Kristin Maqri: Sərgi vasitəsilə Azərbaycana
səyahət etdik
“Məhəbbət tandemi” adlandırılan bu sərgi çox gözəldir və maraqlıdır. Rənglər göz oxşayır. Tabloların ölçülər çox böyük deyil, ancaq insana ətraflı məlumat verir. Onlarda gündəlik həyat səhnələri əks olunub. Sanki Azərbaycana səyahət etdik.
Bu fikri
AZƏRTAC-a müsahibəsində “Lions
Clubs International” klubunun nümayəndəsi
Kristin Maqri bildirib.
O deyib: “Tablolar, xüsusilə də portretlər sanki insanla danışır.
Mən bu sərgiyə gələrkən belə
müsbət mənada
təəccüblənəcəyimi gözləmirdim. Çox gözəl
əsərlərdir”.
Sərgiyə bir qrup nümayəndə
ilə qatıldıqlarını
söyləyən Kristin Maqri
qruplarının bir milyondan çox üzvü olduğunu bildirib. “Azərbaycan mədəniyyətini çox
sevir və onunla yaxından maraqlanırıq. Bir neçə
ilə əvvəl Nitsa şəhərində
Azərbaycan caz musiqiçilərinin konsertini
təşkil etmişdik.
Ümumiyyətlə Azərbaycan mədəniyyəti
ilə maraqlandığımız
üçün harada
olmasına baxmayaraq tədbirlərdə iştirak
edirik”, -deyə o vurğulayıb.
AZƏRTAC
Respublika.- 2018.- 17 iyul.- S.3.