Mustafa Kamal Atatürk və
Nəriman Böyük türk xalqına məhəbbətdən
qaynaqlanan qardaşlıq
Nəriman
Nərimanovun Şərq ölkələri ilə Sovet
Rusiyası arasında diplomatik əlaqələrin
yaradılmasında böyük xidmətləri olmuşdur.
Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin
yaradılması N.Nərimanovun siyasi fəaliyyətində
misilsiz hadisə - “sənəd və mənbələrdə
öz əksini tapsa da, tarixi dəyərini almamış”, demək
olar ki, unudulmuşdur. Bu barədə türk tədqiqatçısı
Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və
Kurtuluş Savaşımız” mövzusunu ilk olaraq tədqiqata
cəlb etməklə Türkiyə-Azərbaycan münasibətlərində
“unudulmuş səhifələrin” - tarixi həqiqətin bərpa
edilməsi Nərimanovun bir müdrik şəxsiyyət kimi
Türk-Azərbaycan birliyinə sədaqətini nümayiş
etdirir. Onun müdrik siyasi xadim kimi portretinin bərpasına
kömək edir.
Hüseyn
Adıgözəl tarixçi kimi toxunduğu mövzuda əsər
yazmasının məqsədini şərh edərkən
yazır: “Qurtuluş savaşımızın ən təhlükəli
günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən
gələn bütün yardımları yapan Sovetlər
Birliyindən Türk Qurtuluş Savaşına böyük dəstək
verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk
olduğundan, Türk millətçisi olduğundan zərrə
qədər şübhəmiz yoxdur. Onun
Kommunist olması bizə yardım etməsinə əngəl
olmadığı kimi, bizlər də onun kommunist olmasına
baxmayaraq, onun Türkiyə türkləri və türk milləti
üçün etdiklərini əsla unuda bilmərik.
Tarix olduğu kimi, yazılmalıdır ki, Türk birliyinin təməli
sağlam olsun! (“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Məlum olduğu kimi Nəriman Nərimanovun Türkiyəli
türklərlə ilk tanışlığı
1909-1913-cü illərdə Həştərxanda olmuşdur. Sürgün
illəri nəzarət altında olan N.Nərimanov burada gizli
inqilabi fəaliyyətini leqal tədbirlərdə məharətlə
davam etdirirdi. Onun “Şurayi-islam cəmiyyəti”ndə
təşkil olunan tədbirlərində tatar, rus, qazax,
qırğız və türk zabitləri də iştirak
edirdilər.
Hüseyn
Adıgözəl yazır:
“Birinci
Dünya Müharibəsində əsir düşən və
Həştərxana göndərilən türk zabitləri ilə
(Nərimanov) orada qarşılaşmış və onlardan
aldığı məlumatlarla Türkiyə və türklərin
vəziyyətindən xəbər tutmuş, Qurtuluş
Savaşı müddətində çətin durumda olan
Türkiyə türklərinə əlindən gəldiyindən
də daha artığını yaparaq, yardım etməyə
çalışmışdır” (“Respublika” qəzeti, 19 iyul
2019-cu il).
Birinci Dünya Müharibəsi hər yerdə olduğu
kimi, Azərbaycanda da ictimai-siyasi və iqtisadi gərginlik
yaratmışdı. Anadolu cəbhəsində türk hərbi
qüvvələrinin uğursuzluğu nəticəsində
minlərlə hərbi və mülki əsir Rusiya ərazisindəki
düşərgələrə göndərilirdi.
Vladiqafqaz
dəmiryolunda qapıları bağlı yük vaqonlarında
həftələrlə ac, susuz vəziyyətdə Urala, Sibirə,
eləcə də Səmərqənd, Krasnoyarsk, Tula, Həştərxan
və Bakı şəhərlərinə göndərilən
hərbi əsirlər arasında yüzlərcə insan
dözə bilmir, dünyasını dəyişirdi. Əsirlərin məskunlaşdıqları həbsxanalardakı
şərait isə daha dözülməz idi. Bakıya eşalonla gətirilən hərbi əsirlər
gecələr dəniz limanından Nargin adasına ciddi rejimli əsir
düşərgələrinə “Knyaz Borodanski” gəmisində
daşınırdı. N.Nərimanovun rəhbərlik
etdiyi “Hümmət” təşkilatı bundan xəbərdar
idi. Lakin qadağan olunmuş zonada nələr
baş verdiyini bilmirdilər.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən
sonra onu narahat edən Nargin adasında saxlanan türk əsirlərinin
vəziyyəti ilə maraqlanır. O, həmfikirləri ilə Dumada bir
komissiya seçib Nargin adasına göndərilməsi məsələsini
tələb edir. “Hümmət” 1917-ci il 28
noyabr tarixli sayında yazır: “Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən
yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə
gedib əsirlər barəsində mükəmməl məlumat
toplayıbdır. Bu barədə Dumada bir
məruzə oxuyacaqdır”.
Bakı
şəhər Dumasının “Təhqiqat
komissiyası”nın üzvləri-Nəriman bəy Nərimanov,
Əbdülbağı Məmmədov, Ağa Məhəmməd
İbrahimov, Mürsəlov, eləcə də, Almaniya,
Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları
Nargin cəzirəsində məhbusların vəziyyəti və
saxlanma şəraiti ilə tanış olanda dəhşətə
gəldilər.
Burada minlərlə hərbi və mülki əsir taxta
baraklarda anti-sanitariya şəraitində yaşayırdı. Baraklar
arasında çadırlarda vəziyyət daha dözülməz
idi. Hər yerdə natəmizlik, üfunət
400 nəfərlik xəstəxanada ağır xəstələrə
tibbi yardım göstərmək üçün dava-dərman
çatışmırdı.
Məhbusların bənizi solğun, kədərli idi. Onlar maddi və
mənəvi sıxıntı çəkir, həftələrlə
içməli suya həsrət qalırdılar.
Rus və erməni mühafizəçiləri məhbusları
ciddi rejimdə saxlayır, onlarla çox kobud davranırdılar.
“Açıq
söz” qəzeti 1917-ci il 7 dekabr tarixli
sayında “Təhqiqat komissiyası” üzvlərinin Nargin cəzirəsində
gördüklərini belə şərh edir:
“Cəzirədə yaşanan dəhşətli vəziyyətin
izlərini görən komitə üzvləri
hönkür-hönkür ağlamaqdan özlərini saxlaya
bilmirdilər.
