Gəncə yeni inkişaf mərhələsində

 

Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq yeni mərhələyə qədəm qoyub. Şəhərin ən ucqar nöqtələri, yaşayış sahələri, qəsəbələri çox qısa zaman kəsiyində hamının gözü önündə dəyişərək, yeni görkəm alır. Şəhərin ümumi görünüşünə xələl gətirən köhnə, primitiv, yöndəmsiz tikililər, köşklər, darısqal küçələr sökülərək qədimiliklə müasirliyin vəhdətində gündən-günə gözəlləşən tikililərlə əvəz edilir. Şəhərin sakinləri, əcnəbi qonaqlar öz heyranlıqlarını bildirərək, qədim tarixi, zəngin mədəniyyəti olan, füsunkar bir şəhərdə olmaqdan məmnunluq duyduqlarını dilə gətirirlər. Mövcud prosesdə ən vacib məqam klassik üslubla müasirliyin sintezidir. Bərpa işləri zamanı tarixdə Gəncə hörgüsü adı ilə tanınan Arran memarlıq üslubunun qorunması xüsusilə təqdirəlayiqdir.

 

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xəttinin kanalizasiya sisteminin yenidən qurulması 4-cü mərhələyə qədəm qoyub. Birinci mərhələdə Göygöldən, Şəmkir su anbarından Gəncə şəhərinədək 1500 diametrli boru ilə içməli su xəttləri çəkilib, yeni su anbarları tikilib. Gülüstan qəsəbəsində su-kanalizasiya sisteminin layihələndirilməsi tikintisi yekunlaşdırılmaq üzrədir. Hazırda şəhərin Nizami prispektində su-kanalizasiya sisteminin yenilənməsi işləri aparılır.Bütün bunlarla yanaşı su-kanalizasiya sistemi yenilənən küçələrdə asfaltlanma abadlıq işləri həyata keçirilir. Layihənin 2018-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Son mərhələsində şəhərindəki 1300-dən çox küçənin su kanalizasiya sistemi yenidən qurulacaq, şəhər əhalisi isə fasiləsiz olaraq ekoloji cəhətdən saf Göygöl suyu ilə təmin ediləcək.

 

2012-ci ildə əsası qoyulan orijinal layihə əsasında 1,4 hektar ərazidə inşa edilən Gəncə Dövlət Filarmoniyasında tikinti işləri yekunlaşmaq üzrədir. Filarmoniyanın binası şəhərin memarlıq görünüşünə estetik gözəllik bəxş edəcək bu bina mötəbər mədəni tədbirlərin, festivalların, eləcə ölkə beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirildiyi əvəzsiz məkan olacaq. Binasının inşasında Qərb Renessans arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşməsindən istifadə olunub, konsert zalında səs akustikası ən yüksək səviyyədə qurulub, 1200 nəfərlik tamaşaçı üçün nəzərdə tutulan mədəni mərkəzdə həm iki kinozal, açıq havada yay estrada meydanı, eləcə bir çox studiya məşq otaqları yaxın zamanda sənətsevərlərin ixtiyarına veriləcək. Kafe, restoran, 200 avtomobil üçün 2 mərtəbəli yeraltı dayanacaq digər xidmət sahələri ilə ən yüksək səviyyədə sakinlərə xidmət göstərəcək. Tikinti işlərinin əsas hissəsi yerinə yetirilib, elektrik daxili su xətləri çəkilib. Yarımstansiya, qazanxana nasosxana tikilib, havalandırma sistemi qurulub. Artıq Filarmoniyanın interyerinin qurulması işlərinə başlanılıb.

 

İki il əvvəl inşasına başlanılan 80 min kvadrat metr ərazini əhatə edən Gəncə MALL-ın tikintisi ilə bağlı işlərin təxminən 90%-i yekunlaşıb. Tikintisində 700 işçinin çalışdığı mərkəz fəaliyyətə başladıqdan sonra burada 2000-dən cox yeni yeri açılacaq. 8 mərtəbəli Gəncə MALL-ın 3 mərtəbəsi yeraltı avtomobil dayanacağıdır. Burada əyləncə mərkəzləri, supermarket, kinoteatrlar fəaliyyət göstərəcək, dünyanın brend məhsulları təklif olunacaq.

