Qalaaltının möcüzəsi

 

Respublika” qəzetinin oxucularına təqdim edilən coğrafiya elmləri doktoru, professor N.Babaxanov Macarıstan, Hollandiya, İraq, Lixtenşteyn, Rusiyas. ölkələrlə yanaşı; həm də Azərbaycanın ən məşhur turizm sağlamlıq komplekslərindən olan Kəlbəcərin “İstisu”, Masallının “Fatimeyi-Zəhra adına termal su”, Qaxın “İlisuradon tipli müalicə mərkəzi və s. kimi çoxsaylı müalicə-istirahət mərkəzlərinə həsr olunmuş məqalələr müəllifidir. Onun son yazılarından biri yenidən inşa olunub istifadəyə verilmiş müalicə-istirahət mərkəzi olan “Qalaaltı” kompleksinə həsr olunmuşdur.

Azərbaycan dünyanın ən zəngin turizm ehtiyatlarına malikdir, burada 1000-dən çox bulaq, mineral sular mövcuddur ki, belə suların da əksəriyyəti respublikanın dağlıq və dağətəyi ərazilərdə yerləşən bölgələrində yayılmışdır. Belə müalicəvi əhəmiyyəti olan mineral sulardan biri Bakı şəhərindən 127 km aralıda, Şabran rayonunun isə 20 km-liyində Qalaaltı kəndinin şimal hissəsində üç tərəfdən meşə ilə əhatə olunmuş səfalı bir ərazidə yerləşmişdir.

Göstərilən ərazidə 1969-cu ildə müalicəvi su kəşf edilmişdir. Bura çox quru, təmiz havası və xüsusi təbii gözəlliyi ilə seçilir. Bu ərazi Xəzər dənizi sahilindən 10-15 km-lik məsafədə, çox füsünkar ərazidə yerləşir və burada dağ havası dəniz havası ilə birləşərək insanların özlərini rahat hiss etməsi üçün əlverişli şərait yaranmışdır. Ən isti aylarda orta temperatur +20 dərəcəyə, mütləq maksimum isə 37-39 dərəcəyə çatır. Yay ayları nisbətən sərin keçir. İl ərzində şaxtasız günlərin sayı 185-235 günə bərabərdir. Yanvar ayı ən soyuq ay olub orta aylıq temperatur dağlıq ərazilərdə -3 dərəcəyə, düzənlik ərazilərdə isə +1 dərəcəyə bərabərdir.

Qalaaltı istirahət və turizm müalicə kompleksi Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 700 metrlik yüksəkliklərində yerləşən Qalaaltı mineral suyu əsasında 1976-cı ildə fəaliyyətə başlamışdır. Yerli əhali bu suyaneftli su”, başqa sözlə “Naftusiya” deyirlər. Çox kəskin qoxusu və dadı ilə seçilir. Uzun illər Azərbaycan alimlərinin apardığı çoxsahəli işlər sayəsində müəyyən olunmuşdur ki, buranın suyu Ukraynanın Truskavets şəhərində çıxarılan naftusiya ilə eynidir. Tədqiqatçıların çoxillik tədqiqatlarının nəticələrinə görə, “Qalaaltı” suyunda üzvi maddələrin miqdarı litrdə 4 milliqramdan 10 milliqramadək dəyişir. “Naftusiyasuyunda isə bu göstərici 5-10mq/litr arasındadır. Mineral suyun müalicəvi keyfiyyəti onun tərkibindəki mikroelementlərin və üzvü maddələrin zənginliyindən asılıdır. Bu baxımdan, yerlixarici alimlərin keçmiş sovetlər dövründə “Qalaaltı” mineral suyunun hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi xüsusiyyətləri ilə bağlı tədqiqatları böyük əhəmiyyət kəsb edir.

1969-cu ilədək “Qalaaltı” suyunun aşkar edilməsi və burada kurortun yaradılması keçmiş S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat KurortologiyaFiziki Metodla Müalicə İnstitutunun (Səhiyyə Nazirliyinin indiki Elmi-Tədqiqat Tibb Bərpa İnstitutu) geologiyahidrokimya şöbəsinin əməkdaşlarının 1965-ci ildə Dəvəçi rayonu ərazisində kəşfiyyat işləri aparan zaman tərkibində minerallarüzvi maddələr olan bu müalicə əhəmiyyətli bulağı müəyyən etməsilə başlamışdır. Aparılan ilkin fiziki-kimyəvi tədqiqatlar göstərmişdir ki, suyun tərkibi “Naftusiyasuyuna oxşardır. Azərbaycanın tibb sahəsində çalışan alim və mütəxəssisləri Qalaaltı suyundan əsasən sidik kisəsi xəstəliklərinin müalicəsində isitifadə edirlər. O, insan orqanizmindən kiçik daşların və qumun böyrəklərdən, öd kisəsindən, sidiköd yollarından çıxmasını asanlaşdırır. Böyrəklərdə daşların yenidən yaranma meyilliyini aradan qaldırır. Orqanizmdə maddələr mübadiləsini normallaşdırır, o cümlədən orqanizmin müdafiə gücünü bərpa edir. “Qalaaltı” suyunu istifadə üçün uzun müddət saxlamaq olmaz. Bu sudan yalnız yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir.