400 adam yerləşəcək xəstəxanada
1200 xəstə balıq kimi bir birinin üstünə
tökülmüşdü, bəzisi can verirdi, bəzisi
“Əfəndim, su”, “Əfəndim, yemək” deyə
qışqırırdı. Bir tərəfdən
isə o gün ölmüş 40 əsir bir-birinin
üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından,
susuzluqdan, soyuqdan tələf olurdu. Nə əyinlərinə
geyinməyə geyimləri, nə bir də yandırmağa
yanacaqları var idi. Bir çoxları
başlarının altına kərpic qoymuşdular. Quru taxta üstündə yatmaqdan
çoxlarının yanlarında böyük yaralar əmələ
gəlmişdi. Mülki əsirlər
arasında 80 yaşında qocalarla yanaşı, 2
yaşından 15 yaşına qədər körpə
uşaqlar da var idi.
Daha sonra
Nərimanov adada 700-ə qədər səksən
yaşlarında ahılın, 2 yaşından 15 yaşına
qədər körpə uşaqların olduğunu və
bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini
bildirərək sözlərini bu cümlələrlə
tamamlamışdır: “Bura bir cəzirə deyil, məzardır.
Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub öz növbəsini
gözləyir”.
Axşamçağı
Nargin adasından şəhərə yorğun qayıdan Nəriman
Nərimanov evdə özünə aram
tapa bilmədi. Papirosu-papirosa caladı, yazı
masasına dirsəklənib fikirləşdi. O, Nargin
adasında əsirlərin dözülməz halını
görüb dəhşətə gəlmişdi. Onlara təcili kömək göstərmək fikri
onu tərk etmirdi. O, otaqda bir qədər var-gəl etdi. Bakı şəhər Dumasına əsirlərin vəziyyəti,
onlara təxirə salmadan kömək barədə məruzə
yazmağı qərara aldı.
Nərimanov stolun üstündəki zəif
işıqlı lampanın piltəsini qaldırdı, otaq
işıqlandı.
O, ağ vərəqləri qabağına çəkdi,
qələmi mürəkkəbə batırıb xeyli
düşündü. Həyəcandan fikrini toplaya bilmirdi:
haradan başlasın? Bir qədər sonra gördüklərini
təfsilatı ilə yazmağa başladı
Nərimanov məruzəsini başa çatdıranda
artıq dan yeri sökülmüşdü. Pəncərəyə
düşən şəfəqlər otağı
işıqlandırmışdı. O, lampanı
söndürüb, bir çimir yuxu almaq üçün
divana uzandı.
Ertəsi
gün Nərimanovun “Hümmət” qəzetində (28 noyabr
1917-ci il) “Göz yaşı tökdürən
Cəzirə” məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı
ilə yazırdı:
“Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri,
bir sümük bədənləri, sifətsiz gözləri,
ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”,
“əfəndim, paltar!” sözlərini eşitməyəydim.
Kaş çılpaq, dodaqları soyuqdan titrəyən,
üzləri bozarmış atasız-anasız balaca balalarla
söyləşməyəydim. Kaş xəstəxanada
başları kərpic üstə can verən igidlərə
rast gəlməyəydim!
Min iki yüz insan balası hazır ölüm növbəsində
durubdur. Altı min də bu növbəyə
hazırlaşır. Tifmi, vəbamı və
ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə
qurban edəcəkdir?
Yox, yox!
Aclıq!
Susuzluq və soyuq!
Müsəlmanlar
“əfəndim, su!..” deyib gözlərinizə
baxdıqda guya demək istəyirlər: Siz
insanmısınız? İnsaniyyətə dair
qanunlarınız varmı? Siz millət
balasısınızmı? Zavallı millət
balalarına cavabınız nədir?
Sizə baxan, sizi mühakiməyə çağıran
bu gözlərdə siz bu sözləri oxuyursunuz? Oxuyub da ürəyiniz
sıxılır, gözləriniz ixtiyarsız yaşarır.
Mən
tab gətirə bilməyib ixtiyarsız ağladım...
Ağlamamaq mümkündürmü? Vaxtında ata-ananın
göz işığı və sonra uşaqlar pərəstdarı
və daha sonra vətən qəhrəmanı bir insan indi
ilanlar məskəni olan susuz bir cəzirədə can verirkən,
quru, partlamış dilini çıxarıb deyir: “əfəndim,
su!”, “əfəndim, yemək!”, “paltar!”.
İndi mən də qulaqları eşidənlərə,
vicdanları oyanmışlara üzümü tutub da o
zavallı cəzirə əsirlərinin sözlərini təkrar
edirəm: “əfəndim, su!”, “əfəndim, yemək!”,
“paltar!”. Bu göz
yaşı tökdürən cəzirə sizi gözləyir,
sizə ümid bağlayır. Əmin olunuz, siz də mən
gördüyümü görsəydiniz və əlinizdən
bir şey gəlmədiyini düşünsəydiniz, siz də
mənim kimi deyərdiniz: kaş bu cəzirəyə getməyəydim!”.
...1917-ci il dekabrın 5-də səhər saat 11-də
Bakı şəhər Dumasının növbəti
iclası başlanmışdı. Ayrı-ayrı
fraksiyaları təmsil edən Duma üzvləri və qonaqlar
öz yerlərini tutmuşdular. Nəriman Nərimanov
çıxış üçün söz aldı, zalda
oturanlara müraciətlə dedi:
—Cənab Duma üzvləri, Nargin cəzirəsində əsirlərin
vəziyyəti haqqında məruzəm hazırdır. Əgər
lazım bilsəniz, ərz edə bilərəm.
Zaldan “Xahiş edirik”—sədaları eşidildi.
Nəriman Nərimanov xitabət kürsüsünə
yaxınlaşdı. Zala tam sükut
çökmüşdü. Nərimanovun yorğun, kədərli,
bir az da qəzəbli, ittihamedici sözləri
hamını sanki, sehirləmişdi. O dedi:
“Cəzirənin halı hər tərəfdən fənadır. Buradakı evlər
adamlar üçün tikilməyibdir. Bu
evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir.
Bunların soyuqluğuna səbəb nəinki
soba yandırılmamasıdır. Xeyr! Burada
heç vaxt soba yandırmazlar. Çünki
odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb
taxtaların aralarında olan deşiklər və damların
üstəki şüşəsiz pəncərələrdir”.
“Mən
sağlamlar üçün bişən şorbanı
gördüm: itini sevən kişi bunu itinə
verməz”, su da burada çox vaxt tapılmır.
“Burada
insanlar susuzluqdan can verirlər”.
Bu zavallı əsirlərin hallarını daha aşkar
nəzərə gətirmək üçün burada bir
neçə sifralar söyləmək istərdim.
