Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi ilə Xorvatiya
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Xorvatiya Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
arasında əməkdaşlıq
haqqında 2018-ci il sentyabrın 6-da Zaqreb şəhərində
imzalanmış Anlaşma
Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Anlaşma Memorandumunun
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Xorvatiya Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ci il.
Respublika.- 2018.- 6 oktyabr.-
S.1.