Türkiyədə İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
Türkiyə zərbxanası ölkəmizin
Ankaradakı səfirliyinin
təşəbbüsü ilə dahi Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan bürünc sikkə xatirə pulu buraxıb. Xatirə pulunun ön
tərəfində İmadəddin
Nəsiminin şəkli,
“İmadeddin Nesiminin Doğumunu 650. Yılı”
yazısı, arxasında
isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.
Azərbaycanın Ankaradakı səfirliyindən
verilən məlumata görə, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan
Respublikasında 2019-cu ilin
“Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını
təmin etmək məqsədilə Türkiyə
Respublikası Zərbxanasının
rəhbər şəxsləri
ilə görüş
keçirilib və Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə
pulunun buraxılması
ilə bağlı razılıq əldə olunub.
Respublika.- 2019.- 24
avqust.- S.-6