Hazır
hər gün 40-45 adam ölməkdədir.
Nə isə bu cəzirə bir məzardır. Bu məzarın kənarında
hazır min adam növbədə durubdur və
7 min sağlam adam da bu növbəyə hazırlaşır.
Gərəkdir daşürəkli olasan da bu
vicdansızlığa davam edəsən: acıqlı, hirsli
halında insan insan barəsində bu dərəcə
vicdansızlığa meydan versə, bəlkə də təbii
ola. Fəqət mürur ilə
hər saat, hər gün, həftələr, aylar, illərlə
bu hərəkətdə bulunmaq insanlıq hərəkəti
deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki
azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər
arasında görünməyibdir” (“Hümmət” qəzeti, 11
dekabr 1917-ci il).
Hamı bəşəri cinayətə qarşı
ittihamı dinləyirdi. Necə olub ki, “qulaqlarının dibində”
Rusiya hökumətinin yaratdığı dəhşətli
soyqırım düşərgəsindən xəbərsiz
olublar. Yüzlərlə insan ac, susuz,
soyuqdan, xəstəlikdən, zorakılıqdan ölüb.
Hamı xəyanət qurbanlarının ruhu
qarşısında özlərini günahkar bilir, qəzəblənirdi.
Nərimanovun məruzəsindən sonra
çıxış edənlər əsirlərə
yardım komitəsi yaradılması məqsədilə
xüsusi komissiya qurulmasını təklif edirlər. Komissiya Nəriman Nərimanovun
təkidli tələbinə görə qərara alır: Cəzirəyə
daha əsir göndərilməsin; Cəzirədə saxlanan
qocalar və müharibədə iştirak etməyən əhali
və uşaqlar vətənlərinə göndərilsin və
ya cəmiyyəti-xeyriyyənin himayəsinə verilsin; Xəstələr
tezliklə cəzirədən şəhərə müalicəyə
göndərilsin; Cəzirədə saxlananların yemək-içməkləri
artırılsın və alt-üst paltarlarına diqqət
yetirilsin.
Nəriman Nərimanovun Nargin cəzirəsində əsirlər
problemini ortaya qoyması-”Bəsirət” (25 noyabr 1917), “Hümmət”
(28 noyabr 1917), “Açıq söz” (7 dekabr 1917), “Bakinski
raboçiy” (8 dekabr 1917) və digər qəzetlərdə
ictimaiyyətə çatdırılması, Bakı şəhər
Dumasında tarixi çıxışı təsirsiz
qalmadı. Sanki ildırım çaxdı, yatanlar oyandı.
Bu böyük tarixi hadisə Rusiya İmperiyasının
Türk xalqlarına qarşı xəyanətkar siyasətini
ifşa etdi. Eyni zamanda Azərbaycan
xalqının türk soydaşlarına doğma münasibətini,
sədaqətini, qeyrət və dəyanətini açıb
göstərdi.
Bakı şəhər Duması Nərimanovun rəhbərlik
etdiyi komissiyanın təkliflərini təsdiqləyib Tiflisə,
Qafqazın Mərkəzi İnzibati İdarəsinə
göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi
düşərgəsindən ən ağır xəstələrin
çıxarılmasına və cəzirədə
yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin
köməyinə icazə verilirdi.
Müsəlman Milli Komitəsi və Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində
komissiyanın müəyyən etdiyi üç yüz xəstə—türk,
alman, avstriyalı hərbi əsiri şəhərdə
16-cı lazaretdə yerləşdirdi.
Rusiyanın müsəlman bölgələrində, eləcə
də Bakı və Gəncə şəhərlərində
müharibə bölgələrində və hərbi
düşərgələrdə acınacaqlı şəraitdə
əzab çəkən qocalara, qadın və uşaqlara
kömək məqsədilə xeyriyyə tədbirləri
görüldü. Uşaq evləri yaradıldı.
“Açıq söz” qəzeti (7 yanvar 1917) yazırdı:
“...Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər
körpə türk balaları şəhərə gətirilib
Çəmbərəkəndin qabağındakı mülkdə
yerləşdirilmişdi. Bu balalara
baxmağı “Möhtaclara kömək” Cəmiyyəti öz
öhdəsinə alıb və hər bir məxarici boynuna
götürüb. Bu yetimlər evini
saxlamaq cəmiyyətə hər ay 10 min manata başa gələcəkdir”.
Nərimanov türk xalqının düçar
olduğu ağır günlərdə əməli fəaliyyətini
bu istiqamətə yönəldir. O, rəhbərlik etdiyi “Hümmət”
sosial-demokrat təşkilatının ən fəal üzvlərini
türk əsirlərin qaçırılması, göndərilməsi,
xəstələrə yardım olunması işinə səfərbər
edir.
“Hümmət”
qəzetinin 12 dekabr 1917-ci il tarixli nömrəsində
Doktor Nəriman bəy Nərimanovun müraciəti onun xalq əhəmiyyətli
problemin həllinə, kütləvi xarakter almasına necə
həssaslıqla yanaşmasını sübut edir:
“Bununla camaata elan edirəm ki, Nargin cəzirəsində əsirlərlə
bir yerdə yaşayan uşaqlara və əsir hesab olmayan qoca
kişilərə hər növilə kömək etməyi
icraiyyə komiteti tərəfindən mənə mühəvvəl
olunubdur. Ona
binaən hər kim nə yol ilə bunlara
və ümum əsirlərə köməklik etmək istəsə
mənə rücu etməlidir.
Adres:
İsmailiyyə binası, “Hümmət”in idarəsi, səhər
saat 9-dan axşam saat 6-yadək. Xüsusi
görüş üçün axşam saat 5-8-dək qəbul
edirəm.
Doktor N.Nərimanov.
Telefon 37-34”.
Göründüyü kimi, Nərimanov Nargin cəzirəsindəki
məhbusların taleyi məsələsinə ictimaiyyətin
diqqətini cəlb etməklə yanaşı, əhalinin
kütləvi halda onlara maddi və mənəvi yardım
göstərməsinə günün ən vacib, təxirəsalınmaz
vəzifəsi kimi baxırdı.
