“Uşaq kitab həftəsi” çərçivəsində təşkil olunan gənc rəssamların müsabiqəsində 

Ənənəyə sadiq olaraq 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi (Неделя детской книги - "Книжкина неделя - 2019") keçirilir.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi sözügedən müsabiqəyə qoşularaq, rayonun ərazisində fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda 2018-ci ilin noyabr-dekabr 2019-cu ilin yanvar aylarında Uşaq rəsmi müsabiqəsini təşkil edəcəkdir. Müsabiqədə qalib gələn 10-a qədər ən yaxşı uşaq rəsmi Rusiya Federasiyasında keçirilən müsabiqəyə təqdim olunacaq.Ənənəvi olaraq müsabiqəyə həmin ilin yubilyarları olan şair yazıçıların əsərlərinə çəkilmiş rəsmlər təqdim olunur. 2019-cu ildə yubilyarlar sırasına V.Bianki, P.Bajov, İ.Krılov, A.Qaydar, A.Belyayev, E.Voyniç, F.Kuper, N.Ostrovski, K.Doyl daxil edilib.

Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, müstəsna hal kimi gənc rəssamlara Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkilləri müsabiqəyə təqdim edilməsi barədə icazə verilib.Müsabiqənin münsiflər heyəti 60-a yaxın ən yaxşı rəsmləri seçərək, onları albom şəklində nəşr edəcək. Müsabiqənin qalibi olmuş hər bir uşağın fotosu çəkdiyi rəsmlə birgə sözügedən albomda yerləşdiriləcək. Qaliblərə fəxri fərman, kitab albom hədiyyə ediləcək.

Müsabiqədə həmçinin, Belarus, Qazaxıstan, Qırğızıstan respublikalarının gənc rəssamlarının iştirakı gözlənilir.

Müsabiqədə 5 yaşdan - 11 yaşa qədər 12 yaşdan - 16 yaşa qədər uşaqlar iştirak edə bilərlər.

 

Əli Sadığov

Respublika.- 2018.- 1 noyabr.- S.7.