“Jara-2019” Beynəlxalq Musiqi Festivalının üçüncü günündə
də iştirakçıların
qırmızı xalının
üzərindən keçidi
olub
.
Bakıda, “Sea
Breeze Resort” istirahət mərkəzində
təşkil olunan
“Jara-2019” Beynəlxalq Musiqi
Festivalının üçüncü
günü - iyulun
27-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Aparıcının “Bu gün burada
1990-cı illərin hitləri
səslənəcək. Sizin
sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:
-“İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də
onları dinləməyi
sevirəm.
-Bəs bu
qrupun hansı mahnıları xoşunuza
gəlir?
-Musiqinin, ümumiyyətlə,
zamanı olmur. “Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli
mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu
etdiniz.
-Leyla xanım,
artıq “Jara” festivalının iki günü arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin
üçün dəyişən
nədir?
-İldən-ilə, ümumiyyətlə,
dünya yaxşılığa
doğru dəyişir. Çünki getdikcə daha çox insan başa düşür ki, biz sevgi və
mərhəmət üçün
yaşayırıq. Mən xoşbəxtəm
ki, Azərbaycan dünyada belə bir yerə çevrilib.
Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü
bildirirəm.
Xalq artisti Emin Ağalarov ötən əsrin
90-cı illərinin bu
gün ifa ediləcək hitlərinin
tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanacağına əminliyini
bildirib.
Qeyd edək ki, festivalın
üçüncü günü
Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov, Anna Sedokova, İrina Dubtsova, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa
Korolyova, Mitya Fomin, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov,
Yuliya Kovalçuk,
Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber, Slava, “MBAND”, “Ruki vverx”, “Na-na”, “Zemlyane”, “Queens”,
“Rondo”, “Hi-Fi” qrupları və
başqaları qırmızı
xalı üzərindən
keçiblər.
Xalıdan keçən məşhur
ifaçılar “Jara-2019”la bağlı təəssüratlarını
bölüşüb, festivalda
ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd
ediblər. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından
söz açıblar.
Qeyd edək
ki, hər dəfə rəngarəng
ifalarla tamaşaçıları
heyrətləndirən festivala
ildən-ilə maraq artmaqdadır. Festival iştirakçıları
Bakıda keçirilən
bu musiqi bayramında böyük həvəslə iştirak
etdiklərini söyləyirlər.
Respublika.- 2019.- 28
iyul.- S.4