Nərimanovun bu yöndə təbliğatı və təşkilatçılıq
fəaliyyəti böyük əks-səda doğurur, təsirsiz
qalmırdı. Hətta türk əsirləri də Nərmanovun
nəcib təşəbbüsünü, fədakarlığını
təqdir edir, ona öz minnətdarlıqlarını
bildirirdilər. Hafiz Feyzulla və Mustafa Həmdi “Hümmət”
qəzetinin 1918-ci il 31 may tarixli sayında
dərc etdikləri “Ərzi təşəkkür”ündə
minnətdarlıq hissi ilə yazırdılar:
“Nargin
adasında yaşayan əsirlər arasında, ana, ata, qohum və
ev-eşiyindən ayrı düşmüş beşdən on
beş yaşınadək türk uşaqlarının qiymətli
həyatlarının məhv olmasını,
istiqballarının təmini üçün şəfqətli
bir ata kimi diqqəti-qəlbə malik olan Nəriman bəy cənablarının
adada, uşaqlar arasında göz yaşları tökərək
gəzdiyini, bu yetimlərin başlarını
sığallayaraq “balalarım, sizi Bakıya aparacağam” deyə
vədi ilə bu məsumların ahu zarlarını təskin
etdiyini görüncə, ona dualar etdik... Son zamanlarda hadisə
nəticəsində möhtərəm Nəriman bəy Nərimanovun
idarəsinə alınması üçün getmişdik...
Bir nəticə əldə edə bilməyib adaya
qaytarıldığımızdan xəbərdar olan Nəriman
bəy cənabları təkrar adadan şəhərə
aparıb üçüncü dəfə tədrisata
başladığımıza, onun əhəmiyyətinə
minnətdar olduğumuzu və təşəkkürümüzü
bildiririk...”.
Türklərin müharibədə düçar
olduğu faciə ümummüsəlman dərdinə
çevrilmişdi. “Qardaş köməyi”, “Türk əsirlərinə
yardım komitəsi” , “Möhtaclara kömək”, “Bakı
İslam Cəmiyyəti-Xeyriyyəsi”, “Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyəti” və
“Qırmızı Xaç Cəmiyyəti” cəbhə
bölgələrində, hərbi düşərgələrdə
köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi
yardım etməklə və əsirləri həbsxanalardan
qaçırıb vətənlərinə yola salmaqla məşğul
olmağa başladı.
Hüseyn
Cavid (“Hərb və fəlakət”, “Türk əsirləri”),
Əli Nəzmi (“Arş irəli”), Əli Razi Yusifzadə
(“Qonaqlara”), Əhməd Cavad (“Yazıq”), Ömər Faiq
Nemanzadə (“Bən kiməm?”), Xəlil İbrahim (“Müharibə
və qadınlar”), Rəşid Yusifzadə (“Ruhanilərimiz”),
Sultan Məcid Qənizadə, eləcə də digər
yazıçı və publisistlər müharibənin
törətdiyi faciələrə, türk millətinin,
günahsız insanların başına gətirilən
müsibətlərə qarşı etiraz səslərini
ucaldırdılar.
Bakı və Bakıətrafı kəndlərdə
hamı müsəlman qardaşlarına kömək etməyə
namus və şərəf işi kimi baxırdılar.
“Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”
milyonçuların maddi və mənəvi köməyi sayəsində
məhbusları paltar, ərzaq, su ilə təmin edirdi. Cəmiyyətin
üzvləri ictimaiyyətin arzusunu nəzərə alıb
bütün əhalini ümumxalq işinə cəlb
etmişdi. Onlar çayxanalarda, klublarda,
evlərdə görüşlər təşkil edib ianə
toplayırdılar.
Hacı Zeynalabdin Tağıyevin açdığı məktəbin
müəllim və şagirdləri türk əsirlərinə
yardım məqsədilə məktəbin iclas zalında 3 pərdəlik
“Bədbəxt bala” dram əsərini səhnəyə
qoymuşdular.
Cəmiyyət
müsəlmanların maddi köməyi ilə Novruz
bayramında nəşr etdiyi “Qardaş köməyi” qəzetinin
satışından toplanan 1300 manata türk əsirlərinə
dərman, tibbi ləvazimat və adyal alıb göndərmişdi.
1917-ci il aprelin 15-də Bakıda “İsmailiyyə”
binasında Qafqaz müsəlmanlarının I qurultayı
başlanmışdı. Rəyasət heyətində
Əlimərdan bəy Topçubaşov, Nəriman bəy Nərimanov,
Fətəli xan Xoyski, İbrahim bəy Heydərov, Nəsib bəy
Yusifbəyov və Məhəmməd Həsən Hacinski əyləşmişdi.
Zalda Türküstandan Dağıstana qədər
ümum Qafqazın hər tərəfindən nümayəndələr
vardı. Rusiyada təhsil alan azərbaycanlı
tələbələr də iştirak edirdilər.
Tarixi qurultayda ictimai-siyasi vəziyyət və
qarşıda duran vəzifələr müzakirə olunurdu.
Azərbaycanlı vətənpərvər gənclər
ölkənin taleyi ilə ciddi maraqlanırdılar. Onlar “Qafqaz
Müsəlman Tələbələri Cəmiyyəti”
yaratmış, gizli fəaliyyətə keçmişdilər.
İstiqlaliyyət təşnəsi olan gənclər
milli orduya könüllü əsgər toplamağı və
Nargin cəzirəsindəki hərbi əsirləri
qaçırmağı qarşılarına məqsəd
qoymuşdular.
Rusiyada ictimai-siyasi, iqtisadi böhran, ölkədə
baş verən proseslər elə vəziyyət
yaratmışdı ki, hərbi əsirlərin ciddi nəzarət
altında saxlanması yetərli deyildi. Rusiyanın “fəhlə
batalyonları” və həbs düşərgələrindən
türk, alman və avstriyalı hərbçilər
qaçıb Azərbaycana pənah gətirirdilər. Rusiya hakim dairələri ciddi axtarış-əməliyyat
tədbirləri həyata keçirmək iqtidarında olmasa
da, həbs düşərgələrindən əsirlərin
qaçmasından narahat olur, inzibati idarələrə bu
axının qabağını təcili almağı
tapşırırdı. Xəfiyyələr
hər yerdə vurnuxurdu, əldən-ayaqdan
düşürdü.
Bakıda xeyriyyə cəmiyyətləri sahibkarların
maddi və mənəvi köməyi sayəsində həbs
düşərgələrindən əsirlərin
qaçırılması, qayğı ilə qorunması, vətənlərinə
yola salınması işini mütəşəkkil şəkildə
təşkil etmişdi. Xəstə və yaralı əsirlər evlərdə
müalicə ediləndən sonra o biri soydaşları kimi
paltarları dəyişdirilir, saxta İran pasportu cibində
arxayınca şəhər şəraiti ilə tanış olurdular. “İsmailiyyə”
binası yaxınlığında xüsusi bir yeməkxanada
“İran müsafirləri” hər gün çay içər,
yemək yeyər, pul vermək bəhanəsi ilə kassaya
yaxınlaşar, “verdiyi pulun qalığını”
alırmış kimi kassirdən xərclik alardılar. Dükançılar türklərlə alver edərkən
onlara qarşı qayğı ilə davranar, bəzən pul
götürməzdilər.
