Hər zaman sözün düzünü deyən şair

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mövlud Teymur “Mən sözü düz dedim” adlı yeni şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.

 

AZƏRTAC xəbər verir ki, şairin sayca on altıncı kitabı olan bu topluda ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan olan bu şeirlər oxucuda xoş təəssürat oyadır.

 

Respublikamızın dilbər guşəsi olan İsmayıllı rayonunun Buynuz kəndində 1951-ci ildə dünyaya göz açan Mövlud Teymur orta məktəb illərindən ədəbiyyata, şeirə böyük maraq göstərib, rayonda çıxanZəhmətkeşqəzeti redaksiyasında fəaliyyət göstərən ədəbi məclisin fəal üzvlərindən olub.

 

Ədəbiyyata ötən əsrin yetmişinci illərində gələn şairinYağışadlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləriAzərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat İncəsənət”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti digər qəzet jurnallarda işıq üzü görüb. Şeirləri bir sıra xalqların dilinə tərcümə olunub.Araz”, “Qızıl qələm”, Rəsul Rza adına mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili ədəbiyyatı fakültəsini, həm 2 illik jurnalistika kursunu bitirib. Bir müddət müəllim işləyib. Ali kateqoriyalı müəllim olub, metodist müəllim kimi tanınıb.

 

Onun keçdiyi ömür yolunu vərəqlədikcə bir dahaŞairin tərcümeyi-halı olmur, taleyi olurfikrinin böyüklüyünə inanmaya bilmirsən. On yeddi yaşından Bakı şəhərində işləmiş, 90 nömrəli fəhlə-gənclər orta məktəbini bitirmişdir...

 

Sözə könül verib, əlinə qələm alandan hər zaman qəlbindən keçəni, düz bildiyini yazıb, oxucunu da düz olmağa, saflığa səsləyib. Onun ömür kredosu məhz bu amal üstə köklənib. Bəlkə elə bu səbəbdəndir ki, “Mən sözü düz dedim, doğru söylədim, Tərtəmiz söylədim, duru söylədimdeyir.

 

Bu kitabda onun doğma Azərbaycana həsr etdiyi çox dəyərli misralar var. Bu da onun qəlbindəki sonsuz vətən sevgisindən xəbər verir. O, sanki hər şeiri, hər misrası ilə vətənə olan sonsuz sevgisini oxucu ilə bölüşmək istəyir. Azərbaycana canı, ruhu, öz bədəni kimi baxır, Vətənini vuran qəlbi, ürəyi hesab edir bununla qürurla fəxr etdiyini söyləyir.

 

Mövlud Teymurun şeirlərində həm təbiətə sonsuz bağlılıq var. Bu da təbiidir. Çünki İsmayıllıda, dağların əhatəsində doğulub, təbiətə vurğun olmamaq mümkünsüzdür. Bəlkə onu şeirə, poeziyaya bağlayan əsas amillərdən biri yaşadığı yerin əsrarəngiz təbiəti, bənzərsiz gözəlliyidir.

 

Onun şeirlərini oxuduqca insanın gözü önündə həm zəhmətkeş bir qələm adamının, həyatın sınaqlarına sinə gərən, ayaqda durmaq üçün min bir zəhmətə qatlaşan hünərli bir kişinin, əyilməz bir insanın obrazı canlanır. İstər-istəməz hiss edirsən ki, bu misralarda illərin ağrısı-acısı boy verməkdədir.

 

İnanırıq ki, qəlbində haqq sevgisi, misralarında düzlük, paklıq çağırışı olan Mövlud Teymurun yeni şeirlər kitabı da əvvəlki əsərləri kimi çoxsaylı oxucuların qəlbinə yol tapacaq.

 

Respublika.- 2019.- 26 iuyl.- S.7