Gənclər İdman naziri Biləsuvar rayonunda vətəndaşları qəbul edib

 

Dekabrın 13-də Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

 

Gənclər İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda 11 vətəndaş iştirak edib.

 

Müraciətlərə əsasən Gənclər evinin, idman qurğularının müvafiq avadanlıqla təmin edilməsi, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsi, işlə təminat, fəxri adların məşqçilik dərəcələrinin verilməsi daxil olub.

 

Qəbulda müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

 

Respublika.- 2019.- 14 dekabr.- S.3