***
1920-1921-ci illərdə Mustafa Kamal Paşa ilə Nəriman
Nərimanov arasında “müxtəlif tarixlərdəki
yazışma və məktublardakı söhbət,
qarşılıqlı ortaq fikirlər” əsasında
yaranmış dostluq münasibətləri sarsılmaz
qardaşlıq əlaqələrinə çevrilmişdir.*
1920-ci ildə N.Nərimanovun “müstəqil sovet Azərbaycanına”
Xalq Komissarları Sovetinin sədri kimi başçılıq
etməsi Mustafa Kamalı məmnun etmişdi. O, Azərbaycanla dostluq əlaqələri
qurmaq üçün tanınmış şair və diplomat
Memduh Şevket Esendağı səfir göndərir. Bir ildən
sonra Türkiyədə, Ankara şəhərində Azərbaycan
səfirliyi açılarkən ilk səfir İbrahim
Əbilovun dəvətəni qəbul edib
açılışda şəxsən iştirak edən
Mustafa Kamal Paşa “Azərbaycan bayrağını öz əlləri
ilə qaldırır” və çıxış edərək
deyir: “Milli hüdudumuz içində azad müstəqil
yaşamaq istəyirik. Millətimiz bu istəyimizin
qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən
dəstəkləndiyi üçün böyük qürur
hissi duyur. Türkiyə və Anadolu
türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri
xoş və gözəl duyğulara böyük dəyər
verirlər. Yaşasın Türkiyə-Azərbaycan
qardaşlığı”. (Hüseyn Adıgözəl
“Atatürk, Nərimanov və Türk Qurtuluş
Savaşı”. “Respublika” qəzeti 19 iyul, 2019-cu il).
Türkiyə-Azərbaycan dostluq münasibətləri
Mustafa Kamal Atatürkün ölkədə Türk Qurtuluş
Savaşı apardığı dövrə təsadüf
edirdi.
Türk tədqiqatçısı Hüseyn Adıgözəlin
araşdırmalarına görə, Mustafa Kamal Paşa “Qərbin
böyük güclərinin düşməni olan Sovetlər
Birliyindən imperializmə qarşı savaşmaq
üçün dəstək və yardım” almaq niyyəti
ilə Moskvaya göndərdiyi nümayəndə heyəti
“heç kimsə ilə görüşmədən geri
dönmək məcburiyətində qalır”. Hakim
rəsmi dairələr Türkiyə nümayəndə heyətini
qəbul etmir.
Moskvanın etinasızlığı N.Nərimanovun
inandığı prinsip və qanunlara zidd idi. Yenicə
uyuşmaqda olan “son dərəcə gərəkli və
önəmli” diplomatik münasibətə son qoyula bilərdi.
Hüseyn Adıgözəlin dediyi kimi, N.Nərimanov
Türk Qurtuluş savaşının uğurla, qalibiyyətlə
başa çatmasının Şərq xalqları
üçün yaxşı bir örnək
olacağını düşünürdü”.
Türkiyə
Böyük Millət Məclisinin 1921-ci il
fevralın əvvəlində Moskvaya göndərdiyi nümayəndə
heyəti Mustafa Kamal Atatürkün tövsiyəsi ilə əvvəlcə
Bakıda N.Nərimanovun dəvətində olması təsadüfi
deyildi. Nərimanov Leninə məktub yazıb
Behbud Şahtaxtinskini də Türk nümayəndə heyəti
ilə Moskvaya göndərir. Lenin tutarlı arqumentlərlə
yazılmış N.Nərimanovun məktubunu 1921-ci il fevralın 19-da Mərkəzi Komitənin
üzvləri ilə də tanış edir. N.Nərimanov məktubun
bir yerində Leninə yazırdı: “Erməni məsələsi
türklər üçün ölüm-qalım məsələsidir.
Bu məsələdə Türklərin yanında yer
almasanız, bütün Şərq xalqlarını itirə
bilərik və Azərbaycanı əldə saxlamaq
mümkün olmaz! (“Respublika” qəzeti, 10 iyul 2019-cu il).
Hadisənin
axarından göründüyü kimi, gözlənilən nəticədən
anlaşılır ki, Lenin xarici işlər naziri ermənipərəst
Çiçeçrin kimi düşünən, türk heyətini
soyuq qarşılayan və təkliflərini diqqətə
almayan rəhbərlərin münasibətəlrini nəzərə
almadan Nərimanovun məktubundakı xəbərdarlıqlarına
diqqət yetirmiş, “tərəflər arasındakı
anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir”.
Ona
görə də Türkiyə nümayəndə heyətinin
Rusiya Federasiyası ilə anlaşmasında uğur əldə
edilir: “Türkiyə bir milyon qızıl pul borc alır. Naxçıvanın Azərbaycanın tərkibində
qalması razılaşdırılır. Rusiya
Federasiyası ilə Türkiyə ortaq düşmənləri
İngiltərəyə qarşı hər məsələdə
iş birliyində olmağı qərarlaşdırırlar”.
N.Nərimanov
Türkiyənin ağır durumunda onun böyük bir
dövlət tərəfindən dəstəklənməsinə
nail olur.
Hüseyn
Adıgözəl yazır: “Ankara hökumətinin Sovet
İttifaqı tərəfindən tanınması beynəlxalq
siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə
yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin
başçısı Nəriman Nərimanov idi”.
Türkiyə ordusunun Qurtuluş Savaşında
işğalçı qoşunlarına vurduğu zərbələr
Azərbaycanda böyük sevinclə
qarşılanırdı. N.Nərimanovun
tapşırığı ilə Azərbaycanın xarici
işlər komissarı Davud Hüseynov Türk xalqını,
Türkiyə Böyük Millət Məclisini və onun rəhbəri
Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist
Respublikası və Azərbaycan xalqı adından təbrik
edir. Bu münasibətlə 1921-ci il may ayının ortalarından
hər ay Azərbaycan hökuməti Türkiyəyə 62
sistern neft və üç vaqon kerosin göndərməyi qərara
almışdı.
