Üzeyir sənəti daim yaşayacaqdır

Dahi Üzeyir bəyinLeyli Məcnunoperasının ürək titrədən melodiyası səsləndikcə, pərdə yavaş-yavaş qalxır, böyük ekranda ölməz musiqiləri ilə əbədiyaşar bəstəkarın həyatını əks etdirən kadrlar, kinofilmlərindən fraqmentlər bir-birini əvəz edir, gözəl musiqi salonu bürüyür... Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 38 saylı görmə qüsurlu uşaqlar üçün onbirillik musiqi məktəbinin Üzeyir HacıbəylininLeyli Məcnunoperasının 110 illik yubileyinə həsr etdiyi əbədi-bədii gecə elə bu ovqatla da davam edib hər bir iştirakçıya xoş duyğular yaşatdı...Tədbiri onun təşkilatçısı, musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdiri Nailə Şexzamanova açaraq dahi bəstəkarın ömür tarixçəsindən, yaradıcılığından danışdı: “Üzeyir Hacıbəyli! Artıq bu əfsanəvi, əvəzsiz bəstəkarın adı zamanın məhvərindən çıxaraq əbədiyyətə qovuşmuşdur. Üzeyir bəyLeyli Məcnunoperasını 1907-ci ildə, 22 yaşında ikən yazmış 1908-ci ilin yanvarında Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulmuşdur. Azərbaycan xalqının ülvi məhəbbət himninə çevrilmiş bu operanın libretto müəllifi dahi bəstəkarın özüdür. Operanın səhnə coğrafiyasının genişliyi başqa xalqların da bu əsərə böyük marağından, məhəbbətindən xəbər verir. Opera Tehran, Təbriz, Tiflis b. səhnələrdə uğurla səhnələşdirilmişdir. Türk tamaşaçıları Üzeyir bəyin əsərləri ilə hələ keçən əsrin əvvəllərindən tanışdırlar. SSRİ Xalq artisti, bəstəkar, akademik Qara Qarayev yazırdı: “... Azərbaycan xalqının ürəyindəLeyli Məcnun”un xüsusi yeri vardır bu yer əbədidir. Opera səhnəmizin ən yaxşı əsərlərindən biri olanLeyli Məcnuntəkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə ilk opera olmuşdur. Bu, Üzeyir Hacıbəylinin incəsənətimiz üçün misilsiz xidmətlərindən biridir”.Söz musiqiyə verildi. Musiqi məktəbinin xanəndəlik şöbəsinin müəllimləri Kifayət Mikayılova Emin RzayevinLeyli Məcnunduetindən sonra Ruslan Yusifov, Neza Hacıyeva, Fatma İsrafilovanın ifasında lirik rəqs tamaşaçılara təqdim olundu. Aynurə Əhmədovanın rəhbərlik etdiyi uşaq xoruŞəbi-hicrankantatasını ifa etdi. “Arazbarı” - zərb muğamının ifası ilə tədbirin bədii hissəsi başa çatdı.

Sonra həmyerlimiz, hazırda ABŞ-da yaşayan musiqişünas, tanınmış qarmon ifaçısı, Azərbaycanda qarmon məktəbinin yaradıcılarından biri Əhəd Əliyevin nəvəsi Sevinc Fon-Brüssefdorf çıxış edərək Azərbaycan musiqi tarixinin fəxr duyulacaq nümayəndələrindən biri olan Üzeyir Hacıbəylinin ölməz operasının 110 illik yubiley tədbirinə dəvət olunduğu üçün musiqi məktəbinin rəhbərliyinə minnətdarlığını bildirdi. Onlara gözəl anlar yaşadan ifaçılara uğurlar arzuladı.

Xüsusi təyinatlı 5 nömrəli internat mək

təbinin direktoru İradə Vəzirova fiziki cəhətdən qüsurlu uşaqlarla işləməyin çətinliklərindən söz açaraq musiqi məktəbindəki istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində görülən işlərdən danışdı, tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.Sonda musiqi məktəbinin direktoru Esab Əliyev söz alaraq dedi: “Artıq məktəbimizdə bu cür tədbirlərin keçirilməsi ənənə şəklini almışdır. Əslində belə musiqi gecələri məktəbimizin kollektivinin bir növ hesabat konsertidir. İstedadlı şagirdlərimizin böyük səhnələrə yolu məhz buradan başlayır. Üzeyir bəyin ölməz operasının 110 illiyinə həsr olunmuş bu tədbirdə böyük zəhmət hesabına başa gəlib. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu gün ilk yaradıcılıq addımlarını atan şağirdlərimiz böyük səhnələrdə böyük uğurlar qazanacaqlar”.

Bəli, dahi Üzeyir bəy həmin gün bir daha anıldı, musiqi məktəbinin kollektivinin hazırladığı tədbir bir daha onu göstərdi ki, Üzeyir sənəti daim yaşayacaqdır!..

 

Zümrüd QURBANQIZI

Respublika.- 14 noyabr.- S.6.