Lənkəranda multikulturaliz
mövzusunda ictimai müzakirə
Aprelin
30-da Lənkəran şəhərində
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin “Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev multikulturalizmin Azərbaycan
modeli haqqında” kitabının cənub bölgəsi rayonlarının
ictimaiyyətinə təqdimatına
və ictimai müzakirəsinə həsr
olunmuş tədbir keçirilib. Tədbirdən
əvvəl Lənkəran
ŞİH başçısı Taleh Qaraşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya
təminatı və sənədlərlə iş
şöbəsinin müdiri
Yadigar Məmmədli,
Lənkəran, Astara və Lerik rayonları
ictimaiyyəti nümayəndələri şəhərin
Heydər Əliyev Xatirə parkına gəlib Ümummilli Liderin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Şəhərin Heydər Əliyev
Mərkəzində keçirilən
tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh
Qaraşov bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu kitabda Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu
böyük uğurla
davam etdirən cənab Prezident İlham Əliyevin ölkəmizdə multikultural
dəyərlərin formalaşması
və möhkəmlənməsi
istiqamətində həyata
keçirdikləri misilsiz
fəaliyyət barədə
çox dəyərli
fikirlər toplanıb.
Bu fikirlər bir daha sübut edir ki, məhz
Ulu Öndərin dərin düşüncəsi
ilə müəyyənləşmiş milli siyasətin cənab Prezident İlham Əliyev tərəfindən
daha da inkişaf etdirilməsi millətlərarası
münasibətlər sahəsində
tolerantlığı, həmrəyliyi
və ümumazərbaycan
mənafeyi naminə birgə yaşayışı
təmin edib, müxtəlif millətlərin
və xalqların dostluq və qardaşlığını, onların
arasında qarşılıqlı
anlaşmanı daha da
möhkəmləndirib. Gərgin
münaqişələr dövrünü
yaşayan müasir dünyada Azərbaycanın
nümunəvi tolerant cəmiyyətinə
görə sabitlik adası kimi tanınmasının qürurverici
olduğunu vurğulayan
İcra başçısı
bu sahədə əldə olunan uğurları Heydər Əliyev milli siyasətinin bəhrəsi
oldugunu və kitabda bu barədə
geniş məlumatların
verilməsinin multukulturalizmin
Azərbaycan modelinin dünyada təbliğində
və geniş yayılmasında böyük
əhəmiyyəti olacağını
diqqətə çatdırıb.
Müzakirələr zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya
təminatı və sənədlərlə iş
şöbəsinin müdiri
Yadigar Məmmədli,
Lənkəran ŞTŞ-nın
müdir müavini Güloğlan Bağırov,
Rayon Ağsaqqallar Şurasının
sədr müavini Sərhad Məmmədov tədbirdə çıxış edib kitab barədə fikirlərini tədbir iştirakçıları
ilə bölüşüblər.
Əlisəfa
Həsənov
Respublika.-
2018.- 3 may.- S.5.