Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi

 

Heydər Əliyevin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır.

 

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib. O qeyd edib ki, Heydər Əliyevin həyatdan getdiyi faciəvi gün uzaqlaşdıqca, onun şəxsiyyətinin miqyası, müasir Azərbaycanın yaranmasına verdiyi qiymətsiz töhfənin əhəmiyyəti daha çox anlaşılır. Xalqın xahişi ilə Vətənə qayıdan Heydər Əliyev sevimli Azərbaycanının çox ağır vəziyyətdə olduğunu gördü. Ölkəni faktiki olaraq parçalara ayırırdılar, dövlət Qarabağda müharibədən əziyyət çəkirdi, xəzinə boşalmışdı. Azərbaycan daxilindəki antimilli qüvvələr öz tamahkar məqsədləri üçün onsuz da dramatik olan vəziyyəti daha da çətinləşdirmək üçün fəaliyyət göstərirdilər.

 

Mixail Qusman vurğulayıb ki, yalnız Heydər Əliyevə məxsus əyilməz iradə, dərin siyasi istedad, fövqəladə strateji görüş ona kifayət qədər qısa müddətdə Azərbaycan cəmiyyətinin ən sağlam qüvvələrini, əsl vətənpərvərləri ətrafına toplamağa imkan verdi. Yalnız xalqın öz liderinin müdrikliyinə inamı Azərbaycanı həmin an qaçılmaz görünən faciədən xilas etdi: "Yeri gəlmişkən, mən bir müddət əvvəl Rusiyanın sabiq Yanacaq Energetika naziri, Azərbaycanda olmuş Heydər Əliyevlə görüşmüş Yuri Şafraniklə söhbət etdim. O bildirdi ki, heç bir ölkə Azərbaycanın o dövrdə düşdüyü qədər ağır bir vəziyyətdə olmayıb. Heydər Əliyevin qəbul etdiyi qərarlar ölkəni xilas etməyə, dərin siyasi iqtisadi böhrandan çıxarmağa imkan verdi”.

 

TASS-ın baş direktorunun birinci müavini bildirib ki, bu kontekstdə Heydər Əliyevin "Əsrin müqaviləsiilə bağlı tarixi, müdrik qərarını xüsusi qeyd etmək lazımdır: "Mən hər zaman Heydər Əliyevi Azərbaycanın xilaskarı adlandırmışam adlandırıram. Tamamilə aydındır ki, o dövrdə Heydər Əliyevin liderliyi olmasaydı, ölkənin taleyi necə olacaqdı. Onun möhkəm daxili çoxqütblü xarici siyasəti Azərbaycana çox qısa müddətdə kənarında dayandığı uçurumdan xilas olmağa, bundan əlavə, müasir, inkişaf etmiş güclü dövlətin əsasını qoymağa imkan verdi. Heydər Əliyev ölkənin xilaskarıdırsa, Prezident İlham Əliyev müasir Azərbaycanın memarıdır. Prezident İlham Əliyevə ümummilli lider Heydər Əliyevdən dövlət quruculuğunun siyasi, iqtisadi, inzibati, sosial mədəni sahələrində siyasi uzaqgörənlik müasir dünyada mürəkkəb dəyişiklikləri proqnozlaşdırmaq qabiliyyəti irsən keçib. Suveren, müstəqil Azərbaycanın rəhbəri olaraq o, bu bacarıqları gündəlik fəaliyyətində tətbiq edir. Bu gün Azərbaycan dünyanın ən aparıcı inkişaf etmiş ölkələrindən biridir bu, qeyd-şərtsiz Prezident İlham Əliyevin xidmətidir”.

 

Respublika.-2019.- 14 dekabr.- S.6