“Beyin axını” probleminin yaranması səbəbləri
və nəticələri
(əvvəli
25 və 26 iyul tarixli saylarımızda)
Bu gün Azərbaycanda və dünyada
müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni
amilinə çevrilən insan kapitalının
formalaşmasına, möhkəmlənməsinə və
inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının
rifahının yüksəldilməsinə yönəlib.
İnsan amili, ölkə vətəndaşlarının
sosial-iqtisadi rifahının
yaxşılaşdırılması, ölkəmizin yüksək
inkişaf etmiş ölkələr sırasına daxil
olması həyata keçirilən çoxşaxəli
islahatların başlıca hədəfidir.
“Zəka axını”na qoşulan savadlı
kadrların sahəsi əsasən texniki-dəqiq elmlərdir.
Belə problemlərlə üzləşən dövlətlər
artıq ehtiyac duyulan elm təhsil sahələrinə diqqət
yetirməyin ciddi olduğunu düşünərək tədbirlər
planı hazırlayırlar. Qloballaşma dövrünün əsas
tələblərindən biri yüksəkixtisaslı
kadrların hazırlanmasıdır. Dünyanın
aparıcı təhsil proqramları inkişaf etməkdə
olan ölkələrdən zəka axınına qoşulmaq
istəyən gənc kadrları müxtəlif yollarla öz
ölkələrinə dəvət edirlər.
İspaniyanın İE SE, Fransanın İNSEAD, İngiltərənin
LBS, Avropanın EAİE, Amerikanın MASKİ,
SOROS, FULBRAİT və digər proqramları Avropa, Asiya, Afrika,
Avstraliya və Latın Amerikası ölkələrinin ali təhsil
və elmi müəssisələrində nümayəndəliklər
yaradaraq, müxtəlif qrant və tələbə mübadiləsi
təklifləri irəli sürürlər.
Son məlumatlara əsasən
inkişaf etməkdə olan dövlətlərin bəzilərində
belə proqramlar olmadığından gənclər
İnternet vasitəsilə onların “tələsinə”
düşərək diplomların vətənlərində rəsmən
tanınmayacağını bildiklərinə görə
2000-ci ildən etibarən ABŞ “zəka axını” qəbul
edən dövlətlər içərisində birinciliyi ələ
alır. XX əsrin 60-cı illərində ABŞ-a “zəka”
verən əsas “donorlar” Kanada və Qərbi Avropa dövlətləri
idisə (99%), 1990-cı illərdən başlayaraq, Latın
Amerikası, Rusiya, MDB dövlətləri Amerikaya “zəka”
ixrac edən dövlətlər oldu. Hazırda ABŞ-da
düşünən beyinlərin 85%-i bu ölkələrdən
olanlardır. Birləşmiş Ştatlara mühacirət edən
alim və tədqiqatçıların sayı hər il
artır. 1999-cu ildə ABŞ-da çalışan alim və
mühəndislərin 15 faizini, 2003-cü ildə isə 22, 5
faizini əcnəbilər təşkil etmişlər. ABŞ
Milli Elm Fondunun araşdırmalarına əsasən bu təmayül
daha da güclənəcək. Belə ki, 1983-cü ildən bəri
ABŞ universitetlərində elm və istehsalat
üçün kadrlar hazırlayan texniki, riyaziyyat və digər
fakültələrdəki əcnəbi tələbələrin
sayı 19 faizdən 27 faizə çatıb. Birləşmiş
Ştatlarda aspirantların 32 faizi kompüter elmləri,
riyaziyyat və kənd təsərrüfatı sahəsində,
elmlər doktoru almış şəxslərin 43 faizi, mühəndis
elmləri sahəsində isə 55 faizi əcnəbilərdir.
Xaricdə təhsil almaq qərarına gələn tələbələrin
40 faizi hazırda ABŞ universitetlərində təhsil
alırlar. ABŞ-a hər
il 65 min alim və mühəndis mühacirət
edir. Onlar üçün “H-İB” tipli
xüsusi viza da mövcuddur.
Bu məqsədlə Amerika konqresi 115 min xüsusi
vizanın illik sayının 195 minə qaldırmaq
üçün 2002-ci ildə qərar qəbul edib. ABŞ-dan
başqa “zəkaları” öz ölkəsində görmək
istəyən dövlətlər arasında ön yerlərdən
birini Kanada tutur. Almaniya informasiya
texnologiyaları genetik tədqiqatlar üzrə mütəxəssis
sayılan şəxslər üçün “Green Card”
sistemini daha da fəallaşdırmışdır. Bunun nəticəsində 2001-ci ildə 10 min
düşünən beyini qeyd edilən istiqamət üzrə
Almaniyada vətəndaşlıq alıbdır.