...1922-ci
ilin iyul ayına qədər 9 min tondan çox kerosin və
350 ton benzin göndərilmişdir. 1921-ci il martın 17-də
Türkiyənin səfiri Memduh Şovkət bəy Mustafa Kamal
Paşanın təqdim etdiyi məktuba əsasən N.Nərimanov
“hökumət üzvlərindən bəzilərinin
qarşı çıxmasına rəğmən” dərhal xəzinədə
olan 500 kilo qızılı Ankaraya göndərdi. Əlavə də 30 sistern neft, iki sistern benzin və
8 sistern mədən yağı göndərdi.
1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda
Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə
yazırdı: “Paşam, Türk millətində bir ənənə
vardır, qardaş qardaşa borc verməz, qardaş
qardaşın hər çətin durumunda əlindən tutar.
Biz qardaş xalqıq, hər zaman və hər
şərtlər altında bir-birimizin əlindən
tutacağıq. Bu gün etdiklərimiz bir
qardaşın qardaşına etdiklərindən başqa bir
şey deyildir” (Doğan Avcıoğlu. “Milli
Qurtuluş tarixi” III-cild, səh. 438. Sitat
Hüseyn Adıgözəlin məqaləsindən
götürülmüşdür).
Tədqiqatçı
alim Hüseyn Adıgözəl dediyi kimi: “Tarixi mənbə və
qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin
başında qaldığı iki il boyunca Moskvaya
bağlı olmasına baxmayaraq, müstəqil dövlət
başçısı kimi hərəkət edərək,
Türkiyə hökuməti ilə olan əlaqələri
daha yüksək ölçü və miqyaslara
daşımış və hər şeydən önəmlisi,
çox çətin durumda olan Anadoludakı
qardaşlarına dövlətinin bütün
imkanlarını səfərbər edərək, heç kimsədən
çəkinmədən əlindən gələn hər
cür yardım etmişdir. Bütün bunlar sənəd
və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini
almamışdır”.
Həqiqətən də, 1970-ci ilədək Sovetlər
Birliyində belə olmuşdur. Ümummilli lider Heydər
Əliyev böyük Nəriman Nərimanov adının, fəaliyyətinin,
ədəbi irsinin millətin salnaməsində mövqeyini,
tarixi dəyərini qiymətləndirməyə nail oldu, həqiqəti
barpa etdi. Bakının ən görkəmli
yerində onun əzəmətli heykəlini ucaltdı. Beləliklə, xalqın böyük oğlu Nəriman
Nərimanovun əbədiyaşarlıq haqqının təməli
qoyuldu. Şükürlər olsun!...
Teymur
ƏhmƏdovMUSTAFA KAMAL ATATÜRK VƏ NƏRİMAN
NƏRİMANOV
Böyük
türk xalqına məhəbbətdən qaynaqlanan
qardaşlıq
Nəriman Nərimanovun Şərq ölkələri ilə
Sovet Rusiyası arasında diplomatik əlaqələrin
yaradılmasında böyük xidmətləri olmuşdur.
Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin
yaradılması N.Nərimanovun siyasi fəaliyyətində
misilsiz hadisə - “sənəd və mənbələrdə
öz əksini tapsa da, tarixi dəyərini almamış”, demək
olar ki, unudulmuşdur. Bu barədə türk tədqiqatçısı
Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və
Kurtuluş Savaşımız” mövzusunu ilk olaraq tədqiqata
cəlb etməklə Türkiyə-Azərbaycan münasibətlərində
“unudulmuş səhifələrin” - tarixi həqiqətin bərpa
edilməsi Nərimanovun bir müdrik şəxsiyyət kimi
Türk-Azərbaycan birliyinə sədaqətini nümayiş
etdirir. Onun müdrik siyasi xadim kimi portretinin bərpasına
kömək edir.
Hüseyn
Adıgözəl tarixçi kimi toxunduğu mövzuda əsər
yazmasının məqsədini şərh edərkən
yazır: “Qurtuluş savaşımızın ən təhlükəli
günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən
gələn bütün yardımları yapan Sovetlər
Birliyindən Türk Qurtuluş Savaşına böyük dəstək
verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk
olduğundan, Türk millətçisi olduğundan zərrə
qədər şübhəmiz yoxdur. Onun
Kommunist olması bizə yardım etməsinə əngəl
olmadığı kimi, bizlər də onun kommunist olmasına
baxmayaraq, onun Türkiyə türkləri və türk milləti
üçün etdiklərini əsla unuda bilmərik.
Tarix olduğu kimi, yazılmalıdır ki, Türk birliyinin təməli
sağlam olsun! (“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Məlum olduğu kimi Nəriman Nərimanovun Türkiyəli
türklərlə ilk tanışlığı
1909-1913-cü illərdə Həştərxanda olmuşdur. Sürgün
illəri nəzarət altında olan N.Nərimanov burada gizli
inqilabi fəaliyyətini leqal tədbirlərdə məharətlə
davam etdirirdi. Onun “Şurayi-islam cəmiyyəti”ndə
təşkil olunan tədbirlərində tatar, rus, qazax,
qırğız və türk zabitləri də iştirak
edirdilər.
Hüseyn
Adıgözəl yazır:
“Birinci
Dünya Müharibəsində əsir düşən və
Həştərxana göndərilən türk zabitləri ilə
(Nərimanov) orada qarşılaşmış və onlardan aldığı
məlumatlarla Türkiyə və türklərin vəziyyətindən
xəbər tutmuş, Qurtuluş Savaşı müddətində
çətin durumda olan Türkiyə türklərinə əlindən
gəldiyindən də daha artığını yaparaq,
yardım etməyə çalışmışdır”
(“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Birinci Dünya Müharibəsi hər yerdə olduğu
kimi, Azərbaycanda da ictimai-siyasi və iqtisadi gərginlik
yaratmışdı. Anadolu cəbhəsində türk hərbi
qüvvələrinin uğursuzluğu nəticəsində
minlərlə hərbi və mülki əsir Rusiya ərazisindəki
düşərgələrə göndərilirdi.
Vladiqafqaz
dəmiryolunda qapıları bağlı yük vaqonlarında
həftələrlə ac, susuz vəziyyətdə Urala, Sibirə,
eləcə də Səmərqənd, Krasnoyarsk, Tula, Həştərxan
və Bakı şəhərlərinə göndərilən
hərbi əsirlər arasında yüzlərcə insan
dözə bilmir, dünyasını dəyişirdi. Əsirlərin məskunlaşdıqları həbsxanalardakı
şərait isə daha dözülməz idi. Bakıya eşalonla gətirilən hərbi əsirlər
gecələr dəniz limanından Nargin adasına ciddi rejimli əsir
düşərgələrinə “Knyaz Borodanski” gəmisində
daşınırdı. N.Nərimanovun rəhbərlik
etdiyi “Hümmət” təşkilatı bundan xəbərdar
idi. Lakin qadağan olunmuş zonada nələr
baş verdiyini bilmirdilər.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən
sonra onu narahat edən Nargin adasında saxlanan türk əsirlərinin
vəziyyəti ilə maraqlanır. O, həmfikirləri ilə Dumada bir
komissiya seçib Nargin adasına göndərilməsi məsələsini
tələb edir. “Hümmət” 1917-ci il 28
noyabr tarixli sayında yazır: “Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən
yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə
gedib əsirlər barəsində mükəmməl məlumat
toplayıbdır. Bu barədə Dumada bir
məruzə oxuyacaqdır”.
