Parisdə diplomatların tədbirlərində
Bakının ümumdünya
sərgisinə namizədliyi
ilə bağlı məlumat verilib
Parisdə Bakının “Expo
2025” Sərgisinə namizəd
olması şərəfinə
qəbul təşkil
edilib Noyabrın 14-də
Parisdə, Royal Pavilyonda Azərbaycanın
paytaxtı Bakının
Beynəlxalq Sərgilər
Bürosunun 2025-ci ildə
keçiriləcək Ümumdünya
Sərgisinə namizəd
şəhər olması
şərəfinə qəbul
təşkil edilib.
Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanı "Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin
qədim tarixə, zəngin mədəniyyətə
malik olduğunu dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən
şərəf hissi duyduğunu bildirdi.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış
etdi.
Sonra
Azərbaycan haqqında
videoçarx nümayiş
olundu.
Qədim
tarixə, zəngin mədəniyyətə və
adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə
inkişaf edən ölkə kimi bütün dünyanın
diqqət mərkəzindədir.
Azərbaycanın paytaxtı
Bakının "Expo
2025” Ümumdünya Sərgisinə
namizəd şəhər
olması da təsadüfi deyil.
Bu gün
Azərbaycan dünyada
həm də müxtəlif sahələrə
aid mötəbər beynəlxalq tədbirlərin,
idman yarışlarının
yüksək səviyyədə
keçirildiyi ölkə
kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək
iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları
və stendləri həm təşkilatçılar,
həm də iştirakçılar tərəfindən
yüksək qiymətləndirilib.
Bu tədbirlərdə
Azərbaycan layiqincə
təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti,
adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya
ictimaiyyətinin diqqətinə
çatdırılıb.
Bakının
"Expo 2025” Ümumdünya
Sərgisinə namizəd
şəhər olması
şərəfinə keçirilən
qəbulda Azərbaycan
və dünya bəstəkarlarının əsərləri,
həmçinin xalq mahnıları səsləndirildi.
Qeyd
edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak
edib. Ölkəmizin
"Milan Expo 2015”dəki
pavilyonunu sərgi günlərində 3 milyondan
çox insan ziyarət edib. Türkiyədə təşkil
olunan "Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük
maraq doğurub. Astanada keçirilən
"Expo 2017” Beynəlxalq
Sərgisində isə
ölkəmiz "Enerji
Yurdu - keçmişdən
gələcəyə daşınan
enerji” konsepsiyası əsasında hazırlanan
pavilyonla təmsil olunub.
Azərbaycan
"Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil
etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf
etdirək, daha yaxşı gələcək
quraq” olacaq.
Bakı
ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin
də "Expo 2025” Ümumdünya Sərgisinin
keçirilməsi üçün
namizədliyi irəli
sürülüb.
Bakının "Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil
edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış
ictimai-siyasi xadimləri,
diplomatik korpusun nümayəndələri və
digər nüfuzlu şəxslər iştirak
etdilər.
Tədbir zamanı
qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə
nəşrlər böyük
maraqla qarşılandı.
Sonda tədbir
iştirakçılarına Azərbaycanla bağlı
suvenirlər, paytaxtımızın
"Expo 2025”ə namizədliyinə
həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim
edildi.
Respublika.-
2018.- 17 iyun.- S.5.