Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
Azərbaycan
Ordusu Moskvada keçirilən “Spasskaya Başnya” XII beynəlxalq
hərbi musiqi festivalında ilk dəfə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, avqustun
23-də Moskvadakı Qırmızı
Meydanda başlayan “Spasskaya Başnya” festivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri də iştirak edir. Sentyabrın 1-dək davam edəcək festivala yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə qatılıb.
Tərkibi hər
il dəyişilən
və dünyanın ən böyük musiqi festivallarından olan “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalında bu il də izləyicilər
maraqlı kollektivlərin
çıxışlarını izləyə biləcəklər.
Xatırladaq ki, 1992-ci ilin fevralından fəaliyyət
göstərən Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən
biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.
Festivalın qaydalarına uyğun olaraq yarışda orkestrlə birlikdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
Mahnı və Rəqs Ansamblı da çıxış edirlər. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edirlər. Heyətimiz festivalda Müslüm Maqomayevin “Radio marşı”, “Odlar yurdu Azərbaycan”, Əlimərdan Əliyevin
“Bayramlı Azərbaycan”,
Üzeyir Hacıbəylinin
“Cəngi” musiqilərini
ifa edəcək. Həmçinin orkestrin şəhər
sakinləri və qonaqlar üçün də bir neçə
konsert proqramı təşkil etməsi planlaşdırılır. Şəhərin
mərkəzi meydanlarında
baş tutacaq həmin konsertlərdə
Fikrət Əmirov, Qara Qarayev, Polad
Bülbüloğlu, Tofiq
Quliyev, Rauf Hacıyev, digər yerli və dünya
klassiklərinin əsərləri təqdim
ediləcək
Respublika.- 2019.- 25
avqust.- S.6