Bakı
şəhər Dumasının “Təhqiqat
komissiyası”nın üzvləri-Nəriman bəy Nərimanov,
Əbdülbağı Məmmədov, Ağa Məhəmməd
İbrahimov, Mürsəlov, eləcə də, Almaniya,
Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları
Nargin cəzirəsində məhbusların vəziyyəti və
saxlanma şəraiti ilə tanış olanda dəhşətə
gəldilər.
Burada minlərlə hərbi və mülki əsir taxta
baraklarda anti-sanitariya şəraitində yaşayırdı. Baraklar
arasında çadırlarda vəziyyət daha dözülməz
idi. Hər yerdə natəmizlik, üfunət
400 nəfərlik xəstəxanada ağır xəstələrə
tibbi yardım göstərmək üçün dava-dərman
çatışmırdı.
Məhbusların bənizi solğun, kədərli idi. Onlar maddi və
mənəvi sıxıntı çəkir, həftələrlə
içməli suya həsrət qalırdılar.
Rus və erməni mühafizəçiləri məhbusları
ciddi rejimdə saxlayır, onlarla çox kobud
davranırdılar.
“Açıq
söz” qəzeti 1917-ci il 7 dekabr tarixli
sayında “Təhqiqat komissiyası” üzvlərinin Nargin cəzirəsində
gördüklərini belə şərh edir:
“Cəzirədə yaşanan dəhşətli vəziyyətin
izlərini görən komitə üzvləri
hönkür-hönkür ağlamaqdan özlərini saxlaya
bilmirdilər.
400 adam yerləşəcək xəstəxanada
1200 xəstə balıq kimi bir birinin üstünə
tökülmüşdü, bəzisi can verirdi, bəzisi
“Əfəndim, su”, “Əfəndim, yemək” deyə
qışqırırdı. Bir tərəfdən
isə o gün ölmüş 40 əsir bir-birinin
üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından,
susuzluqdan, soyuqdan tələf olurdu. Nə əyinlərinə
geyinməyə geyimləri, nə bir də yandırmağa
yanacaqları var idi. Bir çoxları
başlarının altına kərpic qoymuşdular. Quru taxta üstündə yatmaqdan
çoxlarının yanlarında böyük yaralar əmələ
gəlmişdi. Mülki əsirlər
arasında 80 yaşında qocalarla yanaşı, 2
yaşından 15 yaşına qədər körpə
uşaqlar da var idi.
Daha sonra
Nərimanov adada 700-ə qədər səksən
yaşlarında ahılın, 2 yaşından 15 yaşına
qədər körpə uşaqların olduğunu və
bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini
bildirərək sözlərini bu cümlələrlə
tamamlamışdır: “Bura bir cəzirə deyil, məzardır.
Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub öz növbəsini
gözləyir”.
Axşamçağı
Nargin adasından şəhərə yorğun qayıdan Nəriman
Nərimanov evdə özünə aram
tapa bilmədi. Papirosu-papirosa caladı, yazı
masasına dirsəklənib fikirləşdi. O, Nargin
adasında əsirlərin dözülməz halını
görüb dəhşətə gəlmişdi. Onlara təcili kömək göstərmək fikri
onu tərk etmirdi. O, otaqda bir qədər var-gəl etdi. Bakı şəhər Dumasına əsirlərin vəziyyəti,
onlara təxirə salmadan kömək barədə məruzə
yazmağı qərara aldı.
Nərimanov stolun üstündəki zəif
işıqlı lampanın piltəsini qaldırdı, otaq
işıqlandı.
O, ağ vərəqləri qabağına çəkdi,
qələmi mürəkkəbə batırıb xeyli
düşündü. Həyəcandan fikrini toplaya bilmirdi:
haradan başlasın? Bir qədər sonra gördüklərini
təfsilatı ilə yazmağa başladı
Nərimanov məruzəsini başa çatdıranda
artıq dan yeri sökülmüşdü. Pəncərəyə
düşən şəfəqlər otağı
işıqlandırmışdı. O, lampanı
söndürüb, bir çimir yuxu almaq üçün
divana uzandı.
Ertəsi
gün Nərimanovun “Hümmət” qəzetində (28 noyabr
1917-ci il) “Göz yaşı tökdürən
Cəzirə” məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı
ilə yazırdı:
“Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri,
bir sümük bədənləri, sifətsiz gözləri,
ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”,
“əfəndim, paltar!” sözlərini eşitməyəydim.
Kaş çılpaq, dodaqları soyuqdan titrəyən,
üzləri bozarmış atasız-anasız balaca balalarla
söyləşməyəydim. Kaş xəstəxanada
başları kərpic üstə can verən igidlərə
rast gəlməyəydim!
Min iki yüz insan balası hazır ölüm növbəsində
durubdur. Altı min də bu növbəyə
hazırlaşır. Tifmi, vəbamı və
ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə
qurban edəcəkdir?
Yox, yox!
Aclıq!
Susuzluq və soyuq!
Müsəlmanlar
“əfəndim, su!..” deyib gözlərinizə
baxdıqda guya demək istəyirlər: Siz
insanmısınız? İnsaniyyətə dair
qanunlarınız varmı? Siz millət
balasısınızmı? Zavallı millət
balalarına cavabınız nədir?
Sizə baxan, sizi mühakiməyə çağıran
bu gözlərdə siz bu sözləri oxuyursunuz? Oxuyub da ürəyiniz
sıxılır, gözləriniz ixtiyarsız yaşarır.
Mən
tab gətirə bilməyib ixtiyarsız ağladım...
Ağlamamaq mümkündürmü? Vaxtında ata-ananın
göz işığı və sonra uşaqlar pərəstdarı
və daha sonra vətən qəhrəmanı bir insan indi
ilanlar məskəni olan susuz bir cəzirədə can verirkən,
quru, partlamış dilini çıxarıb deyir: “əfəndim,
su!”, “əfəndim, yemək!”, “paltar!”.
