“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi
ilə bağlı bir sıra tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun
olaraq qərara alıram:
“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2097; 2018, ¹ 6, maddə 1229; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 sentyabr 2018-ci il
Respublika.- 2018.- 7 oktyabr.-
S.2.