Mərdəkan Mədəniyyət Sarayı
Mərdəkan
Mədəniyyət Sarayı 1961-ci ildən fəaliyyətdədir.
Uzun müddət fəaliyyət
göstərdikdən sonra
qəzalı vəziyyətə
düşən mədəniyyət
sarayı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və
ARDNŞ-in maliyyə vəsaiti hesabına müasir standartlara uyğun olaraq yenidən qurulmuş və mərdəkanlıların istifadəsinə
verilmişdir. Ümumi
sahəsi 4641 kvadratmetr
olan sarayda 374 nəfərlik böyük
və 150 nəfərlik
kiçik salon, mühazirə və rəqs salonları xalqın istifadəsinə
verilmişdir. Videomonitor
quraşdırılmış, işıq və səs sistemləri yeniləşdirilmiş, mərkəzləşmiş
kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri
ilə təchiz olunmuşdur.
Sarayın direktoru, ali
ixtisas təhsilli və təcrübəli mütəxəssis Əliağa
Mirzəyevlə söhbət
edərkən o bildirdi
ki, sarayda artıq yeni özfəaliyyət kollektivləri,
pullu və pulsuz dərnəklər, kurslar fəaliyyətə
başlamışdır. Əliağa
müəllim qeyd etdi ki, artıq burada dərnək onlarcadır.
Qızlar və oğlanlar
üçün biçmə-tikmə,
rəqs, məktəbəqədər
hazırlıq, ilkin tibbi yardım, rəsm, şahmat, gitara, tar, rəqs,
qadın bərbəri,
kompüter kursları,
eləcə də dram dərnəyi, “Retro” instrumental ansamblı, “Lalə” rəqs kollektivləri, “Kam-kam” uşaq studiyası, “Azərbaycan
qartalları” rəqs kollektivi, keramika dərnəyi fəaliyyət
göstərir. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikasının
əməkdar müəllimi
Xanlar Bəşirovun rəhbərlik etdiyi “Qartallar” rəqs kollektivi nəinki Mərdəkanda, eyni zamanda respublikamızda, bir çox xarici ölkələrdə
uğurla çıxış
etmişdir.
Mərdəkanın kurort qəsəbəsi olmasını nəzərə
alaraq burada nəinki rayon, eyni zamanda respublika
əhəmiyyətli tədbirlər
də keçirilir. Sarayın direktoru Əliağa Mirzəyev söhbət əsnasında
qeyd etdi ki, sarayda tarixi
günlərə həsr
olunmuş tədbirlərə
daha çox diqqət yetirilir. Belə ki, Ümumdünya Mülki Müdafiə Günü, qəsəbə
sakinləri ilə görüşlər və
Novruz şənliyi, Böyük Vətən Müharibəsində alman
faşistləri üzrəində
qələbənin 71 illiyinə
həsr olunmuş tədbir, Respublika gününə, ümummilli
liderimiz Heydər Əliyevin 93-cü ildönümünə həsr
olunmuş “Bir oğul göstərin Heydərə bənzər”
adlı tədbirlər
bu qəbildəndir. Maraqlısı odur ki, tədbirlərin əksəriyyəti rayonun
ümumtəhsil məktəbləri
ilə əlaqəli təşkil olunur. Rayonun 181, 230, 149, 183 saylı
məktəblərin müəllim
və şagird kollektivləri ilə birgə təşkil olunmuş müxtəlif xarakterli tədbirlər uşaqların daha çox marağına səbəb olmuşdur.
Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsinin Mərdəkan
mədəniyyət sarayı
təşkil etdiyi 28 May – Respublika Gününə həsr olunmuş tədbir rayon əhalisinin marağına səbəb
olmuşdur. Fərəhli
haldır ki, bu tədbirdə Azərbaycan və Gürcüstan rəqs kollektivləri birgə rəqs etmişlər. Tədbir dostluq şüarı ilə təşkil olunmuş və burada “Buta Kreativ yaradıcılıq
studiyası”, “Cəsurlar”
rəqs kollektivi və Gürcüstanın
“Orino”, “Lomisa”, “Parxma” və digər kollektivləri də rəngarəng proqramlarla çıxış
etmişlər. Sonda iki qardaş ölkənin kollektivləri
diplomlarla təltif olunmuşlar.
Uşaqların estetik zövqünü formalaşdırmaq üçün
sarayın rəhbərliyi
xüsusi plan tərtib etmiş və bir-birindən rəngarəng klub tədbirləri həyata keçmişdir. Belə ki, sarayda təşkil
olunmuş “Son zəng” adlı tədbir buna misal ola bilər.
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə təşkil olunmuş bu proqram məktəb məzunlarının, müəllim
və şagird kollektivinin böyük marağına səbəb
olmuşdur. 12 saylı
xüsusi internat məktəbində təşkil
olunan konsert proqramı da maraqlı keçmişdir. Sarayın fəaliyyətində vətənpərvərlik
tədbirləri də
xüsusi yer tutur. Sarayda nümayiş olunan “Ümid” adlı film tamaşaçıların
alqışları ilə
qarşılanmışdır. Qarabağ müharibəsində
həlak olan soydaşlarımızın ruhuna
minnətdarlıq hissləri
daha da yüksəlmişdir.
