Bakının ən böyük kəndi

 

Jurnalist-publisist Kamal Novruzun “Qədim Məştağa” kitabı işıq üzü görüb

 

İndi intellektual yarışlar, breyn-rinqlər tez-tez təşkil olunur. Xüsusən telekanallarda, tədris ocaqlarında. Adları müxtəlif olsa da, məramları, təxminən eyni olur: böyüməkdə olan nəslin intellektini inkişaf etdirmək, məlumatlılıq səviyyəsini yüksəltmək. Rəngarəng mövzuları əhatə edən belə yarışmalarda iştirakçılara insan fəaliyyətinin bütün növlərinə, tarixə, coğrafiyaya digər bilik sahələrinə aid suallar təqdim olunur. Sırf bir sahəyə həsr olunan bilik yarışları da var. Bu baxımdan, hər həftənin bazar günü AzTV-də yayımlananAzərbaycanı tanıyaq tanıdaqadlı yarışmanı qeyd etmək olar. Oyunun diqqətəlayiq cəhəti məhz məktəblilərin vətənpərvərlik tərbiyəsinə hədəflənməsidir. Aksiomdur ki, güclü vətənpərvər olmaq üçün öncə vətəni yaxşı tanımaq gərəkdir. Müntəzəm izlədiyim həmin yarışda bir dəfə belə bir sual səsləndirildi: “Bakının ən böyük kəndi hansıdır?” İştirakçılardan sualı düzgün cavablandıra bilən olmadı. Uzun müddət Bakıda yaşasam, onu yaxşı tanıdığımı güman etsəm , sualın cavabını mən bilmirdim. Apardığım araşdırmalardan da bir qənaət hasil edə bilmədim. Yalnız bu günlərdə, keçmiş yoldaşım, son illər müxtəlif dini, elmi-populyar kitabların tərtibi çapı ilə məşğul olan Kamal Novruzun ikinci nəşri ötən ilin sonlarında çapdan çıxmışQədim Məştağakitabını mənə verəndən sonra sualın cavabını öyrənə bildim. Demə, bu, Məştağa kəndi imiş. Amma böyük zəhmətin, ciddi tədqiqatın məhsulu olaraq hasilə gələn 580 səhifəlik kitabdan öyrəndiyim təkcə bu olmadı. Maştağanın tarixi, burada keçmişdən məskən salmış nəsillər (tayfalar), əhalisinin məşğuliyyəti, kəndin tarixən formalaşmış məhəllələri, tanınmış simaları, təlim-tərbiyə ənənələri s. haqqında da mükəmməl məlumat təsəvvür aldım.

Kitab ilk baxışda ixtisasca jurnalist olan müəllifin gördüklərini, bildiklərini, eşitdiklərini publisistik dillə qələmə alması təsiri bağışlasa da əslində belə deyil. K.Novruz bir çox məsələlərə yanaşmada əsl tədqiqatçı səriştəsi nümayiş etdirərək kənd haqqındakı mövcud ədəbiyyatla, sənədlərlə dərindən tanış olmuş, onları yeri gəldikcə təhlilə çəkərək öz münasibətini bildirmişdir. K.Novruzun doğma kəndi Məştağaya sonsuz sevgisi elə kitabın ilk səhifələrindən hiss olunur. Müəllif nədən söz açırsa-açsın, orada yurd təəssübü ön planda görünür. Kitab bütövlükdə Məştağanın salnaməsi kimi dəyər daşısa da, onun bu qədim kəndi tanıtmaq hədəfi hiss olunandır bunu əsərin mündəricatı strukturu da aydın göstərməkdədir. K.Novruz bütün dini məkanlar üçün keçərli saymaq mümkün olan sübh azanını, namazdan sonra yavaş-yavaş canlanan kənd həyatını ön söz yerində təsvir etdikdən sonra kəndin tarixinə qısa ekskurs edir. Faktlara söykənərək göstərir ki, Məştağa Bakı şəhəri yaxınlığında şəhər ətrafında yerləşən kəndlər içərisində həm ərazisinə, həm əhalisinin sayına görə ən böyüyüdür. Müəllif bu qənaətini müxtəlif mənbələrdən gətirdiyi faktlar, fikirlərlə möhkəmləndirir. Kamal NovruzMəştağasözünün etimologiyasını da araşdıraraq mənasına aydınlıq gətirir. İndiyədək bu ada verilən şərhləri diqqətdən keçirən müəllif bu qənaətə gəlir ki, Məştağa sözü Azərbaycan türklərinin soykökünün formalaşmasında böyük rol oynamış massagetlərin adı ilə bağlıdır. Onun sözlərinə görə, massagetlər müxtəlif tarixi mənbələrdə maskut, malaxaun, məsqət, masqat adlandırılır. Görünür, kəndin adı da buradan götürülmüş, zaman-zaman deformasiyaya uğrayaraq Maştağa (Məştağa) kimi formalaşmışdır.

