Vaqif Mustafazadənin xatirəsi yad edilib

 

 

Dekabrın 16-da Azərbaycanın görkəmli caz pianoçusu bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin ev-muzeyində pianoçunun vəfatının 40-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə həmçinin Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyevanın dəstəyilə buraxılmışVaqif Mustafazadənin caz kompozisiyalarıdiskinin təqdimatı olub.

 

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bəstəkarın həyat yoluna nəzər salıb: “Vaqif Mustafazadə Azərbaycan musiqi mədəniyyətinin ən parlaq ulduzlarından biri idi. Qısa ömür yaşamasına baxmayaraq, caz musiqisində yeni janr yarada bilib. Onun qərb cazının muğamla sintezi dünya şöhrətli cazmenlər tərəfindən yüksək dəyərləndirilib”.

 

Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva görkəmli caz əfsanəsinin yaradıcılıq yolu uğurları, ölməz sənətkarın irsinin təbliği istiqamətində görülən işlərdən danışıb.

 

Sonra V.Mustafazadənin həmkarları, sənət dostları, “Sevilvokal-instrumental ansamblın üzvləri ölməz sənətkar haqqında xatirələrini bölüşüblər.

 

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının (BMA) müəllimi Gülsüm Eldarova pianoda bəstələdiyiVaqif Mustafazadənin xatirəsinə ithafkompozisiyasını ifa edib.

 

Bəstələdiyi kompozisiya haqqında danışan G.Eldarova qeyd edib ki, o, Vaqifi təkrar etməyib, musiqisində estrada-caz-muğam elementlərini sintez edib.

 

Sonra BMA-nın tələbələri Vaqif Mustafazadənin əsərlərini səsləndiriblər.

 

Qeyd edək ki, 1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirib. Onun tərbiyəsi ilə musiqi müəllimi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz oynaq mahnılar ifa edib.

 

1964-cü ildənOreroansamblına, “Qafqazcaz üçlüyünə, “LeyliSevilqadın vokal instrumental Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri festivallarının laureatı olub.

 

Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilib. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə royal” mükafatı ilə qayıdıb.

 

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş orijinal bir janr ortaya çıxarmışMuğamsimfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

 

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

 

Respublika.- 2019.- 17 dekabr.- S.8