Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul
edib
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin və
onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə əsasən, iyulun 26-da Azərbaycan
Respublikasının Mədəniyyət naziri Əbülfəs
Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və
Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Həmçinin mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində
Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran
və Siyəzən rayonlarından olan vətəndaşları qəbul
ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək
dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayev Quba rayon
Heydər Əliyev Mərkəzində Quba Rayon Tarix-Diyarşünaslıq
Muzeyi ilə birgə təşkil olunmuş əl işləri və xalq sənətkarlıq nümunələrindən ibarət
sərgi ilə tanış olduqdan sonra vətəndaşları
dinləyib.
Quba və Qusar rayonlarından qəbulda iştirak edən vətəndaşlar tərəfindən
Gültəpə kəndində
olan Baba Məhəmməd türbəsinin
təmir olunması, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması,
I Nügədi məscidinin
bərpası, Quba Heydər Əliyev Mərkəzinin nazirliyin balansına verilməsi, Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin
bərpası ilə bağlı müraciət
ediblər. Həmçinin Quba rayon Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət
göstərən dram
dərnəyinin Xalq teatrına çevrilməsi
və kollektivə milli geyimlərin verilməsi, Qırmızı
qəsəbədə dağ
yəhudilərinin muzeyi,
habelə əməyin
qiymətləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə
bağlı müraciət
və təkliflərini
nazirə çatdırıblar.
* * *
Mədəniyyət nazirinin birinci
müavini Vaqif Əliyevin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində
keçirdiyi qəbulda
vətəndaşlar Xaçmaz
Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlərin mübadiləsi, rayon Tarix-Diyarşünaslıq Muzeyində
ekspozisiya işinin təşkilinə köməklik
göstərilməsi barədə müraciət ediblər. Qəbulda həmçinin Xaçmaz
Xalça Muzeyində
“Milli geyim incilərimiz” adlı bölmənin yaradılması,
Xalq teatrının maddi-texniki bazasının
gücləndirilməsi, “Yallı”
folklor kollektivi üçün milli geyimlərin və aksesuarların verilməsi,
rayonda “sənətkarlar
evi”nin yaradılması,
kənd kitabxana filiallarının ali məktəb dərslikləri və uşaq ədəbiyyatları
ilə təmin olunması barədə müraciətlər səsləndirilib.
* * *
Şabran və Siyəzən
sakinləri Şabran tarixi qoruğunda arxeoloji qazıntı işlərinin davam etdirilməsi və qoruq üçün inzibati binanın tikilməsi, Şabran Rayon Tarix-Diyarşünaslıq
Muzeyi üçün
yeni binanın tikilməsi, Siyəzən
rayonunda Tarix-Diyarşünaslıq
Muzeyinin yaradılması,
Pirəbədil Tarix muzeyinin ekspozisiyasının
yenidən qurulması,
mərkəzi kitabxanalara
yeni kitabların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə
mədəniyyət nazirinin
müavini Rafiq Bayramova müraciət ediblər.
Mədəniyyət Nazirliyinin aidiyyəti
struktur bölmələrinin
nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda
vətəndaşlar diqqətlə
dinlənilib, qaldırılan
məsələlərin böyük
əksəriyyəti yerindəcə
həll edilib, bəzi müraciətlərin
operativ araşdırılması və
qanunvericiliyə uyğun
həlli üçün
müvafiq tapşırıqlar
verilib. Ümumilikdə
qəbullarda 50 nəfərə
yaxın vətəndaş
iştirak edib.
Respublika.-2019.- 28 iyul.- S.4