Sarayın xarici
ölkələrlə, onların
kollektivləri ilə
əlaqələri getdikcə
artır. Belə ki, cari ilin
iyun ayında Azərbaycan və Gürcüstan folkloruna həsr olunmuş tədbir bunu bir daha sübut
edir. Artıq ənənə şəkilini
almış belə tədbirlər hər iki xalqın folklorunun, mədəniyyətinin
təbliğində böyük
rol oynayır. Tədbirdə Mərdəkan
Mədəniyyət Sarayının
“Lalələr”, “Azərbaycan
qartalları” rəqs kollektivləri, “Odlar yurdu”, “Avantaj” qrupu, Gürcüstanın
“Opiza”, “Lavra”, “Beso” və digər
rəqs kollektivlərinin
çıxışları böyük maraqla qarşılanmışdır.
Azərbaycan-Gürcüstan
dostluğunun nəticəsidir
ki, sarayda “Dostluq körpüsü” festivalı da bir ənənə şəklini almışdır.
Bu festival Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsinin dəstəyi
ilə həyata keçirilmişdir. Festivalda
Gürcüstanın “Pesvebi”
və “Salaqobo” ansamblları ilə yanaşı, Azərbaycanın
“Odlar yurdu”, “Aysel” və “Lalələr” kollektivləri
uğurla çıxış
etmiş, hər iki ölkənin kollektivləri diplom və hədiyyələrlə
təltif olunmuşlar.
Əliağa müəllimlə söhbət
edərkən o, qeyd etdi ki, Mərdəkan
Mədəniyyət Sarayı
bir çox layihəyə də imza atıb. Bu baxımdan “Retro Bakı” layihəsi çox maraqlıdır. Bu layihə əhalinin asudə vaxtının düzgün təşkili
çərçivəsində həyata keçirilmişdir.
Layihənin həyata keçirilməsində də
sarayın özfəaliyyət
kollektivləri böyük
uğur qazanmışdır.
“Lalələr”, “İqray, qarmon” rus folklor ansamblı,
Xətai rayonunun mədəniyyət mərkəzinin
“Səma” rəqs qrupu, “Gitaraçalanlar” ansamblı tamaşaçıların
rəğbətini qazanmışdır.
Layihənin Bakının
“Fəvvarələr” bağında
davam etdirilməsi planlaşdırılmışdır.
Fərəhli haldır ki, mədəniyyət sarayında
uşaqların rəsmə
olan marağını
da nəzərə alaraq müxtəlif tədbirlər həyata keçirilir. Burada keçirilən “Rəsm dünyamız” adlı tədbir uğurla həyata keçirilmişdir.
Belə ki, Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsinin dəstəyi
ilə açıq havada Nofəl Abbasquliyevin rəhbərlik
etdiyi “Rəssamlıq”
kursunun balaca rəssamların əl işlərindən ibarət
sərgi təşkil
olunmuşdur. Sərgidə
20-dən çox balaca
rəssamın əl işləri nümayiş
olunmuşdur. Bu tədbirdə 10 nəfər
balaca rəssama diplomlar və hədiyyələr verilmişdir.
Muğamlarımızın
təbliğində də
sarayın kollektivi böyük işlər görür. Belə ki, avqust ayında
“Beynəlxalq muğam
günü” adlı tədbir öz orijinallığı ilə
diqqət çəkmişdir.
Bu tədbirdə Heydər Əliyev Fondunun təşkil etdiyi “Novruz-Bahar” festivalının
iştirakçıları və Türkiyənin İstanbul şəhərində
keçirilən “23 Nisan
Cocuq festivalı”nın
laureatları və Şuşa musiqi məktəbinin “Xəmsə”
muğam qrupu daha fəal iştirak etmişdir.
Sarayda keçirilən
layihələrdən biri
də cari ilin avqust ayının
29-da keçirilən “Multikulturalizm
və uşaq yaradıcılığı” layihəsidir.
Layihə çərçivəsində
“Pişiyin evi” nağıl-tamaşa uğurla
nümayiş etdirilmişdir.
“Bilik günü”, “Beynəlxalq
Turizm Günü” və sair tədbirlər,
o cümlədən “N” saylı
hərbi hissələrdə
keçirilən klub tədbirləri, konsertlər
də Mərdəkan Mədəniyyət Sarayının
uğurlarından hesab
oluna bilər.
Sarayın xarici
dövlətlərin kollektivləri
ilə əlaqəli fəaliyyəti olduqca təqdirəlayiqdir. Belə
ki, sarayın təşkil etdiyi “Türk rəqslərinin gecəsi” adlı tədbir çox böyük marağa səbəb olmuşdur. Bu tədbirə qatılan Tehran və Təbriz rəqqasları milli rəqslərimizi tamaşaçılar
qarşısında çox
böyük ustalıqla
nümayiş etdirdilər.
Burada gənc estrada ifaçılarının
çıxışı da
tədbirə xüsusi
rəng qatmışdır.
Zabit CAVADOV,
Respublika.- 24 iyul.- S.7