Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
Dekabrın 13-də Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin ADA Universiteti
ilə Meksika Xarici İşlər Nazirliyini təmsil edən Matias Romero İnstitutu arasında akademik-diplomatik
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər
verir ki, məqsədi əməkdaşlığa
təkan vermək olan sənəd diplomatların formalaşdırılması
üçün baza kimi çıxış edərək bununla da hər iki
dövlət arasında
əlaqələri daha
da gücləndirəcək.
Eyni zamanda, memorandum digər fəaliyyətlərlə
yanaşı, hər iki ölkənin təklif etdiyi mədəni və akademik proqramlarda gənc diplomatların iştirakını, akademik-diplomatik
təhsil üzrə məlumat və təcrübə mübadiləsini,
bir ölkənin nümayəndələrinin digər
ölkəyə səfərlər
çərçivəsində qarşılıqlı maraq doğuran mövzulara dair konfransların təşkilini,
akademik-diplomatik formalaşma
sahəsində birgə
proqramların hazırlanmasını,
diplomatiya, xarici siyasət, beynəlxalq münasibətlər və
əlaqəli mövzulara
dair xüsusi nəşrlərin mübadiləsini
asanlaşdıracaq.
Sənədi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Meksikanın Azərbaycandakı səfiri
Rodriqo Labardini imzalayıblar.
Fariz İsmayılzadə və Rodriqo Labardini bu memorandumun
diplomat nəsillərinin
formalaşdırılması, həmçinin akademik və mədəni əməkdaşlığın inkişafı vasitəsilə
hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsinə
töhfə verəcəyini
və hər iki dövlətin
xarici siyasətini daha çox tanımağa imkan yaradacağını söyləyiblər.
Respublika.- 2019.-14 dekabr.-
S.6