2001-ci ildən başlayaraq dövlətlərin zəkaları
öz ölkəsinə cəlb etməsində
apardıqları siyasət bir sıra sahələrdə
xüsusən tibb sahəsində problemlər yaratdı. Hazırda dünyada tibb “heyət
qıtlığı”nı aradan
qaldırılması üçün daha 4 milyon həkimə
ehtiyac vardır.
Milli və dövlətlərarası siyasət miqrasiya
prosesləri ilə sıx əlaqələndirilməzsə,
qlobal dünyada sosial inteqrasiya bir məqsəd kimi əlçatmaz
olacaq. Mühacirlərin əsas rol oynadığı
müasir cəmiyyətimizlə bağlı müəyyən
gerçəkliklər bütün səviyyələrdə əlaqəli
miqrasiya siyasətinin tətbiqini zəruri edir. Bu ehtiyac BMT-yə üzv olan dövlətlər tərəfindən
prioritet kimi müəyyənləşdirilib.
Asiya qitəsindən olan düşünən beyinlər
ABŞ, Kanada və Qərbi Avropa ölkələrində
informasiya texnologiyaları və digər sahələrdə
daha çox uğur əldə edirlər. 1990-cı ilin
hesabatlarına əsasən texniki elmlər doktoru elmi dərəcəsi
alan alimlər əsasən Asiya qitəsinin
sakinləridir və onlar 62%-lə liderliyi qoruyub saxlayıblar.
Analoji hadisələr riyaziyyat, iqtisadiyyat sahəsində
alimlik dərəcəsi olanlar xarici ölkələrin vətəndaşlarıdır
ki, onlar 52 faiz təşkil edirlər. Belə mütəxəssislərin
əksəriyyəti Hindistan, Çin və Cənubi Koreyadan
mühacir edənlərdir. Hindistan ildə
25 min mühəndis “ixrac” edir. Amerika və
Avropa kompüter sənayesi, istehsalı və işlənməsi
hindli zəkaların əlindədir.
Tayvan, Seul universitetlərinin məzunları bu gün
Amerika və Avropa texniki elmlərində liderlik mövqeyindədirlər. Zəka
axını prosesini araşdıran alimlər müxtəlif
proqramlarla vətənlərini tərk edən insanların məskunlaşdıqları
ərazilərdə yerli əhali ilə onların
sayının müqayisəli təhlilini aparıblar.
1990-2000-ci illərdə tədqiqatçılar 10 il ərzində zəka sahibi olanların say və
faiz etibarilə çoxalmasını müşahidə ediblər.
Hazırda dünyada bir çox sahələrdə rəqabət
aparan ABŞ və Avropa Birliyi arasında elmi kadrların
kateqoriyalarında fərqlər mövcuddur. Avropa Birliyində doktorluq dərəcəsi
alan düşünən zəkaların
sayı ABŞ-dan çoxdur. Gənc tədqiqatçıların
sayına görə Birləşmiş Ştatlar liderlik edir.
Avropa Birliyində hər min nəfər işçidən 5,4 faizi alimlərdən ibarətdir. ABŞ-da bu
göstərici 8,6 faizi, Yaponiya da isə
9,7 faizi təşkil edir. ABŞ-da əhalinin 37
faizi, Avropa Birliyində isə 23 faizi elmə maraq göstərir.
Elm və təhsilə ayrılan xərclərə
görə də fərqlər vardır. 2000-ci ilin
statistikasına əsasən, ABŞ elm və texnologiyanın
inkişafına 287 milyard avro, Avropa Birliyində isə 121
milyard avro ayrılır. ABŞ-da elmə maraq
onun gənc kadrların zəkaların “oğurlanmasında”
aqressivlik nümayiş etdirməsi ilə müşahidə
olunur. Avropa Birliyində isə bu istiqamətdə
passivlik özünü göstərir. Dünya üzrə
elmi kadrların yaş fərqi də aşağıdakı
kimidir: 40 milyon 222 min elmlə məşğul olanların 10,6
faizi 29 yaş, 15,6 faizi 3-39 yaş, 26,1 faizi 40-49 yaş və
47,1 faizi isə 50 yaş fərqi arasındadır.
