Azərbayñan Respublikası Dövlət
Sərhəd Xidmətinin döyüş
bayraqları və sərhəd hərbi dəniz bayraqları
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbayñan Respublikası
Konstitusiyasının 109-ñu maddəsinin
32-ñi bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbayñan Respublikası
Dövlət Sərhəd
Xidmətinin döyüş
bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. “Azərbayñan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbayñan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. “Azərbayñan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayñan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayñan Respublikası Prezidentinin 2004-ñü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı (Azərbayñan Respublikasının Qanunveriñilik Toplusu, 2004, ¹ 1, maddə 20, ¹ 4, maddə 229) ləğv edilsin.
İlham Əliyev
Azərbayñan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2018-ñi il
Respublika.- 2018.- 6 oktyabr.-
S.1.