış məntəqələrinə
çevrilmişdir.
Dağlarda filiz yataqları tükənməz olduğu kimi, onlardan alınan məhsullar da
müxtəlif və rəngarəngdir. Odur
ki, Daşkəsən “Azərbaycan
Uralı” adını almış, sorağı hər tərəfə
yayılmışdır. Daha sonra mərmər karxanası və digər
obyektlər də Daşkəsənin sənaye ulduzlarına qoşuldular.
Bu yataqların
dəmiri hesabına Gürcüstanda Rustavi şəhəri salındı, metaləritmə
zavodu quruldu. Zəylik
aluniti sayəsində isə Gəncə Alüminium Zavodu
yaradıldı.
1954-cü ildən Daşkəsən
mədənləri Rustavi metallurgiya
zavodunu dəmir konsentratı ilə təmin
etdi.
Azərbaycan dağ-mədən
sənayesinin ilkini və flaqmanı olan Azərbaycan Filizsaflaşdırma
Kombinatı ilbəil istehsal gücünü artıraraq 60-cı illərin
əvvəllərində ildə 1,2-1,4 milyon
ton dəmir filizi
konsentratı istehsal etməyə
başladı.
Kombinatın məhsulları Qaradağ Ağırlaşdırıcı Materiallar Kombinatını, Bolqarıstanın Metallurgiya zavodlarını da
filizlə təmin etmişdir. Vaxtilə fəaliyyət
göstərmiş Kobalt və Çovdar Barit mədənləri
də kombinatın tərkibinə verildi.
Hər iki mədən 1960-cı ilədək
işləmiş, Böyük Vətən
Müharibəsi dövründə isə ölkəni 80-85 faiz kobalt və baritlə
təmin etmişdir.
Zəylik-Alunit mədəninin
işə düşməsilə Gəncədə inşa edilən Alüminium
Zavodu bu şəhərin
daha da böyüməsinə,
inkişaf etməsinə təkan verdi. Məsafənin yaxın olması bir sıra xərclərin azalmasına şərait
yaratdı. Həm zavod, həm də alunit mədəni gəlirlə işlədi.
Azərbaycanın
dövlət başçısı, dünya
şöhrətli siyasətçi Heydər Əliyev Daşkəsənin
yeraltı sərvətlərinin üzə
çıxarılmasına, onun sürətli
inkişafına, tərəqqisinə böyük
diqqət və qayğı göstərirdi. Bu dahi şəxsiyyətin
tapşırıqları və tövsiyələri ilə Zəylik-Alunit
mədəninin istehsal sahələri
genişləndirildi. Onun nəzdində
şəhərin mərkəzində çoxişlənən
mallar istehsalı sexi
yaradıldı. Burada 96 nəfər yeni işlə təmin olundu.
Şorbulaq civə mədəni və digər
obyektlər alunitçilərin ixtiyarına verildi.
Hər cür bazaya malik Səməd Vurğun
adına müasir tipli,
üçmərtəbəli orta məktəb
binası tikildi. Alunitdağ
qəsəbəsində mədənçilər üçün mişar
daşlarından ibarət iki-üç
mərtəbəli binalar inşa
edildi. Kəndlərin şəhərlə
əlaqəsini təmin etmək məqsədilə avtonəqliyyat
müəssisəsi yaradıldı. Hesablama
texnikası vasitələri zavodu işə
salındı. Yaşayış binalarının tikintisi sürətləndirildi. Şəhər
maye-qaz idarəsi təşkil edildi.
Kombinatın
və alunit mədəninin istehsal gücü
artırıldı, saflaşdırıcı fabrikdə nəm
üsulla konsentrat
istehsalına başlanıldı. Mədənlərdə
işlətmək üçün hər
cür müasir
ağır texnika, çoxtonlu
tutumu olan yük maşınları gətirildi. Məişət,
ticarət, mədəniyyət, təhsil sahələri geniş miqyas aldı.
Xalqımızın dahi oğlu Heydər
Əliyevin Daşkəsənin quruculuq
işlərinə verdiyi töhfələri
qısa bir məqalədə sadalamaqla qurtaran deyil. Məhz 1969-cu ildə onun
hakimiyyətə gəldiyi dövrdən başlayaraq
“Azərbaycan Uralı” böyüdü,
genişləndi, respublikamızın dilbər guşələrindən
birinə çevrildi, dünyanın coğrafi xəritəsində özünə
yer tutdu.
Ümummilli
liderimiz Heydər Əliyevin çox müdrik və
dünyəvi siyasətini böyük uğurla davam etdirən
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın
bölgələrinin sürətlə inkişafına, yeniləşməsinə
göstərdiyi misilsiz diqqət və
qayğı Daşkəsəndə də öz müsbət bəhrəsini vermişdir.
