Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi Varşavada qeyd edilib
Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər
Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin
təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə
həsr olunmuş tədbir keçirilib.AZƏRTAC
xəbər verir ki, qonaqlar əvvəlcə
Mazovetski voyevodluğunun
binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan”
adlı sərgi ilə tanış olublar. Bir ay fəaliyyət
göstərəcək sərginin
əsas məqsədi
Azərbaycanın turizm
imkanlarını Polşada
tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz
haqqında məlumatlılığı
artırmaqdan ibarətdir.Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Polşadakı
səfiri Həsən
Həsənov və Mazovetski
voyevodluğunun voyevodu
(qubernatoru) Zdislav Sipiera sərgi ilə tanış olublar.Sonra Azərbaycan nümayəndə heyəti
Varşavadakı Yuzef
Polinski adına parkda ucaldılan “Müstəqil Azərbaycan
və Polşa uğrunda mübarizlərin
xatirəsinə” abidəsini
ziyarət edib, abidə önünə əklillər qoyublar.
Məlumat verilib ki, bu abidə Azərbaycan
Milli Ordusunun Baş Qərargah rəisi olmuş
(1918-1920-ci illər) polyak
əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun
polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə
ucaldılıb, Azərbaycan
və polyak xalqları arasında dostluq və qardaşlığın simvoludur.Həmin
gün Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə rəsmi
qəbul keçirilib.
Azərbaycanın Polşadakı səfirliyi
və Heydər Əliyev Fondu tərəfindən təşkil
olunmuş tədbirdə
xarici işlər nazirinin müavini və digər nazirliklərin məsul əməkdaşları, Seym
və Senatın vitse-marşalekləri və
deputatları, Mazovetski
voyevodası, Polşa
regionlarının nümayəndələri,
Varşavada akkreditə olunmuş
səfirlər və diplomatik korpusun təmsilçiləri, Polşanın
ictimai-siyasi həyatının,
orta və ali təhsil müəssisələrinin nümayəndələri,
bu ölkədə yaşayan soydaşlarımız
iştirak ediblər.Tədbiri
giriş sözü ilə açan səfir Həsən Həsənov iştirakçıları
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayıb.Bildirilib
ki, bu gün
qarşılıqlı hörmət
və faydalı əməkdaşlıq prinsipləri
əsasında, siyasi,
iqtisadi və mədəni sahələrdə
formalaşan Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir.
Azərbaycan Prezidenti İlham
Əliyev və Polşa Prezidenti Andjey Duda arasında
olan səmimi işgüzar və dostluq münasibətləri
qarşılıqlı etimad
üzərində qurulub.Səfir
ölkələrimiz arasındakı
ikitərəfli əməkdaşlığa
böyük töhfə
verən, Azərbaycan
xalqının Ümummilli
Liderinin adını
daşıyan, Azərbaycan
mədəniyyətini və
tarixini dünyada uğurla tanıtdıran,
ölkəmizdə və
dünyada bir çox humanitar layihələr həyata keçirən Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd edib. Bildirilib ki,
Fondun prezidenti Mehriban Əliyeva bu səmərəli fəaliyyətinə görə
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
adına layiq görülüb.Qeyd edilib
ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Azərbaycan-Polşa dostluq
münasibətlərinin inkişafına
xidmət edən bir sıra tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondu
və Polşanın Azərbaycandakı səfirliyinin
birgə əməkdaşlığı
çərçivəsində Azərbaycanda 200 nəfərlik
məktəb inşa olunub, polyak pianoçu Stanislav Deanın konserti təşkil edilib, daun sindromlu uşaqların Krakov şəhərinə səfəri
həyata keçirilib.
