Qarabağ müharibəsi əlillərinə
və şəhid ailələrinə yeni mənzillər
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından
alınaraq təmir etdirilmiş 15 ədəd
mənzil Sumqayıt şəhərindən olan
Qarabağ müharibəsi
əlilləri və şəhid ailələrinə
təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə,
mənzillərin təqdim
olunması tədbirində
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə
həyata keçirilən
uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial
cəhətdən həssas
əhali qruplarına dövlət qayğısının
artırılması, habelə
Qarabağ müharibəsi
əlilləri və şəhid ailələrinin
rifah halının yaxşılaşdırılması istiqamətində mühüm
addımların atılmasına
imkan verdiyini bildirib. Nazir müavini, eyni zamanda, Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin mənzillə
təminatı proqramının
icrası sahəsində
görülən işləri
diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan
Respublikası Prezidenti
cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar əlil
olmuş şəxslərin
və şəhid ailələrinin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında” 13 mart 2018-ci il tarixli Sərəncamı
bu istiqamətdə tədbirlərin uğurla
davam etdirilməsinə
imkan verir.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
maddi təminatlarının
gücləndirilməsi və
həyat şəraitlərinin
yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində
aparılan işlərdən
razılıq hisslərini
ifadə ediblər. Onlar pensiya və
müavinətlərinin, Qarabağ
müharibəsi əlilləri
və şəhid ailələri üçün
Prezidentin aylıq təqaüdlərinin artırılmasına,
eyni zamanda, əziz bayramımız olan Novruz bayramı
ərəfəsində yeni
mənzillərlə təmin
olunduqlarına görə
Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını
ifadə ediblər.
Mustafa KAMAL
Respublika.- 2018.- 22 mart.- S.1.