“Jara-2019”da 200-dən çox
müğənni çıxış
edəcək
Bakı. Vüqar
İmanov - Trend:
Bu il Bakıda düzənlənən
"Jara" festivalı
çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı
ilə “Jara-2018”haqqında çəkilmiş
filmə baxış olacaq.
Trend-in məlumatına
görə, bunu Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından
biri Emin Ağalarov mətbuat konfransında deyib. O, əlavə edib, bu il festivalda
dörd gün ərzində 200-dən çox
ifaçı çıxış
edəcək. İyulun
26-da ötən il çəkilmiş “Odnajdı
na Jare” filminin ulduzlar üçün təqdimatı
olacaq. Bu ekran əsərində festivalın iştirakçıları
rol alıb.
“Jara-2019” festivalının
açılışı münasibətilə təşkil
edilən mətbuat konfransında, həmçinin
festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Bukova,
Yana Çurikova, dünya şöhrətli
ifaçılar Filipp
Kirkorov, Ani Lopak, Sergey Kojevnikov
və Zivert jurnalistlərin suallarını
cavablandırıblar.
F.Kirkorov deyib:
“Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı
ilə digərlərindən
seçilir”.
Mətbuat konfransında
F.Kirkorovun gələn
festival çərçivəsində
yaradıcılıq gecəsinin
keçirilməsi təklif
olundu və müğənni buna razılığını bildirib.
Qeyd olunub
ki, gələn il “Jara” festivalının
Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi
nəzərdə tutulur.
Respublika.- 2019.- 26
iyul.- S.7