Professor Fəridə SəfiyevanınBir ömrün iziyləkitabının təqdimatı olub

Professor Fəridə SəfiyevanınBir ömrün iziyləkitabının təqdimatı olub – FOTO paylaşTweet share on google share on whatsapp

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoru Fəridə SəfiyevanınBir ömrün iziyləkitabının təqdimatı olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat yaradıcılığından bəhs edir.

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, “KaspiMətbuat Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr səbəblər nəşrdə ilk dəfə açıqlanır.Kitabda, həmçinin Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.

 

Respublika.- 2018.- 19 oktyabr.- S.- 2.