Azərbaycan-Fransa əlaqələri qarşılıqlı etimad əsasında inkişaf edir

 

Bu günlərdə Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində dost ölkənin rəsmi şəxsləri ilə keçirilən görüşlər, aparılan danışıqlar hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişafını göstərdi.

Dünyanın ən inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlığa xüsusi önəm verən Fransa Azərbaycan ilə əlaqələrin inkişafında da maraqlıdır. Fransa ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin deputatı Hikmət Babaoğluİki sahilqəzetinə açıqlamasında bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin Fransaya  səfəri  səmərəli olmaqla mühüm əhəmiyyət kəsb edir. Bu səfər bir neçə səciyyəvi aspektdən Azərbaycan üçün önəmlidir: “Səfərdə yaddaqalan, maraqlı məqamlar çoxdur. Ən önəmlisi səfərin siyasi tərəflərini diqqətdə saxlayan, danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yaradacaq görüşlərdir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə Fransa ilə strateji münasibətlərimizin dərinliyi bu ölkənin bizim daha yaxın müttəfiqimiz olması anlamına gəlir. Azərbaycan bu həssas istiqamətdə daim xüsusi siyasi-diplomatik aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu hətta bəzi KİV-lər Fransanın Ermənistanı satması ilə bağlı müəyyən xəbərlər belə yaydılar. İkinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərininböyük yeddiliyi”nə daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir Azərbaycan kimi dinamik inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz”.

 

Deputat, həmçinin onu da qeyd etdi ki, əgər buraya Fransa iqtisadiyyatının ən modern texnologiyalar əsasında formalaşması amilini əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından qədər faydalana biləcəyimizi açıq görə bilərik: Azərbaycan da öz inkişaf potensialına enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Prezident İlham Əliyev Fransada dostcasına qarşılandı xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Cənab İlham Əliyevin səfərinə göstərilən yüksək diqqət ölkə rəhbərinin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısının fransalı həmkarı ilə şəxsi münasibətlərinin yaxınlaşması baxımından da bu səfər əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividentlər qazandıracaq. Digər bir məsələ ondan ibarətdir ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir. Onun Avropa İttifaqı çərçivəsində söz sahibi olması amilini nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün dərəcədə əhəmiyyətli olmasını görə bilərik. Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.

 

Prezident İlham Əliyevin Fransaya səfərini şərh edən Milli Məclisin deputatı Azər Badamov da bildirdi ki, bu səfər hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir: “Bu gün Azərbaycan Fransa Avropanın digər ölkələri ilə ikitərəfli münasibətlər qurur, əməkdaşlıq coğrafiyasını genişləndirir. Bir neçə gün əvvəl İtaliya Prezidentinin Bakıya rəsmi səfəri səfər çərçivəsində keçirilən görüşlər, eyni zamanda Azərbaycanın yeni sənaye parklarına səfərlərin edilməsi, oradakı vəziyyətlə tanışlıq, biznes strukturlarına ölkəmizin marağının artması istiqamətində böyük əhəmiyyəti olmuşdur. Ardınca cənab Prezidentin Fransaya səfəri, biznes strukturları ilə görüşlər keçirməsi onların Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olduqlarını gördük. Bu səmimi münasibətlər onu deməyə imkan verir ki, Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlıq münasibətlərini daha da genişləndirir.  Qarşılıqlı etimad hər iki ölkəyə daha da böyük uğurlar qazandıra bilər. Yəni Azərbaycan Avropaya inteqrasiya olunur, öz iqtisadi əlaqələrini genişləndirir”.

 

Deputat, həmçinin onu da diqqətə çatdırdı ki, bu gün ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müəyyənləşdirilməsidir: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda Avropa İttifaqının dəstəyi vacibdir. Fransa ATƏT-in minsk qrupunun həmsədrlərindən biridir. İnanıram ki, bizim problemimizin sülh yolu ilə həllində Fransanın həmsədr kimi böyük töhfəsi olacaq. Bunun üçün Azərbaycan- Fransa  münasibətlərinin daha da gücləndirilməsi vacibdir”.

 

A.Badamov, eyni zamanda onu da qeyd etdi ki, artıq  Ermənistan dalana dirənib:  Fransa kimi bir dövlətin Ermənistandan üz çevirməsi göstərir ki, düşmən dünyada dayaqlarını itirir. İşğalçı ölkə olaraq yeritdiyi siyasət, kriminal dövlət olaraq atdığı addımlar heç bir ölkə tərəfindən qəbul olunmur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın cinayətlərini, işğalçılıq siyasətini dünyaya çatdırmaqla bu dövləti təcrid edəcək. Bütün regional layihələrdən təcrid olunan Ermənistanın artıq siyasi arenadan təcrid olunması istiqamətində  müəyyən addımlar atılır. Düşmən işğalçılıq siyasətindən əl çəkməsə, bütün dünya ondan üz döndərəcək. Artıq Rusiya Fransa lazımi addımları atır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Ölkə başçısı Azərbaycan xalqının, dövlətimizin maraqlarını ifadə edərək bütün dünya qarşısında öz siyasi xəttini müdafiə   davam etdirir”.

 

Məmmədli, Atamoğlan.

Respublika.- 2018.- 14 iyul.- S.9.