Heydər Əliyev MərkəzindəAstanaböyük çölün incisiadlı sərgi açılıb VİDEO

İyulun 6-da Heydər Əliyev Mərkəzində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Qazaxıstan Respublikasının Birinci PrezidentiElbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli Mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. O, Astananın 20 illiyinə həsr edilən layihənin iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verdiyini qeyd edib. “Layihə Heydər Əliyev Fondu Qazaxıstan Respublikasının Birinci PrezidentiElbası Fondunun birgə əməkdaşlığı çərçivəsində planlaşdırılan tədbirlərdən biridir. Bu əməkdaşlığın məqsədi ölkələrimizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi təbliğinin genişləndirilməsi, çoxəsrlik əlaqələri olan xalqlarımızın daha da yaxınlaşdırılmasıdır”, - deyən Adil Kərimli bildirib ki, sərgidə təqdim olunan əsərlər hər bir ziyarətçidə Astana haqqında xoş təəssürat yaradacaq.

Qeyd edək ki, sərginin açılışı əlamətdar tarixə təsadüf edir. 6 iyul Qazaxıstanda bayram - Paytaxt Günü kimi qeyd olunur.

Müasirliyi gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Astananın coğrafi baxımdan da əlverişlimövqedə yerləşdiyini deyən Qazaxıstan Respublikasının Birinci PrezidentiElbası Fondunun icraçı direktorunun müavini İqor Roqov bildirib ki, Qazaxıstan paytaxtının arxitekturası, eyni zamanda, milli mədəniyyəti, ənənələri tam əks etdirir. “Ölkəmizin möhtəşəm bayramını - paytaxtımızın yubileyini qeyd etdiyimiz zamanda Heydər Əliyev Fondu sayəsində biz Astanaya həsr olunmuş sərgini məhz Azərbaycanda təqdim edirik. Bu, bizim üçün çox dəyərlidir. Hesab edirəm ki, bu sərgi vasitəsilə azərbaycanlı həmkarlarımız dostlarımız Qazaxıstanın paytaxtı haqqında ətraflı məlumat ala biləcəklər”, - deyə Elbası Fondunun icraçı direktorunun müavini qeyd edib.

Sonra ziyarətçilər sərgi ilə tanış olublar. Ekspozisiyada Qazaxıstan paytaxtının müxtəlif tikililərinin fotosu təqdim edilib. Onların arasında planetin 90 epik binası siyahısına daxil edilmiş, Astananın əsas brendi sayılanBayterek”, Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı – “Ak Orda”, Astanadakı Ekspo Mərkəzindəki ən qeyri-adi binalardan birikürəşəkilliNur Alemkimi memarlıq nümunələri var. Astana şəhərinin nadir tikililəri sırasında tanınmış britaniyalı memar Norman Fosterin layihə müəllifi olduğu binalar – “Sülh razılıq sarayı” (“Piramida”), dünyanın çadırşəkilli ən böyük binası kimi Ginnesin Rekordlar Kitabına düşmüşXan Şatırticarət-əyləncə kompleksi Nazarbayev Mərkəzinin binası da var.

Sərgidə qonaqlara Astana şəhərinin paytaxt elan edilməsinin 20 illiyinə həsr olunmuşAstanada bir gün Burabay Milli Dövlət Təbiət Parkından bəhs edənBurabayda bir günfotoalbomları təqdim olunub. Hər iki nəşr Qazaxıstan Respublikasının Birinci PrezidentiElbası Fondunun sifarişi ilə hazırlanıb. Birinci albomda Astananın görməli məkanları ultramüasir binaları, onların memarlıq quruluşu texniki xüsusiyyətləri ilə tanış olmaq olar. İkinci nəşr isəQazaxıstanın İsveçrəsi”nin - “Burabaymilli parkının gözəlliklərini əks etdirir.

Açılış mərasimində, həmçinin QazaxıstanınTuranetno-folklor ansamblı konsert proqramı ilə çıxış edib.

 

Astanaböyük çölün incisifotosərgisi ilk dəfə bu ilin aprelində Rusiyanın Moskva İspaniyanın Madrid şəhərlərində ictimaiyyətə təqdim edilib. Sərgi may ayında Rusiyanın Sankt-Peterburq, iyunda isə Həştərxan şəhərlərində nümayiş olunub. Bakıdan sonra sərginin Pekin, London, Berlin Parisdə təqdimatı nəzərdə tutulur.

 

Respublika.- 7 iyul.- S.5.