“Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1014-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1924 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 4, maddə 233; 2008, ¹ 3, maddə 168; 2009, ¹ 7, maddə 532) 2.3.2-ci yarımbəndində “, 20-ci maddənin üçüncü abzasında,” sözləri “və” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “və 39-cu maddənin onuncu abzasında” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 12 oktyabr.-
S.5.