“Jara-2019”un üçüncü gününün
konsert proqramı da rəngarəng
ifalarla yadda qaldı
“Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günü də maraqlı və rəngarəng ifalarla yadda qaldı.
AZƏRTAC
xəbər verir ki, iyulun 27-də təşkil olunan növbəti
konsert tamaşaçılara əsl bayram ab-havası
yaşadıb.
Musiqili
gecədə məşhur ifaçılar Emin Ağalarov,
Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr
Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule,
Seryoqa, Aleksandr İvanov və “Rondo”, Anna Sedokova, İrina
Dubtsova, Zara, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy,
İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin və
“Hi-Fi”, Slava, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey
Çumakov, Yuliya Kovalçuk, Tomas Neverqreen, Stas Pyexa, Dilarə
Kazımova, Maşa Veber və MBAND, “Ruki vverx”, “Na-na”,
“Zemlyane”, “Queens” qrupları çıxış ediblər.
Bu
maraqlı musiqi bayramı üçün Xəzərin
sahilində müxtəlif videoinstalyasiyaları nümayiş
etdirməyə imkan verən möhtəşəm səhnə
qurulub.
Konsert
proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri,
fərqli dekorasiyalar, işıq və lazer şousunun təqdimatı
və atəşfəşanlıq
tamaşaçıların zövqünü oxşayıb və
maraqla qarşılanıb.
Qeyd
edək ki, festivalın təşkilatçıları
müğənni və bəstəkar, Azərbaycanın Xalq
artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori
Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon”
mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Respublika.-2019.- 28 iyul.- S.6.