Heydər Əliyev Sarayında növbəti
“Zima-2019” Beynəlxalq Uşaq
Festivalı keçirilib
Dekabrın
14-də Heydər Əliyev Sarayında “Beat Group” şirkətinin
təşkilatçılığı və Mədəniyyət
Nazirliyinin dəstəyi ilə növbəti “Zima-2019” Beynəlxalq
Uşaq Festivalının qala-konserti keçirilib.
Konsertdə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bu il festivalda iştirak etmək üçün
110 uşaq müraciət
edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib.
Tədbirin aparıcıları
əvvəlki festivallardan
da yaxşı tanıdığımız gənc
artistlər Rüfət
Məmmədov və Suel Heybətova olublar.
Konsertdən əvvəl iştirakçılar
qırmızı xalının
üzərindən keçiblər
və festivalla bağlı təəssüratlarını
bölüşüblər. “Səs. Uşaqlar” şousunun altıncı
mövsümünün qalibi
Ərcan Maksim “Zima” festivalının yüksək səviyyədə
təşkilindən heyranlığını
ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında
çıxış etmək
imkanı yaratdıqlarına
görə təşkilatçılara
təşəkkürünü bildirib. Festivalın aparıcısı
Rüfət Məmmədov
iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları
maraqlı çıxışlar
gözləyir. “Zima” festivalı sayəsində
çoxlu yeni dostlar tapmaq olar”, - deyə o vurğulayıb.
Sonra maraqlı
konsert proqramı başlayıb. Xalq artisti Aygün
Kazımova və Cəlal Bəşirli birlikdə “Qara gözlər” mahnısını
ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə
isə Fəxriyyə
Əliyeva ilə səhnəni paylaşaraq
“Qal sənə qurban” mahnısını təqdim ediblər.
Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın səhnəsində,
həmçinin Türkiyə,
Ukrayna, Gürcüstan,
Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri
də çıxış
ediblər.
“Zima” festivalı, ilk növbədə,
uşaqların musiqi bayramıdır. Hər bir gənc ifaçı böyük
səhnəyə çıxmaqla
burada artıq qalib olur. Sonda bütün iştirakçılara
xüsusi diplomlar və xatirə hədiyyələri təqdim
edilib.
“Zima” festivalı ildən-ilə
daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları artıq
müxtəlif nüfuzlu
beynəlxalq müsabiqələrdə
uğurla iştirak ediblər. Belə ki, “Zima-2017” festivalının
bir qrup iştirakçısı “Vo ves
qolos” Beynəlxalq Musiqi Televiziya Festivalının qalibi olub. Fərqlənənlər arasında Rüstəm
Kərimov da var. O, “San-Remo Junior-2017” uşaq-gənclər musiqi
yaradıcılıq festivalının
xüsusi mükafatına
layiq görülüb.
“Zima-2018” festivalının iştirakçısı Aleksandr
Zazaraşvili isə Ukraynada “Qolos. Deti” populyar televiziya müsabiqəsinin qalibi olub.
Respublika.- 2019.- 17 dekabr.- S.7