İsveçrədə keçirilən Ümumdünya Qadın Sammitində Azərbaycanın dövlət qadın siyasətindən danışılıb

 

İsveçrənin Bazel şəhərində Ümumdünya Qadın Sammiti öz işinə başlayıb. Ümumdünya Qadın Sammitinin 19-cu iclasıQadın: müvəffəqiyyətə yeni baxışmövzusuna həsr edilib. Dünyanın bir çox ölkələrinin yüksək vəzifəli dövlət nümayəndələrinin iştirakı ilə ayrı-ayrı təcrübələr təqdim olunur. Azərbaycan Respublikası Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova həmin iclasınƏn yaxşı təcrübələrsessiyasında ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məruzə ilə çıxış edib. Bu barədə AZƏRTAC-a Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Sammitin əhəmiyyətini vurğulayan Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim xüsusi əhəmiyyət kəsb edib. Bu da təsadüfi deyil. Hələ 100 il əvvəl Azərbaycan qadını seçib-seçilmək hüququna nail olub. Bu, böyük tarixdir biz çox sevinirik ki, belə böyük qadın hərəkatı tariximiz var. Bu gün dövlətimiz qadınlar üçün bütün imkanları yaradır ki, onlar cəmiyyət həyatında fəal iştirak etsinlər. H.Hüseynova qeyd edib ki, mürəkkəb ictimai-siyasi ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparıb bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadın sahibkarlığının, xüsusilə qaçqın məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Görülən işlər nəticəsində ölkə üzrə qadınlar arasında işsizliyin səviyyəsi son illər on dəfə azalaraq 5,9 faizə düşüb. Əvvəllər 4 faiz təşkil edən qadın sahibkarların sayı artaraq 2019-cu ilin əvvəlinə olan məlumata əsasən 30 faizi ötüb.

 

Komitə sədri bildirib ki, ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf edir. Ancaq biz hələ müharibə şəraitində yaşayan ölkəyik. Əlbəttə ki, bir milyondan çox qaçqın məcburi köçkünün, xüsusilə bu təbəqədən olan qadınların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, təhsil, tibb digər xidmətlərin əlçatan olması ən vacib məsələlərdəndir. Hökumətin qaçqın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hüquqlarının təmin edilməsi sahəsində atdığı addımlar nəticəsində onlar mənzillərlə təmin olunublar, uşaq tələbələr təhsil haqqından azaddırlar, tibb xidmətləri göstərilən zaman onlara böyük güzəştlər edilir s. Belə bir şərait qadınlara imkan yaradır ki, onlar öz üzərində işləsin, cəmiyyətdə fəal iştirak etsinlər. Azərbaycanın bu sahədə təcrübəsi oxşar problemlər yaşayan ölkələrə nümunədir”, - deyə H.Hüseynova əlavə edib.

 

H.Hüseynova müsbət təcrübələrin öyrənilməsinin, ölkələrarası mübadilənin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək deyib ki, bu gün sahibkar qadınlarımız digər ölkələrin sahibkar qadınları ilə çox sıx əməkdaşlıq edir, ikitərəfli memorandumlar imzalayırlar. Bu sırada Türkiyə, Belarus, Rusiya, Mərakeş, Həştərxan Vilayətinin sahibkar qadınları ilə bağlanmış əməkdaşlıq sənədlərini misal göstərmək olar. Eyni zamanda, 2012-ci ildən Azərbaycan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun sədridir.

 

Komitə sədri qeyd edib ki, qadın qızların sosial iqtisadi həyatda iştirakına əngəl olan səbəbləri, o cümlədən əmək bazarında qadınların məşğulluq imkanlarını təhlil etməyə davam edirik. Qadınların fəal iştirakı üzrə özəl sektor üçün tövsiyələri özündə əks etdirən xüsusi hesabat hazırlanıb.

 

Azərbaycanda bir sıra sənədlərdə, o cümlədən Strateji Yol Xəritəsində Dayanıqlı İnkişaf Məqsədlərində insanların özünü göstərmələri üçün imkanların genişləndirilməsi nəzərdə tutulur. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı sahibkarlıq fəaliyyəti haqqında bilik təcrübə qazanmaları Komitənin BMT İnkişaf Proqramı digər beynəlxalq təşkilatlarla birgə keçirdiyi layihələrin mühüm əhəmiyyəti vardır. Bu əməkdaşlıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən səkkiz Qadın Resurs mərkəzi təkcə qadın sahibkarlığının inkişafına kömək etmir, eyni zamanda, qadının cəmiyyətdə nüfuzunun artmasına təkan verir.

 

Komitə sədri deyib: Bu gün vacib məsələlərdən biri , kənd yerlərində yaşayan qadınların iqtisadi sosial həyatda daha fəal iştirak etməsidir. Ölkəmizdə əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Komitə ilə BMT-nin İnkişaf ProqramınınKənd rayon yerlərində yaşayan qadınların iqtisadi sosial həyatda iştirakının təşviqatıbirgə texniki yardım layihəsi nəticəsində bu gün kənd qadınları çox fəaldırlar. Eyni zamanda, 11 regionda fəaliyyət göstərən Uşaq Ailələrə Dəstək mərkəzlərimizdə bu sahədə qadınlara xüsusi təlimlər keçirilir. Kənd yerlərində yaşayan qadınların yeni yerləri tapması üçün xüsusi əmək yarmarkaları reallaşdırılır. Qeyd etmək istərdim ki, yeni yaradılmış Azərbaycan Kənd Qadınları Assosiasiyası qadınların regional ölkə səviyyəsində şəbəkələşməsi prosesinə öz mühüm töhfəsini verir. Həmçinin Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni yerlərinin açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik orta sahibkarlığı artırır. Regionlarda yaşayan kənd təsərrüfatı ilə məşğul olmaq istəyən qadınların, gənc xanımların eləcə məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün “AMAL” (Aqrar Məşğulluğun Artırılması Layihəsi) “AFAQ” (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi) layihələri fəaliyyət göstərir. Respublikada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Kəndli Qadınlar Assosiasiyası yaradılıb. Bu da qadın sahibkarlığı sahəsində şəbəkələrin qurulmasında mühüm rol oynayır”.

 

İclas müzakirə məruzələrlə davam edib.

 

Qeyd edək ki, Dünya QadınlarınınDavosukimi tanınan 1990-cı ildən etibarən təşkil olunan Ümumdünya Qadın Sammitinə 80-dən çox ölkədən 1200-ə qədər nümayəndə, o cümlədən qadın-nazirlər, birinci xanımlar, yüksək dövlət vəzifəsi tutan şəxslər, ictimai-siyasi xadimlər, millət vəkilləri, işgüzar qadınlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılırlar. Sammit çərçivəsində qadınların ictimai-siyasi həyatda, dövlətin cəmiyyətin idarə olunmasında, eləcə iqtisadiyyatda biznesdə rolunun artırılması mövzuları ətrafında müzakirələr aparılır, təkliflər irəli sürülür..

Respublika.- 2019.- 5 iyul.- S.3