Qədim Maştağanın müxtəsər coğrafiyası da yeni nəşrdə öz əksini tapıb. Bu məqsədlə oxucuları yüz il bundan qabaqkı qədim Məştağaya səyahətə aparan K.Novruz müxtəlif coğrafi cəhətlərdən baxış bucağı altında yanaşma ilə onları kəndin coğrafiyası ilə tanış edir. Bunun davamı olaraq Məştağanın məhəllələri haqqında söz açılır. Müəllif kəndin əsas məhəllələri olan Keçəl məhəlləsi, Xunxar məhəlləsi, Seyidlər məhəlləsinin hər biri, həmin məhəllələri təmsil edən etnik qruplar, bu qrupların bir nümayəndəsi kimi seyidlərin Məştağaya gəlməsi burada məskunlaşması, məhəllələrin tanınmış simalarından ətraflı bəhs edir. Məştağanın yolları, bağları, əkin yerləri, meydanları, ovdanları, bulaqları, quyuları, hamam dəyirmanları haqqında tarixi-təsviri materiallara da kitabda geniş yer ayrılıb. K.Novruz onların hər birindən yurdsevər bir tədqiqatçı kimi söz açır.

Bakı kəndləri arasında öz dindarlığı ilə seçilən Məştağada, kitabda göstərildiyinə görə, 36 məscid, 4 pir olub. Müəllif məscidlərin sayını mübahisəli hesab etdiyindən onlardan daha böyükləri tanınanları haqqında məlumat verir. Hər məscid barədə verilən məlumatda onun tikilmə tarixi, məscidi tikdirən burada axundluq edən din xadimləri, hazırkı axundları ilə oxucular tanış edilir.

Ensiklopedik nəşr təsiri bağışlayan kitabda qədim Məştağa əhalisinin məşğuliyyətinə toxunulub. Müəllif qeyd edir ki, Məştağa əhalisinin əsas məşğuliyyəti bağçılıq, əkinçilik heyvandarlıq idi. Bunlarla yanaşı kəndin əhalisi arasında zəfərançılıq da geniş yayılmışdı. Vurğulanır ki, ötən əsrin əvvəllərində Azərbaycanda, o cümlədən Abşeronda ən çox ən keyfiyyətli zəfəran məhz Məştağada istehsal olunardı. Əhalinin əsas məşğuliyyətlərindən biri üzümçülük imiş. Kəndin bağlarında 25-dək üzüm növü yetişdirilərmiş. Buna görə Məştağa həm öz yüksəkkeyfiyyətli kişmişi ilə tanınırmış.

Kitabda yazılanlardan məlum olur ki, xalqımız arasında populyar olan, sevilən bir çox bayram mərasimlər qədim Məştağada da təntənə ilə qeyd olunurmuş. K.Novruz bunlardan Novruz, Orucluq, Qurban, Qədr bayramları haqqında ayrıca geniş söz açır, onların tarixi, keçirilmə qaydaları barədə məlumatları təqdim edir. Qədim Məştağada uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirilirmiş. Bir sıra dini qaydalar, davranış, etiket qaydaları, islam əxlaqının əsasları uşaqlara ailədə aşılanırmış. Uşaqlar məktəb yaşına çatdıqda valideynlər onları məktəbdarlıq edən mollaların yanına göndərərmişlər. Mollaxanada uşaqlara əvvəlcə əlifba - “əbcəd”, sonra isə Quran oxumağı öyrədirdilər. Quranı çıxdıqdan sonra molla uşaqlara SədininGülüstankitabından dərs deyərmiş... Bu barədə kitabda verilən geniş məlumatda, habelə, məktəbdarlıqla məşğul olan mollalardan da söz açılır.

Müəllif qeyd edir ki, Məştağa Abşeronda Bakı şəhərindən sonra ən böyük yaşayış məskəni olduğu kimi, burada yetişib ərsəyə gələn alimlər, din xadimləri başqa kəndlərə nisbətən çoxdur. O, kitabında həmin alim din xadimlərindən 50-dən çoxu haqqında müxtəsər məlumat verir. Kəndin tanınan, nüfuzlu, yaradıcı şəxsiyyətlərindən bir qismini şairlər təşkil edir. Həmkarımız kitabını yazarkən onları da unutmayıb ora tanınmış Məştağa şairləri, hazırcavab insanları haqqında geniş araşdırma yazısını da daxil edib. Həm yaradıcılıqlarından nümunələrlə birlikdə.

KitabınQədim Məştağa sənətkarları nəqliyyat vasitələri”, “Məştağada ləqəblər”, “Qədim maştağalılar” “Tarixin yaddaşındanadlı bölmələrində maraqlı, oxucunun Məştağa haqqında biliklərini, təsəvvürlərini genişləndirən məlumatlar yer alıb. Faktoloji materiallarla zəngin, dərin müşahidə, təhlil müqayisələr, mövcud ədəbiyyatlara, ciddi tarixi faktlara istinadən yazılmış kitabın dili öz axıcılığı, rəvan təhkiyəsi ilə diqqəti cəlb edir. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulsa da, fikrimizcə, o, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçılar üçün qiymətli mənbə ola bilər.

 

Yusif ƏLİYEV,

Əməkdar jurnalist

 

Respublika.- 2018.- 13 iyul.- S. 7.