“Hərbi kadrlar hazırlayan təhsil
müəssisələri kursantlarının müavinətlərinin
artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə 684; 2014, № 11, maddə 1497) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədən “Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin,” sözləri çıxarılsın və həmin hissədə “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.
2. 2-ci hissədə “və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin” sözləri “, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 sentyabr 2018-ci il
Respublika.- 2018.- 7 oktyabr.- S.2.