Azərbaycanda idmançıların hüquqları hərtərəfli
müdafiə edilir
Azərbaycanda
idmançıların hüquqları hərtərəfli
müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya
anlayışı da yoxdur.
AZƏRTAC xəbər
verir ki, bunu Avropa Şurasına üzv ölkələrin
idmandan məsul nazirlərinin Tbilisidə keçirilən
15-ci konfransında iştirak edən gənclər və idman
naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində
söyləyib.
"Bununla belə, Azərbaycan
tərəfi konfrans çərçivəsində bu
mövzularda müzakirələrdə iştirak etməyə
hazırdır. Düşünürəm ki, hər bir
müzakirə idmanın gələcəyinə və bu sahədəki
proseslərin inkişafına böyük təkan verir, – deyə
A.Rəhimov vurğulayıb.
Nazir bildirib ki, Avropa
Şurasına üzv ölkələrin idmandan məsul nazirlərinin
idmanda korrupsiya və danışılmış oyunlarla
bağlı ilk konfransı on əvvəl Bakıda keçirilib:
"Çox şadıq ki, Avropa Şurasının bu
platforması məhz Bakıdan başlayıb. Azərbaycan
Avropa Şurasının idmanla bağlı üç
konvensiyasına qoşulub. Bunlardan da ən əsası
EPAS-dır (Avropa Şurasının İdman üzrə
Genişləndirilmiş Hissəvi Sazişi). Azərbaycan beş
ölkə arasında bu sənədə qoşulan birinci
ölkə olub”.
Azərbaycan.- 2018.-17 oktyabr.- S.5.