Dayanıqlı inkişaf modelinin yeni ünvan: Masallı
Cənub bölgəsinin iri kənd təsərrüfatı və sənaye mərkəzi kimi tanınan Masallıya davamlı şəkildə dövlət qayğısı göstərilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayona səfərləri, sosial-iqtisadi və mədəni inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamlar göstərilən qayğının bariz nümunəsidir.
Bu günlərdə cənab Prezidentin Masallıya növbəti səfəri yerli sakinlərin böyük sevincinə, razılığına səbəb olmuş, yaddaşlarda dərin iz qoymuşdur. Masallılılar ölkə başçısının səfərindən məmnunluqla söhbət açır, göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynovu təkcə Masallıda deyil, ətraf rayonlarda, hətta paytaxt Bakıda da qabaqcıl təhsil işçisi kimi tanıyırlar. O, ömrünün 40 ildən çoxunu təhsilin inkişafına həsr edib, əməyi cənab Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülüb, yenilikçi, novator müəllim, nümunəvi məktəb direktoru, ağsaqqal kimi hörmət, nüfuz qazanıb. M.Hüseynov doğma rayonun abadlığı, inkişafı, tərəqqisi, uğurları ilə daim sevinir, qürur duyur.
Həmsöhbətimiz Mirqabil Hüseynov ürək sözlərini bizimlə bölüşür:
—Möhtərəm Prezidentimizin Masallıya hər gəlişi əsl bayrama, el şadyanalığına çevrilir. Onun səfərləri çox mühüm obyektlərin təməlqoyma və açılış mərasimlərilə yadda qalır. Bu günlərdə cənab Prezident rayonumuza 10-cu dəfə səfər edib. Dövlətimizin başçısı aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərini yüksək qiymətləndirərək dedi: “Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının, Olimpiya kompleksinin, Gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları — bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər. Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük”.
Məhz cənab Prezidentin xeyir-duası ilə Masallı şəhərində Bayraq meydanı və Dövlət rəmzləri muzeyi, Tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Uşaq-incəsənət məktəbi, Regional boks və taekvando mərkəzləri inşa edilmiş, Mədəniyyət mərkəzi əsaslı təmir edilmiş, 47 ümumtəhsil müəssisəsi tikilib istifadəyə verilmişdir. Bundan əlavə, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, “Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox iş yeri açılmışdır.
Mirqabil müəllim söhbətinə davam edərək bildirir ki, bu il sentyabr ayının 18-də cənab Prezident Masallı rayonu ilə bağlı daha iki mühüm sərəncam imzalamışdır. Həmin sərəncamlarla Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat, rayonda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasından ötrü 1 milyon manat vəsait ayrılmışdır.
Əlbəttə, bütün bunlar hər birimizi sevindirir, dövlətimizin başçısına ürəklərdə olan məhəbbəti, minnətdarlıq hisslərini daha da artırır. Bir ziyalı, ağsaqqal kimi deyə bilərəm ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun və onun rəhbərlik etdiyi aparatın işgüzarlığı, çevik idarəetmə və zəngin təcrübələri sayəsində bütün qüvvələr cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin həllinə yönəlib. Ölkə başçısının qeyd etdiyi kimi, Masallıda infrastruktur layihələrin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır. Rayonun sakinləri dayanıqlı elektrik enerjisi ilə təmin olunub. Yeni yollar çəkilir, rayonda kənd yollarının təxminən 85 faizi yenidən qurulub.
Möhtərəm Prezidentimiz Masallı və Biləsuvar rayonlarına səfərləri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışında da iştirak edib. Yeni yol paytaxtla məsafəni təxminən 40 kilometr qısaldır. Masallı sakinləri bu yolun istifadəyə verilməsini ürəkdən alqışlayır və cənab Prezidentə minnətdarlıqlarını bildirirlər.
Ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Bunun bariz nümunəsini Masallı rayonunda görmək olar. Rayon böyük sənaye potensialına malikdir. Prezident yeni yaradılmış Masallı Sənaye Məhəlləsinin açılışında şəxsən iştirak edib, burada çalışan sahibkarlara, fəhlələrə ürək sözlərini deyib, arzularını çatdırıb.
Sahibkar Süleyman Qurbanov rayonun Tatyanoba kəndindəndir. On ildən
artıq Rusiyada kommersiya fəaliyyətilə
məşğul olub.
Vətəndə azad sahibkarlıq
üçün hər
cür şəraitin
yaradıldığını görüb, 2003-cü ildə
doğma rayona qayıdıb. Burada da
kommersiya ilə məşğul olub.
Hazırda Masallı Sənaye Məhəlləsində
çalışan sahibkar
S.Qurbanov deyir:
—Çox sevinirəm ki, sentyabrın 18-də cənab
Prezident Masallı Sənaye Məhəlləsinin
açılışına gəldi və onu salamlamaq mənə də nəsib oldu. Möhtərəm Prezidentimizin
13 iyun 2016-cı il tarixli sərəncamı ilə
salınmış bu mühüm obyekt masallılılara ən gözəl hədiyyədir.
Ümumi
sahəsi 10 hektardır.
Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb.
Elektrik enerjisi və təbii qaz təchizatı, su və kanalizasiya sistemi, rabitə və nəqliyyat xidmətləri qurulub.
İkimərtəbəli inzibati, texniki
və köməkçi
binalar tikilib, ərazidə genişmiqyaslı
abadlıq işləri
aparılıb. İlkin
mərhələdə mebel,
dam örtükləri və
aksesuarları, dəmir
məmulatları, döşək,
taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması
ilə məşğul
olan sahibkarlıq subyektləri tərəfindən
5 milyon 230 min manat dəyərində 10 layihə
təqdim edilib. Artıq 200 yeni iş yeri yaradılıb.
