Azərbaycan-Estoniya parkı
dostluq əlaqələrinin
təzahürüdür
Oktyabrın 11-də Tallində
Azərbaycanın və
Estoniyanın 100 illiyi
münasibətilə iki
xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı
və Tallinn şəhərinin
Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın
təntənəli açılış
mərasimi olub.
Parkın girişində qurulmuş
lövhədə ümummilli
lider Heydər Əliyevlə Estoniyanın
sabiq Prezidenti Lennart Meri arasında
1995-ci ildə Nyu-York şəhərində keçirilmiş
görüşün fotoşəkli,
Azərbaycan, eston və ingilis dillərində Azərbaycan
Respublikası, o cümlədən
Bakı haqqında məlumat yerləşdirilib. Eyni zamanda,
parkdakı fontanın
ətrafında hər
iki ölkənin, həmçinin Suraxanı
və Kristiyne rayonlarının dostluq münasibətlərini tərənnüm
edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə
salınıb.
Parkın açılış
mərasimində Azərbaycanın
Estoniyadakı səfiri
Murad Nəcəfbəyli,
Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı
İlqar Abbasov, Azərbaycan-Estoniya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Hacı Salayev, Estoniya-Azərbaycan
Mədəniyyət Mərkəzinin
sədri Niyazi Hacıyev, Estoniya parlamentinin Azərbaycan ilə parlamentlərarası
əlaqələr üzrə
qrupunun sədri Mixail Korb, Tallinn şəhərinin vitse-meri
Andrey Novikov, Kristiyne rayonunun başçısı Yaanus
Riybe, yerli ictimaiyyətin və Estoniyadakı Azərbaycan
diasporunun nümayəndələri
iştirak ediblər.
Açılış mərasimində çıxış
edən səfir Murad Nəcəfbəyli iki ölkə arasındakı siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrdən bəhs
edərək Tallində
Azərbaycan-Estoniya parkının
salınmasının əlamətdar
hadisə olduğunu bildirib. O, əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən xarici siyasətdə Estoniya ilə münasibətlərə
əhəmiyyətli yer
verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı
İlqar Abbasov 2008-ci ildə Suraxanı ilə Kristiyne arasında imzalanmış
Əməkdaşlıq Memorandumunu
qeyd edərək, sıx əlaqələrin
mövcudluğunu bildirib
və Tallinn şəhərində
Azərbaycan-Estoniya parkının
açılmasının mühüm
hadisə olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Hacı Salayev iki ölkənin parlamentləri arasında dostluq əlaqələrinin
yüksək səviyyədə
olduğunu deyib. O, Azərbaycanın və
Estoniyanın 100 illiyi münasibətilə
parkın açılmasının bu əlaqələrin
yüksələn xətlə inkişafının təzahürü
olduğunu bildirib.
Mehparə
Əliyeva
Respublika.-
2018.- 13 oktyabr.- S.6.