Zəka axını probleminin ən təhlükəli tərəfi
düşünən beyinlərə terrorçu təşkilatların
da maraq göstərməsidir. Potensial imkana malik,
yüksək savad və biliyi olan şəxslərin bir qismi
artıq beynəlxalq miqyaslı terror təşkilatlarında
çalışırlar. Bu məsələ Parisdə
(2002-ci il 11 iyul), Berlində (2003-cü ilə
9 mart), Vaşinqtonda (2004-cü il 5 fevral) və Moskvada
(2004-cü il 26 aprel) keçirilən xüsusi xidmət
orqanlarının yığıncaqlarında da geniş
müzakirə edildi. Çünki bu məsələ
rus generalı N.Patruşevin “dünyanı sarsıdan və
narahat edən bir məsələdir” ifadəsi ilə
üst-üstə düşür. Hazırda
çox dövlətlər zəka axınının
qarşısının alınması üçün ciddi tədbirlər
planları hazırlayırlar. Rusiya
miqrasiya edən zəkaların sayının artmasından
narahat olduğunu elm-təhsil sahəsinə diqqət yetirəcəyini
bəyan edib. Malayziya dövləti isə
ehtiyacı olan min işçini informasiya texnologiyaları sahəsində
ailəli tərk edən kadrların geri qaytarılması
üçün planlarını rəsmən
açıqlayıb.
İsrail isə zəka axını üçün
bütün qapıları açmışdır. 3000 mühəndisi
qəbul etməyə hazırlaşan İsrail İntel və
İBM şirkətlərinə bu işləri həyata
keçirməyi həvalə edib. Beləliklə,
qloballaşma dövründə zəka axını
bütün bəşəriyyəti düşündürən
problemə çevrilərək sosial, iqtisadi siyasi nəticələri
bəzi ölkələr üçün fəlakət, bəziləri
üçün isə firavanlıq gətirir. Qərbi
Avropa - əsasən Avropa Birliyinə daxil olan ölkələr
keçmiş SSRİ-dən zəkalı insanlara daxillərində
yüksək keyfiyyətli iş və həyat vəd edirlər.
1990-cı ilin statistikasına əsasən onlar
180 min sovet respublikalarının vətəndaşlarını
qəbul edib.
Yaxın Şərqin - neft istehsal edən ölkələri
tibb, neft emalı, yüngül sənaye sahəsində yeni
ixtiralar vəd edən alimləri yüksək əmək
haqqı ilə təmin edirlər. Rəsmi məlumatlara əsasən
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn,
Küveyt və İsrail 300 min zəka sahibinə qapı
açıblar.
Düşünən beyinlərin axını MDB ölkələrində
intensiv davam edir. Keçmiş Sovetlər Birliyi daxilində
zəka axını problemi o qədər nəzərəçarpacaq
halda baş vermirdi. Öz biliklərini
artırmaq və Sovet ölkəsində peşəsinə
görə uğur əldə etmək istəyənlərin ən
yüksək hesab etdikləri paytaxt Moskva şəhəri idi.
Moskva yenə də zəka axınını
daha çox qəbul edən keçmiş postsovet məkanına
daxil olan şəhərlər arasında liderliyini qoruyub
saxlayır. Rusiya MDB məkanında zəka
axınını daha çox qəbul edən ölkələrdən
biridir. Lakin onun özü qəbul etdiyi qədər
xarici ölkələrə zəka ixrac edir. Xarici ölkələrə ixrac etdiyi zəka
axınından sovet ölkələrindən daha çox əziyyət
çəkən Rusiya Federasiyası, Moldova, Litva və digər
ölkələrlə yanaşı Azərbaycan da xüsusi
yerlərdən birini tutur. Rusiya
Federasiyasında zəka axını 1991-ci illərdə daha
da intensivləşdi. Rusiyadan prosesin
başlanma tarixi isə XVII-XVIII əsrlərdən
götürülməsinə baxmayaraq, tədqiqatçılar
əsas dövr kimi dalğanı mənbə kimi qiymətləndirirlər.
Bu statistikadan göründüyü kimi, Rusiyada elm sahəsində
üstünlüyü texniki elmlər əlində
saxlayır.
Bu, özünü eyni zamanda 2000-2005-ci illər arasında
Rusiyanı tərk edib öz zəkalarını yüksək
qiymətləndirən insanların sahələrinin faiz
göstəricilərində də aşkar büruzə verir:
Rusiyada zəka axınının
qarşısının alınmasını tənzimləyən
qanunvericilik bazası mövcud deyil. İntellektual
mülkiyyət sayılan zəka sahibləri ölkədən
gedərək xarici dövlətlərin sosial-iqtisadi
inkişafında mühüm rol oynayırlar. Rusiya Federasiyasının Təhsil Nazirliyinin verdiyi rəsmi
məlumatlara əsasən ABŞ-ın Müdafiə
Nazirliyində 8 minə yaxın rus alimi 40 elmi proqramın fəal
əməkdaşlarıdırlar. Rus alimləri
öz növbəsində ölkələrinin istehsalı
olan alətlərdən istifadə edirlər. Rusiya təhlükəsizlik orqanları bunun federasiya
üçün arzuedilməz olduğunu etiraf edirlər.