İttifaqın
dağılması nəticəsində iqtisadi
əlaqələrin qırılması şəhərin geriləməsinə,
inkişafdan qalmasına səbəb oldu. Bunu nəzərə alan Prezidentimiz 2006-cı il iyunun 13-də “Azərbaycan Respublikası
Daşkəsən rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” barədə sərəncam
imzaladı. Bununla da
Daşkəsənin yeni ağ
günləri başladı. Təbii ki, bu sərəncam Daşkəsənin
sürətli inkişafına səbəb oldu.
Sakinlərin gözü
qarşısında, demək olar ki, şəhərin ömrünü
yaşamış, artıq görkəmsiz küçə və
meydanları tamamilə sökülüb,
yenidən quruldu. İdarə, müəssisə
və yaşayış binalarının üzləri
suvadılıb təzələndi, dam
örtüklərinə göz oxşayan dəmir təbəqələr
vuruldu.
Qeyd
etmək lazımdır ki, o
vaxt Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın da bilavasitə dəstəyi və təşəbbüsü
ilə şəhərin mərkəzində ulu
öndərimizin möhtəşəm abidəsi
ucaldıldı, xatirə muzeyi
yaradıldı, məscid, bir neçə məktəb
binası tikildi, köhnələr əsaslı
təmir olundu. Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün iki bina ucaldıldı.
Gəncə-Daşkəsən-Xoşbulaq
yolu 2006-cı ilədək bərbad hala düşmüşdü.
Möhtərəm Prezidentimizin
tapşırığı ilə uzunluğu
47,4 km olan həmin yol yenidən genişləndirildi, asfalt örtük
salındı.
Dövlət
başçısı 2006-cı ilin 31
oktyabrında Daşkəsənə səfər etdi, buradakı abadlıq, yenidənqurma
işləri ilə tanış oldu. 47,4 kilometrlik yolun istifadəyə
verilməsi, ümummilli liderimizin
şəhərin mərkəzi meydanında
ucaldılmış möhtəşəm abidəsinin, xatirə
muzeyinin, yeni parkın
açılışları lentlərini kəsdi. Qarabağ
müharibəsi əlillərinə və şəhid ailələrinə
təzə mənzillərin açarlarını təntənəli
şəraitdə təqdim etdi. İş fəaliyyətini
dayandırmış Azərbaycan Filizsaflaşdırma
Kombinatının yenidən bərpadan sonra
fəaliyyətə başlamasını bildirən düyməsini
işə qoşdu.
Daşkəsənin
quruculuq, abadlıq və bərpası
işləri bunlarla yekunlaşmadı. Prezidentimizin tapşırığı ilə
bərpa, tikinti və abadlıq öz axarı ilə davam
etdirildi. Şəhərin sərhədində
memarlıq baxımından diqqəti cəlb edən Bayraq Meydanı yaradıldı.
Rayon icra hakimiyyətinin müasir
görkəmli binası, yeni rayon Mərkəzi Xəstəxanası kompleksi, rayon statistika, kənd təsərrüfatı,
baytarlıq, elektrik şəbəkəsi
binaları tikilib istifadəyə verildi. Şəhərin girəcəyində müasir tələbata cavab
verən avtovağzal sərnişinlərə
hədiyyə edildi. Səfalı Xoşbulaqda İdman və
Turizm Kompleksinin inşa edilməsi idmançıların
sevincinə səbəb oldu. Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün
daha bir 16 mənzilli bina tikildi.
Möhtərəm Prezidentimiz cənab İlham
Əliyev 2014-cü ilin oktyabr
ayında ikinci dəfə dağlar
qoynu Daşkəsənə səfər etdi. Yeni bina
və mühüm obyektlərin istifadəyə
verilməsində iştirak etdi, xeyir-dua verdi.
Qürurla
deyə bilərik ki, müstəqil və
suveren dövlətimizdə Daşkəsənin
gələcəyi daha parlaq,
daha gözəl olacaqdır. Çünki ümummilli liderimizin ən layiqli
davamçısı, ölkəmizin sosial-iqtisadi
inkişafının durmadan yüksəlməsinə,
regionların sürətlə abadlaşıb çiçəklənməsinə,
xalqımızın maddi-rifah
halının daim
yaxşılaşmasına böyük
önəm verən İlham Əliyev kimi dünya şöhrətli
Prezidentimiz vardır.
Tahir
MƏMMƏDOV
Respublika.- 2018.-5 iyul.- S.5.