 

Özünün intibah dövrünü yaşayan Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair tanınmış maarifçi Mirzə Şəfi Vazeh irsinin gələcək nəsillərə çatdırılması məqsədi ilə yaradılan park-kompleks muzeydə tamamlama işləri aparılır. Şəhərin Gülüstan qəsəbəsində salınan park-kompleksin ərazisi 1 hektardır. Park-kompleksidə inşa edilən muzey isə 2 mərtəbədən ibarətdir. Muzeyin fasadı milli ornametlərlə işlənilənib.Binanın ətrafını bulaqlar, heykəl mozaika kompozisiyası bəzəyəcək.

 

Şəhərin arxitekturasına gözəllik gətirən layihələrdən biri Gəncədə Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən beşulduzlu oteldir. 7 mərtəbəli otelin ümumi sahəsi 2800 kvadratmetrdir. Otelə gələn qonaqlar 33 otaqdan arzuladıqlarını seçə biləcəklər. Burada konfrans zalı, kafe-bar, restoran digər xidmət sahələri fəaliyyət göstərəcək. Mükəmməl infrastruktura malik bina müasir avadanlıqlarla təchiz olunacaq. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan bu tikililərin hər biri öz arxitektura quruluşu, dizaynı interyeri ilə diqqət çəkir.

 

Şəhərdə yağış sularının ötürülməsi üçün xətlərin çəkilməsi davam edir. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin avqust ayında başlanılmış, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə  tikinti işləri 2014-cü ilin fevral ayında başa çatdırılıb. Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr  olan 3 ədəd anbar 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək. Artıq 3-cü layihə başa çatıb 60 min əhali 24 saat Göygöldən gələn su xəttindən istifadə edə biləcək. Gülüstan qəsəbəsi, şəhərin mərkəzinə qədər olan ərazi, univermaqdan dəmir yoluna qədər olan ərazi etapla su alacaq. 4-cü layihə 18 ay müddətində başa çatdırılacaq. Hal-hazırda  Heydər Əliyev prospektinin Nizami prospekti M.Abbaszadə küçələri arasında olan hissəsində Heydər Əliyev prospektinə bitişik Sabir, X.Xasməmmədov, Ş.Bahəddin küçələrində, Nizami prospektinin Heydər Əliyev Atatürk prospektləri arasında olan hissələrində su, kanalizasiya xətləri çəkilir. Sonda yağış suları prospektə qoyulan borular vasitəsi ilə Gəncə çayına töküləcək.

 

Nizami yurdunun genişmiqyaslı layihələr biri   25 hektar ərazini əhatə edən, miqyasına görə Qafqazın ən böyük ticarət mərkəzlərindən biri hesab edilən bazar kompleksinin tikintisidır.

 

Gəncə Bazar Store  4 mindən çox mağaza fəaliyyət göstərəcək. Bazarda 10 min nəfərin işlə təminatı nzərdə tutulub. Tikintisi davam edən bazarda hazırda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır ki, onlarda Gəncədə ətraf rayonlarda yaşayan insanlardır.

 

Belə iri maştablı tikilinin inşası isə ölkədə sahibkarlığın inkişafına yaradılan etibarlı dayanıqlı dövlət dəstəyinin  bariz göstəricisidir. “Gəncə Bazar Store işlərin yarıdan çoxu artıq yerinə yetirilib. Tikintidə Gəncə üçün xarakterik olan bişirilmiş qırmızı kərpicdən istifadə edilir. Şəhər üçün ənənəvi digər cəhət tikilinin fasad hissəsinin həm milli, həm qərb memarlıq elementləri ilə həmahəng bəzədilməsidir.

 

Alış-veriş mərkəzində sənaye, tikinti, kənd təsərrüfatı digər sahələrdə istehsal edilən məhsulların satışı məqsədi ilə hər cür şərait yaradılır. Otel, restoran ,kafe, əyləncə mərkəzləri kinoteatr isə gəncəlilərin bura üz tutan qonaqların asudə vaxtını mənali keçirməsinə xidmət edəcək. Tikintidə işlər  tamamlama ərəfəsindədir.

 

Nizami yurdu ilbəil, aybaay deyil, günbəgün dəyişir, gözəlləşir. Şəhərdə geniş vüsət alan adadlıq-quruculuq işləri sayəsində yaddan çıxan, unudulan bir küçə qalmayacaq. Bütün bunlar qədim Gəncənin müasirliyinə yeni çalarlar bəxş edərək, 4 min il yaşlı şəhəri möcüzələr diyarına çevirib

Z.Xəlilov

Respublika.- 2018.- 7 yanvar.- S.-2.