Zəkalı insanlarla ölkəni tərk etməzdən
öncə işləməyi dövlətçilik
nöqteyi-nəzərindən müsbət əhəmiyyət
kəsb edən federal təhlükəsizlik xidməti
hazırda xaricdə işləyən rus elminin elitası
kateqoriyasına daxil olan alimlərin geri qayıtmasını zəruri
sayır və bunun üçün normal şəraitin
yaradılmasını ilk addım kimi qeyd edirlər. “Bu gün rus aliminə istənilən ölkədə
rast gəlmək olar” fikrini bildirən tədqiqatçı
Serqey Yeqorov belə hesab edir ki, mənbələrin ölkəni
tərk edən zəkaların sayı ilə bağlı bəzi
məlumatlar həqiqətə uyğun deyil. İldə 30 min zəkalı kadrın vətəni
tərk etməsi faktını tədqiqatçı rus alimlərinin
statistik göstəriciləri ilə müqayisə etdikdə
gülünc rəqəm alınır. Onların
70%-ni alim hesab etmək düzgün olmazdı. “Zəkaların” içərisində
plagiatçılıqla və karyera qurmaqla məşğul
olanlar da vardır ki, alim adını belə şəxslərlə
müqayisə etmək elmi “təhqir” etmək deməkdir.
Rusiyada əsl
alimlərin olduqca az olduğunu
açıqlayan tədqiqatçılar bu gün zəka
sahibi deyiləndə ildə iki-üç müsbət rəy
əsasında nüfuzlu elmi toplu və jurnallarda məqaləsi
dərc edilən, 3 ildən çox olmayaraq monoqrafiya nəşr
olunan seçdiyi ixtisas üzrə yenilik gətirmək
iqtidarında olanları nəzərdə tuturlar. 2003-cü ildə Corc Soros Fondunun hesabatlarında belə
şəxslərin keçmiş postsovet məkanında cəmi
50 min nəfər olduğu qeyd olunur. ABŞ-da
isə bu rəqəm 20 minə yaxındır və bu isə
yalnız Amerikada anadan olan və təhsil alanlara aiddir.
“Zəka axını”
kateqoriyasına xaricdə təhsil alan gənc kadrların statistik
göstəriciləri də daxildir. 1993-cü ilin məlumatlarında
13 min tələbənin xaricdə oxuması (10 min nəfər
ABŞ, Fransa, Almaniya, Böyük Britaniya) qeyd edilirdisə,
2002-ci ildə bu rəqəmlər 26 mini keçmişdir.
Bu tələbələr arasında keçirilən sorğu
Rusiyanın bu işlə məşğul olan şəxsləri
düşünməyə vadar edir: Rəyi soruşulan gənclərin
45%-i təhsil aldıqları ölkədə müddət
bitdikdən sonra işləməyi və vətəndaşlıq
əldə etməyi düşünürlər. Sorğuda iştirak edən 20% gənc təhsil
müddəti başa çatdıqdan sonra yenidən təcrübə
keçmək məqsədilə hələlik vətənə
geri dönmək barədə fikirləşirlər. 18% gəncin
xaricdə yüksək vəzifə və əmək
haqqı almasına baxmayaraq, ana vətənlərinə
geri dönüb, dövlətlərinin mənafelərinə
xidmət edəcəklərini bildiriblər. Yalnız 3%
sorğuda iştirak edən respondent təhsilləri bitdikdən
sonra qərar verəcəklərini açıqlayıblar.
Rusiya
Federasiyası hər il “zəka
axını”ndan 50 milyard dollar itirir. Qərb
dövlətləri Rusiyada hər rubl üçün 0, 50
ABŞ dolları sərmayə qoymağı
planlaşdırırlar. Bunun nəticəsində 40 elmi
işçi Amerikadan vətənə geri dönmüş və
hazırda ev və işlə təmin
ediliblər.
Azərbaycanda
“beyin axını”nın böyük
miqyasda olmamasına baxmayaraq, narahatlıq doğurur. Belə ki, Azərbaycanın mütəxəssislərinin
xaricə getməsinə problem kimi baxmaq lazımdır. Ölkənin inkişafı baxımından beyin
axınının müntəzəm xarakter almaması, problem
yaranmaması məqsədilə qarşısının
alınması üçün qabaqlayıcı tədbirlər
görülməlidir.
Ələsgər
SARIYEV,
Vəfa RÜSTƏMOVA,
AMEA İqtisadiyyat
İnstitutunun
elmi əməkdaşları.
Respublika.- 26 iyul-S.6