Türkiyə KİV-ləri “Starzavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir

 

Oktyabrın 19-da İzmir şəhərində “Starneft emalı zavodunun açılış mərasimi Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin aparıcı KİV-ləri “Star”ın əhəmiyyəti, bu layihənin Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun göstəricisi olması barədə reportajlar, analitik yazılar, ekspert rəyləri yayırlar. Qardaş ölkənin mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mərasimdəki çıxışlarına geniş yer ayırır.

Anadolu Agentliyi açılış mərasimindən 23 şəkildən ibarət fotosessiya təqdim edib. Eyni zamanda, mərasimdən videomaterial yayan agentlik Prezident İlham Əliyevin “Türkiyə beynəlxalq aləmdə söz sahibidirbu, bizi çox sevindirir” fikrindən istifadə etməklə xüsusi xəbər hazırlayıb. İhlas (İHA) agentliyi, o cümlədən onlarla digər xəbər portalı “Star”ın əhəmiyyəti ilə bağlı geniş yazılar yayıb.

Haber TÜRK” televiziya kanalı “Star” layihəsinin iqtisadi göstəriciləri, o cümlədən dövlət başçılarının çıxışlarına istinadla əhəmiyyəti barədə reportajlar verib.

Açılış mərasimi ilə bağlı geniş reportaj yayan “TRT HABER” televiziya kanalı rəsmi saytında yazıları “Prezident Ərdoğan: Bu zavod Türkiyənin ən böyük enerji layihəsidir”, “Türkiyə və Azərbaycan ordularının rəsmi keçidlərini birlikdə izlədik”, “Starenerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün həyata keçirdiyimiz işlərin ən önəmlisidir” və s. yarımbaşlıqlarla oxuculara təqdim edib.

Türkiyənin “Hüriyyet” qəzetinin dərc etdiyiDünya “Star”ı” adlı analitik məqalədə müəllif Azərbaycan və Türkiyə prezidentlərinin “Star”ın dostluğun və qardaşlığın nümunəsi olması ilə bağlı fikirlərini xüsusi qeyd edib. Bildirilib ki, bu zavod Avropa, Yaxın Şərq və Şimali Afrikanın ən nəhəng sənaye kompleksidir.

Sabah” qəzeti “Starneft emalı zavodunun Azərbaycan və Türkiyə üçün əhəmiyyətini vurğulayıb, bu sənaye mərkəzinin perspektivinə diqqət çəkib.

Yeni Şəfəq” qəzetinin yaydığı materialda dövlətimizin başçısının Türkiyədə qardaş məhəbbəti ilə qarşılanması, “Starneft emalı zavodunun geniş imkanları, bu nəhəng layihənin perspektivləri barədə mühüm məqamlar yer alıb.

KİV-lər, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz”, - fikrinə də geniş yer ayırıb.

Türkiyə mətbuatı yazır ki, “Star Rafinerinin yaradılması üçün 6,3 milyard dollar sərmayə qoyan Azərbaycan növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım edəcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin, qarşılıqlı inam və etibarının təcəssümüdür. Bu nəhəng layihələr təkcə Azərbaycan və Türkiyə, iki qardaş xalq üçün deyil, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır.

Starneft emalı zavodunun iqtisadi gücünə diqqət çəkən KİV-lər oxuculara məlumat verir ki, bu nəhəng layihə hər iki ölkəyə böyük məbləğdə qazanc gətirməklə bərabər, neftkimya məsullarının idxalında asılılığı aradan qaldıracaq. Çox sayda daimi yeri açılacaq, o cümlədən “Starda istehsal olunan məhsullar hesabına yeni-yeni sənaye müəssisələri yaradılacaq.

 

AZƏRTAC

 

Respublika.- 2018.-21 oktyabr.- S.1-2.