2009-cu ildə Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Azərbaycan və Polşa arasındakı dostluq münasibətlərinin
inkişafında xidmətlərinə
görə Polşanın
“Böyük Komandor” ordeni ilə təltif edilib. 2010-cu ildə isə Polşanın Azərbaycandakı
səfiri Azərbaycan
Prezidentinin qərarı
ilə ölkələr
arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməsinə
verdiyi töhfəyə
görə “Dostluq” ordeni ilə təltif olunub.Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixindən bəhs edən səfir H.Həsənov qeyd edib ki, Azərbaycanda
birinci respublika cəmi 23 ay ömür sürüb, lakin qısa müddətdə ciddi dövlət
quruculuğu tədbirləri
həyata keçirib,
dünyanın aparıcı
dövlətləri ilə
diplomatik münasibətlər
qurub. 1991-ci ildə müstəqilliyini bərpa
etmiş respublikamız
beynəlxalq aləmdə
uğurlu xarici və daxili siyasət yürüdən,
inkişaf etmiş demokratik dövlət
kimi tanınır. Azərbaycan tərəfindən
həyata keçirilən
beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizi
etibarlı tərəfdaş
kimi tanıdır. Eyni zamanda, Azərbaycan
və Avropa İttifaqı arasında imzalanması nəzərdə
tutulan Strateji Tərəfdaşlıq Sazişi
hərtərəfli və
bərabərhüquqlu əməkdaşlığı
daha da inkişaf
etdirəcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan
Azərbaycan səfiri
bildirib ki, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi
işğal edilib, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb.
Ermənistan münaqişənin
siyasi həllini inkar edərək, Avropanın və regionun təhlükəsizliyini
zərbə altına
qoyub. O, münaqişənin
Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığı
əsasında həllinə
dəstəyə görə
Polşa hökumətinə
təşəkkür edib.Azərbaycan
və Polşa arasında ilk diplomatik təmasların hələ 1472-ci ildə baş tutduğunu xatırladan səfir qeyd edib ki, ötən
dövrlər ərzində
onlarla azərbaycanlı
və polyak ölkələrimiz arasında
siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə
və inkişafına
töhfələr verib.
Azərbaycan tərəfinin təşəbbüsü
ilə həmin şəxslərin xatirəsi
əbədiləşdirilib, Polşanın müxtəlif
şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulub.Həmçinin bildirilib
ki, bu il
Azərbaycan və Polşa xalqları öz respublikalarının
yüz illiyini qeyd edirlər. Polyaklar Azərbaycanın,
azərbaycanlılar ilə
Polşanın azadlığı
və müstəqilliyi
uğrunda vuruşublar.
Bu mübarizənin ən parlaq nümunəsi Azərbaycan
Milli Ordusunun Baş Qərargah rəisi olmuş, general-mayor, milliyətcə
polyak Matsey Sulkeviç və Polşa Ordusunun, habelə Armiya Krayovanın polkovniki olmuş, milliyətcə azərbaycanlı Vəli bəy Yadigardır. Azərbaycan hökuməti bu iki görkəmli şəxsiyyətin ölkələrimizin
müstəqilliyi uğrunda
mübarizəsini əbədiləşdirib,
Varşavadakı Polinski
parkında onların abidəsini ucaldıb.Polşa
xarici işlər nazirinin müavini Bartoş Çixotski çıxışında Polşa
və Azərbaycan əlaqələrində birləşdirici
aspektlərə toxunub.
Qeyd edilib ki, polyaklar 100 il bundan əvvəl
Azərbaycan dövlətinin
yaradılmasında iştirak
ediblər. Azərbaycan
Ordusunda, neft sənayesində, müasir
şəhər salınmasında
və eləcə də Azərbaycan mədəniyyətində polyak
izlərinə rast gəlmək mümkündür.
Nazir müavini bildirib ki, bu gün
də ölkəsi Azərbaycanın inkişafının
bir hissəsi olmaq istəyir, beynəlxalq hüququn prinsipləri əsasında
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllinə dair tədbirləri dəstəkləyir.İki
ölkə arasındakı
sıx siyasi atmosfer və dostluq münasibətlərindən məmnunluqla
bəhs edən B.Çixotski ali və yüksək səviyyədə qarşılıqlı
səfərlərin baş
tutduğunu və bu sıx əlaqələrin
gələcəkdə də
davam etdiriləcəyini
vurğulayıb.Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik
etdiyi caz qrupu konsert proqramı
ilə çıxış
edib. Konsertdə xalq və bəstəkar
mahnıları, Elçin
Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər
caz improvizasiyaları ilə təqdim olunub. Polyak müğənni Malvina Kuşiorun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla
qarşılanıb.
Kral sarayının foyesində
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgidə
Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən
bəhs edən foto və sənədlər,
video və audiomateriallar, səfirliyin
tərtib etdiyi broşürlər təqdim
olunub, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib.
Elgün Niftəli
Respublika.-
2018.- 14 sentyabr.- S.5.