Vaqif Sultanlının “Ölüm
yuxusu” kitabı Moskvada nəşr olunub
Bu günlərdə yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının
“Ölüm yuxusu”
(“Son zabveniə”) adlı
kitabı Moskvada nəşr olunmuşdur. Nəfis şəkildə
“Mısl” nəşriyyatında
yayınlanan kitaba müəllifin eyniadlı
povesti, son dövrlərdə
qələmə aldığı
iki hekayəsi daxil edilmişdir. Povest və hekayələri rus dilinə Cavid Abbaslı çevirmişdir.
Qeyd edək
ki, bu, müəllifin
rusdilli oxucularına təqdim olunan ilk kitabıdır. Bundan öncə, yazıçının
“İnsan dənizi” romanı, ayrı-ayrı hekayələri Rusiya, Ukrayna və Belorusiyanın müxtəlif
ədəbi dərgilərində,
habelə Avropa və Amerikanın rusdilli mühacirət mətbuatında dərc olunmuşdur.
Yazıçının şərti- metaforik üslubda qələmə
alınmış “Ölüm
yuxusu” povestində kənd qəbiristanlığının
köçürülməsi fonunda cəmiyyət həyatında baş verən mənəvi-əxlaqi
problemlər bədii mənzərəsini tapmışdır. Kitaba daxil
edilmiş “Külq qəfəs” və “Zolaqlı yuva” hekayələri isə özünəməxsus yazı
tərzi ilə seçilməkdədir.
Azərbaycan mühacirət irsi ilə bağlı bir çox dəyərli araşdırmaların
müəllifi professor
Salavat İshakov kitaba yazdığı ön sözdə povest və hekayələrlə bağlı
düşüncələrini belə ümumiləşdirmişdir:
“Faciəvi və kədərli hadisələrlə
müşayiət olunan
personajların taleyi cəmiyyəti narahat edən ciddi sosial və mənəvi-əxlaqi problemlər
kontekstində aşkarlanır.
Bədii mətnin mürəkkəb strukturu,
fəlsəfi mahiyyəti,
təsvir və təhkiyə özəllikləri
yazıçının bənzərsiz
yaradııcılıq üslubunu
şərtləndirir”.
Respublika.-
2 oktyabr.- S.5.