“Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 610; 2001, ¹ 10, maddə 646; 2002, ¹ 5, maddələr 273, 279, ¹ 7, maddə 413, ¹ 8, maddə 478, ¹ 9, maddə 563; 2003, ¹ 8, maddə 434; 2004, ¹ 1, maddə 19, ¹ 5, maddə 345; 2005, ¹ 1, maddə 18, ¹ 4, maddə 299, ¹ 9, maddə 799, ¹ 12, maddə 1101; 2006, ¹ 8, maddə 676, ¹ 11, maddə 935; 2007, ¹ 1, maddə 10, ¹ 3, maddə 223, ¹ 9, maddə 865, ¹ 12, maddə 1247; 2008, ¹ 1, maddələr 7, 10; 2009, ¹ 7, maddələr 531, 534; 2010, ¹ 7, maddə 615; 2011, ¹ 11, maddə 999; 2013, ¹ 5, maddə 509, ¹ 6, maddə 649, ¹ 8, maddə 900; 2014, ¹ 4, maddə 348, ¹ 6, maddə 625; 2015, ¹ 12, maddələr 1450, 1461; 2016, ¹ 4, maddələr 667, 669, ¹ 10, maddə 1644; 2017, ¹ 3, maddə 353, ¹ 5, maddə 814, ¹ 7, maddə 1321; 2018, ¹ 3, maddə 444, ¹ 4, maddə 680, ¹ 6, maddə 1219; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 261 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Üçüncü-dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 507.6-cı maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti;
həmin Məcəllənin 507.6-cı maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;”.
2. Beşinci–onuncu abzaslar, müvafiq olaraq, səkkizinci–on üçüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci–yeddinci abzaslar əlavə edilsin:
“həmin Məcəllənin 156-1.1-ci maddəsinin ikinci cümləsində, 193.5, 195.1.2, 467-3.0.5 və 467-10.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti;
həmin Məcəllənin 52.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 215.2, 215.6.1, 215.6.2, 215.7.1 və 215.7.4-cü maddələrində, 318.3-cü maddəsinin ikinci cümləsində, 391.10.2, 406.3.2, 419.15.2 və 427.11.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti;
həmin Məcəllənin 156-1.2-ci maddəsində, 163.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;”.
3. On üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü abzas əlavə edilsin:
“həmin Məcəllənin 467-8.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 sentyabr 2018-ci il.
Respublika.- 2018.- 14 oktyabr.-
S.1.