Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248
nömrəli Fərmanı ilə təsdiq edilmiş “15
yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”ni
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 9, maddə 1028; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 376) ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 4.1-ci bəndinin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 sentyabr 2018-ci il
Respublika.- 2018.- 3 oktyabr.-
S.1.