“Qalaaltı” suyunun ən böyük təbliğatçısı Azərbaycanda təbiət elminin bilicisi akademik Həsən Əliyev olmuşdur. Məhz bu alimin müstəsna xidmətləri sayəsində təbiətin bizə bəxş etdiyi “Qalaaltı” suyu bu gün çoxminli Azərbaycan, qismən də xarici ölkələrdən bura gələn xəstələrə şəfa verir. “Qalaaltı” kurortu Həsən Əliyevin əvəzsiz töhfəsidir. Qalaaltı suyunun istifadəyə verilməsində əvəzsiz xidmətləri nəzərə alınaraq “Qalaaltı” turizm-istirahət və müalicə mərkəzinin ən əzəmətli yerində Həsən Əliyevin barelyefinin qoyulması, yaxud da göstərilən kompleksin adının akademik H.Əliyevin adına olması məqsədyönlü olardı.

“Qalaaltı”da olduğum müddətdə sorğu apardığım insanların hamısı akademikin barelyefinin qoyulmasını və bu müalicə-istirahət mərkəzinə akademikin adının verilməsini “Respublika” qəzeti vasitəsilə əlaqədar təşkilatlar qarşısında qaldırmağı xahiş etdilər.

“Qalaaltı” sağlamlıq və istirahət kompleksi haqqında daha ətraflı məlumat almaq üçün göstərilən kompleksin direktoru (baş meneceri) Elmar Ağayevin qəbulunda oldum. Elmar müəllim ilk əvvəl “Qalaaltı” Hotel-Spa kompleksinin bütün kollektivi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə göstərilən kompleksin açılışında iştirakı və kollektiv haqda dediyi xoş sözlərə görə dərin minnətdarlığını bildirdi.

Qeyd etdi ki, mövsüm ərzində 300 nəfərə yaxın insan daimi işlə təmin olunmuşdur. Son illərdə “Qalaaltı” sağlamlıq istirahət mərkəzi yenidən qurulub, onun ərazisi genişləndirilib, müasir standartlara cavab verən “Qalaaltı” Hotel-Spanın tikintisi başa çatdırlımışdır. Göstərilən sağlamlıq istirahət mərkəzinin yeni tikintisi üçün 7 ha sahə ayrılmış və mərkəz 2013-cü ildə istifadəyə verilmişdir. “Qalaaltı Hotel-Spakompleksinin tam gücü ilə fəaliyyət göstərməsi bu oteldən istifadə edənlərin sayının artmasına, həmçinin, xarici turist axınlarının çoxalmasına təkan verəcəkdir. Hazırda ölkəmizə gələn xarici turistlərin və müalicə məqsədilə gələnlərin sayı artmışdır. Belə ki, 2018-ci ildə ölkəyə gələn turistlər sayı 3 milyon nəfərdən çox olmuşdur ki, bunun da 50%-i istirahət və müalicə-sağlamlıq məqsədilə gələnlərdən ibarətdir.

Kompleksin ictimai-iaşə müəssisələrinə Mahmud Bayram rəhbərlik edir.

Mahmud bəy məni və xanımımı türk qonaqpərvərliyi ilə hörmətlə qəbul etdi. O, 1968-ci ildə Ankarada turizm üzrə ali təhsil almış və sonrakı illərdə oxuduğu ali məktəbdə müəllim işləmişdir. Mahmud müəllim 30 ilə yaxın Almaniyada, Serbiyada, Kiprdə və Azərbaycanda müxtəlif otellərdə işləmişdir. Hazırda “Qalaltı” otelində iaşə müdiri işləyərək Azərbaycan gənclərinə otelçiliyin iaşə sahəsində sirlərini yüksək səviyyədə öyrədir.

“Qalaaltı” kompleksində iaşə müəssisələrinə gələn turistlər və qonaqlara 45 nəfər gənc hər gün yüksək səviyyədə xidmət göstərir. Orta hesabla bura gələn turistlərə və qonaqlara gündə üç dəfə olmaqla 1200-1300 adama yüksək səviyyədə xidmət göstərilir. Mahmud bəyin rəhbərlik etdiyi sahə bir böyük əsas restorandan, bir neçə bar, kafeictimai iaşə müəssisələrindən ibarətdir.

Mahmud bəyin rəhbərlik etdiyi iaşə müəssisələrinin ofisiantları və işçilərinin hamısı bir nəfər kimi səliqəli geyimləri və gülərüz xüsusiyyətləri ilə fərqlənirdilər.

Burada Tibb müəssisələrinə Teymur Mirzəbəyli rəhbərlik edir. O mənimlə görüşündə dedi: “Qalaaltı”ya sağlamlıq və turizm məqsədi ilə gələnlərin sayı son illər sürətlə artır. Azərbaycanın paytaxtı Bakı şəhərindən, respublikanın əksər inzibati rayonlarından, eləcə də Qazaxıstan, Özbəkistan, Rusiya, həmçinin digər xarici ölkələrdən müxtəlif tibbi xəstəliklərin müalicəsi üçün bura gəlirlər.