Sahibkar Süleyman Qurbanov söhbət zamanı bildirir ki, “Mikayıloğlu”
brendi ilə uşaq və mətbəx mebelləri istehsal edəcəklər. Müəssisə bu ilin avqust
ayında yaradılıb.
İnvestisiya məbləği 100 min manatdır. Mebel istehsalı üçün
avadanlıqlar Türkiyədən
gətirilib. Burada hələlik
7 nəfər çalışacaq,
ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaqdır. İllik dövriyyə
təxminən 180 min manat
nəzərdə tutulub.
Sənaye Məhəlləsində,
həmçinin “Perla”,
“Birlik-3A”, “Kainat-2016” MMC-lərə məxsus müəssisələr,
“Azərxalça” ASC-nin
xalçaçılıq üzrə Təlim-Tədris,
İqtisadiyyat Nazirliyinin
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin “Kiçik və Orta Biznesin
Dostu” mərkəzləri
fəaliyyət göstərəcəkdir.
Masallı Sənaye Məhəlləsi
təkcə rayonda deyil, qonşu rayonlarda da sənayenin
inkişafına öz
layiqli töhfəsini
verəcəkdir.
“Masallı-Nemətləri”
MMC rayonda yeni yaradılan müasir müəssisələrdən biridir. Prezident İlham
Əliyev cəmiyyətin
çəltik emalı
müəssisəsinin açılışında
iştirak edib. Müəssisənin ərazisi 1 hektar,
tikinti sahəsi 600 kvadratmetrdir. Burada Cənubi
Koreya istehsalı olan 205 min manatlıq 15 adda müasir avadanlıqlar quraşdırılıb.
Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən
də 150 min manatlıq
avadanlıq alınıb.
İstehsal sahəsinin aylıq
emal gücü 300
ton, çəltik qurutma
gücü 900 tondur.
Müəssisənin istehsal və satış üzrə meneceri Ağamirzə Kərimov möhtərəm Prezidentimizin
qeyri-neft sektorunun inkişafına göstərdiyi
qayğıdan, müəssisənin
fəaliyyətindən söhbət
açaraq deyir:
—Son illər qeyri-neft sektorunun inkişafında aqrar sahənin rolu və çəkisi xeyli artmışdır. Cənab Prezident kənd təsərrüfatının inkişafına,
ərzaq təhlükəsizliyinin
təmin olunmasına böyük önəm verir. Çəltikçilik bölgəmiz üçün
ənənəvi sahədir.
Son vaxtlar çəltik
əkinləri ilbəil
artırılır. Rayonumuzun Xıl,
Xallıcalı, Sərçuvar,
Qızılavar, Qızılağac
və digər kəndlərində 301 hektar
sahədə çəltik
əkilib. Bizim müəssisənin 60 hektar
çəltik sahəsi
var. Bu il 200 tona yaxın məhsul topladıq. “Firudi” adlı
yeni çəltik sortunu əkib-becərməyə
başlamışıq. Bu, yüksək məhsuldar,
davamlı sortdur.
Müəssisəmizin nəzdində respublikada
ilk dəfə toxumçuluq
təsərrüfatı yaratmışıq.
Çəltikçiliklə məşğul olan fermerləri toxumla təmin edirik. Rayonumuzda əsasən, “Haşimi”,
“Apolla” və “Okean” sortları əkilir.
Müəssisəmizdə məhsulun emalı üçün hər cür şərait yaradılıb. Emal prosesi 9 mərhələdən
ibarətdir. Finlandiyadan gətirilmiş
avadanlıqlar çəltiyin
nəmliyini yoxlayır,
tutumu 10 ton olan qurutma bunkerində məhsul qurudulur. Sonra müasir avadanlıqların
köməyilə məhsul
ələnir, təmizlənir.
Çəltiyin qabığı soyulur, düyünün səthi cilalanır.
Düyü buxar maşınında
yuyulur, lazer avadanlığı ləkəli,
qırıq düyüləri
ayırır. Sonra məhsul
qablaşdırma bunkerinə
ötürülərək çoxfunksiyalı proqram
vasitəsilə müxtəlif
çəkilərdə xüsusi
etiketli kisələrdə
qablaşdırılır. Müəssisədə 15 nəfər daimi
işlə təmin edilib. Avadanlıqlar sutka ərzində
18 saat işləmək
gücünə malikdir.
Yaxın vaxtlarda ikinövbəli iş rejiminə keçməyi,
iş yerlərini artırmağı nəzərdə
tutmuşuq, — deyə Ağamirzə Kərimov söhbətini davam etdirir.
Cənab Prezidentin rayonumuzun əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması
ilə bağlı imzaladığı sərəncam
ürəyimizdən xəbər
verir. Çəltik su ilə böyüyür. Builki qış
və yaz quraq keçdiyindən yayda su problemimiz
olub.
Möhtərəm Prezidentin sərəncamı
ilə ayrılmış
vəsait hesabına yaradılacaq yeni sututarlar çəltikçiliyin
inkişafına xidmət
edəcəkdir. Qarşıdakı əkin mövsümündə
illərlə əkilməyən,
boş, istifadəsiz qalmış sahələrdə
çəltik əkib-becərmək,
əkin sahələrini
genişləndirmək nəzərdə
tutulub. Məqsəd ölkəmizin ərzaq
təhlükəsizliyinə yeni töhfələr vermək, əhalini ekoloji cəhətdən təmiz və keyfiyyətli düyü ilə təmin etmək, istehsalı artırmaqla məhsulu həm də xarici bazarlara çıxarmaqdır.
Əlisəfa Həsənov
Respublika.-
2018.- 3 oktyabr.- S.2.