“Azərbaycan
Respublikasında turizmin inkişaf
etdirilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. “Azərbaycan Respublikasında turizmin inkişaf
etdirilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
27 dekabr tarixli 1179 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2097)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədən “və publik hüquqi şəxsin
təsisçisinin “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində
nəzərdə tutulan səlahiyyətlərini həyata
keçirsin” sözləri çıxarılsın;
1.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə
edilsin:
“3-1. Azərbaycan Respublikasının Dövlət
Turizm Agentliyi “Milli Turizm Təbliğat Bürosu” publik
hüquqi şəxsin təsisçisinin “Publik hüquqi
şəxslər haqqında” Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini
həyata keçirsin.”;
1.3. 5.4-cü bənddə “Mədəniyyət və
Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri
ilə və “hissəsinə əsasən yaradılacaq”
sözləri “hissəsində nəzərdə tutulan”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun
2018-ci il.
Respublika.- 2018.-12 iyun.- S.3.