Teymur Mirzəbəyli 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini həkim-terapevt ixtisasını bitirib. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə Olunması üzrə magistr (MBA) proqramı üzrə ingilis dili bölməsində təhsil alıb. Almaniya, Avstriya, İngiltərə, Türkiyə və s. ölkələrdə tibb və səhiyyə idarəçiliyi üzrə müxtəlif kurs, seminarkonfranslarda iştirak edib. Teymur müəllim qeyd etdi ki, “Qalaaltı” suyu böyrəklərdə, öd yollarında, böyrək ləyənində, sidik kisəsində, sidik yollarında əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyərin, öd yollarının, böyrəklərin, sidik kisəsinin, sidik axarlarının, mədə-bağırsaqların iltihabi xəstəliklərinin müalicəsində olduqca yaxşı nəticə verir. O, rəhbərlik etdiyi kollektiv haqda ətraflı danışdı. Baş həkim qeyd etdi ki, hazırda “Qalaaltı” Otel və Sanatoriyanın “Çıraq” Tibb Mərkəzində uroloq, ginekoloq, qastroentoloq, kardioloq, nevroloq, terapevt, fizioterapiya ixtisasları üzrə həkimlər, eyni zamanda, həkim-laborant, ultrasəs müayinəsi həkimi, həkim rentgenoloq çalışır. 12 nəfər orta tibb təhsilli tibb bacısı və masajçı da fəaliyyət göstərir. Tibb Mərkəzində həkim-endokrinoloq, həkim-stomatoloq, və həkim-kosmetoloq vakant yerləri vardır. Sadalanan həkimlərin fəaliyyəti üçün bütün spesifik cihaz və avadanlıqlar Avropa ölkələrindən alınmış və hazırda burada istifadə olunur. Mən kompleksdə işləyən bütün tibbi kollektivlə yaxından tanış oldum. Ali təhsilli həkim kollektivindən xüsusi olaraq uroloq Rauf həkim, terapevt Altay, qatroentoloq Gülbacı, orta tibb personalından Afət Baxşəliyeva, Aynur Babayeva, fizioterapevt Mahirə xanım, masajçı Nizami ilə xoş təəssüratlarla ayrıldım.

“Qalaaltı” mineral suyu haqqında istər ictimaiyyət, istərsə də həkimlər arasında geniş maarifləndirmə təbliğat-təşviqat tədbirləri həyata keçirmək, yerli təbii resurslar (su, palçıq vulkanı və s.) hesabına sağlamlığın qorunması və bərpası fəaliyyətimizin genişlənməsi, daha çox insanın yararlanması üçün infrastruktur və digər təşkilatı işlərin aparılması, respublikamızda, eləcə də digər ölkələrdəki müvafiq fəaliyyətlə məşğul olan qurumlar ilə işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılması vacibdir.

“Qalaaltı” istirahət və turizm kompleksi bölgədə ən müasir, qabaqcıl, tam mənası ilə Avropa standartların cavab verən istirahət mərkəzidir. Orada olduğumuz müddətdə qarşılaşdığımız kiçik çatışmazlıqları da qeyd etmək istərdim. Qalaaltıya gedərkən Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində bilavasitə “Qalaaltı”ya gedən yolun 2-3 yerində qarşılaşdığımız çox primitiv yol nişanları belə nəhəng bir mərkəzin adına layiq deyil. 20 km-lik bu yoldan “Qalaaltı”ya getmək üçün qoyulmuş yol nişanları bura ilk dəfə öz avtomobilləri ilə gələn yerlixarici turistlərin işini çətinləşdirir. Təəssüfləndirici hallardan biriodur ki, buraya gələnlərin bir qisminin diabet xəstəliyi olanlar olmasına baxmayaraq, nədənsə, diabetdən müalicə almaq istəyənlər üçün ixtisaslı həkim yoxdur. Burada diabetli xəstələr üçün ayrı yeməklərin hazırlanması və bura gələnlərin təxminən 15-20 faizinin uşaqlar olduğunu nəzərə alaraq həkim-pediatrın olması çox vacibdir. Digər çatışmayan bir cəhət: xarici ölkələrdə nədənsə bu şəfa mərkəzi reklam olunmur. Azərbaycanda kurortturizm xidmətlərinin yüksəldilməsi məqsədilə qonşu Türkiyə və Rusiya təcrübəsindən istifadə edilməsi və yeni xidmət sahələrinin yaradılması məqsədəuyğun olardı. “Qalaaltı Hotel Spakompleksinin sosial turizm layihələrində iştirak etməsi, burada aparılan düzgün qiymət siyasəti və s. daha çox turist cəlb etməyə imkan verərdi.

 

Neron Babaxanov,

BDU-nun professoru.

 

Respublika.- 2018.-9 oktyabr.- S.5.