İndi mən də qulaqları eşidənlərə,
vicdanları oyanmışlara üzümü tutub da o
zavallı cəzirə əsirlərinin sözlərini təkrar
edirəm: “əfəndim, su!”, “əfəndim, yemək!”,
“paltar!”. Bu göz
yaşı tökdürən cəzirə sizi gözləyir,
sizə ümid bağlayır. Əmin olunuz, siz də mən
gördüyümü görsəydiniz və əlinizdən
bir şey gəlmədiyini düşünsəydiniz, siz də
mənim kimi deyərdiniz: kaş bu cəzirəyə getməyəydim!”.
...1917-ci il dekabrın 5-də səhər saat 11-də
Bakı şəhər Dumasının növbəti
iclası başlanmışdı. Ayrı-ayrı
fraksiyaları təmsil edən Duma üzvləri və qonaqlar
öz yerlərini tutmuşdular. Nəriman Nərimanov
çıxış üçün söz aldı, zalda
oturanlara müraciətlə dedi:
—Cənab Duma üzvləri, Nargin cəzirəsində əsirlərin
vəziyyəti haqqında məruzəm hazırdır. Əgər
lazım bilsəniz, ərz edə bilərəm.
Zaldan “Xahiş edirik”—sədaları eşidildi.
Nəriman Nərimanov xitabət kürsüsünə
yaxınlaşdı. Zala tam sükut
çökmüşdü. Nərimanovun yorğun, kədərli,
bir az da qəzəbli, ittihamedici sözləri
hamını sanki, sehirləmişdi. O dedi:
“Cəzirənin halı hər tərəfdən fənadır. Buradakı evlər
adamlar üçün tikilməyibdir. Bu
evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir.
Bunların soyuqluğuna səbəb nəinki
soba yandırılmamasıdır. Xeyr! Burada
heç vaxt soba yandırmazlar. Çünki
odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb
taxtaların aralarında olan deşiklər və damların
üstəki şüşəsiz pəncərələrdir”.
“Mən
sağlamlar üçün bişən şorbanı
gördüm: itini sevən kişi bunu itinə
verməz”, su da burada çox vaxt tapılmır.
“Burada
insanlar susuzluqdan can verirlər”.
Bu zavallı əsirlərin hallarını daha aşkar
nəzərə gətirmək üçün burada bir
neçə sifralar söyləmək istərdim.
Hazır
hər gün 40-45 adam ölməkdədir.
Nə isə bu cəzirə bir məzardır. Bu məzarın kənarında
hazır min adam növbədə durubdur və
7 min sağlam adam da bu növbəyə hazırlaşır.
Gərəkdir daşürəkli olasan da bu
vicdansızlığa davam edəsən: acıqlı, hirsli
halında insan insan barəsində bu dərəcə
vicdansızlığa meydan versə, bəlkə də təbii
ola. Fəqət mürur ilə
hər saat, hər gün, həftələr, aylar, illərlə
bu hərəkətdə bulunmaq insanlıq hərəkəti
deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki
azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər
arasında görünməyibdir” (“Hümmət” qəzeti, 11
dekabr 1917-ci il).
Hamı bəşəri cinayətə qarşı
ittihamı dinləyirdi. Necə olub ki, “qulaqlarının dibində”
Rusiya hökumətinin yaratdığı dəhşətli
soyqırım düşərgəsindən xəbərsiz
olublar. Yüzlərlə insan ac, susuz,
soyuqdan, xəstəlikdən, zorakılıqdan ölüb.
Hamı xəyanət qurbanlarının ruhu
qarşısında özlərini günahkar bilir, qəzəblənirdi.
Nərimanovun məruzəsindən sonra
çıxış edənlər əsirlərə
yardım komitəsi yaradılması məqsədilə
xüsusi komissiya qurulmasını təklif edirlər. Komissiya Nəriman Nərimanovun
təkidli tələbinə görə qərara alır: Cəzirəyə
daha əsir göndərilməsin; Cəzirədə saxlanan
qocalar və müharibədə iştirak etməyən əhali
və uşaqlar vətənlərinə göndərilsin və
ya cəmiyyəti-xeyriyyənin himayəsinə verilsin; Xəstələr
tezliklə cəzirədən şəhərə müalicəyə
göndərilsin; Cəzirədə saxlananların yemək-içməkləri
artırılsın və alt-üst paltarlarına diqqət
yetirilsin.
Nəriman Nərimanovun Nargin cəzirəsində əsirlər
problemini ortaya qoyması-”Bəsirət” (25 noyabr 1917), “Hümmət”
(28 noyabr 1917), “Açıq söz” (7 dekabr 1917), “Bakinski
raboçiy” (8 dekabr 1917) və digər qəzetlərdə
ictimaiyyətə çatdırılması, Bakı şəhər
Dumasında tarixi çıxışı təsirsiz
qalmadı. Sanki ildırım çaxdı, yatanlar oyandı.
Bu böyük tarixi hadisə Rusiya
İmperiyasının Türk xalqlarına qarşı xəyanətkar
siyasətini ifşa etdi. Eyni zamanda Azərbaycan
xalqının türk soydaşlarına doğma münasibətini,
sədaqətini, qeyrət və dəyanətini açıb
göstərdi.
Bakı şəhər Duması Nərimanovun rəhbərlik
etdiyi komissiyanın təkliflərini təsdiqləyib Tiflisə,
Qafqazın Mərkəzi İnzibati İdarəsinə
göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi
düşərgəsindən ən ağır xəstələrin
çıxarılmasına və cəzirədə
yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin
köməyinə icazə verilirdi.
Müsəlman Milli Komitəsi və Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində
komissiyanın müəyyən etdiyi üç yüz xəstə—türk,
alman, avstriyalı hərbi əsiri şəhərdə 16-cı
lazaretdə yerləşdirdi.
Rusiyanın müsəlman bölgələrində, eləcə
də Bakı və Gəncə şəhərlərində
müharibə bölgələrində və hərbi
düşərgələrdə acınacaqlı şəraitdə
əzab çəkən qocalara, qadın və uşaqlara
kömək məqsədilə xeyriyyə tədbirləri
görüldü. Uşaq evləri yaradıldı.
“Açıq söz” qəzeti (7 yanvar 1917) yazırdı:
“...Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər
körpə türk balaları şəhərə gətirilib
Çəmbərəkəndin qabağındakı mülkdə
yerləşdirilmişdi. Bu balalara
baxmağı “Möhtaclara kömək” Cəmiyyəti öz
öhdəsinə alıb və hər bir məxarici boynuna
götürüb. Bu yetimlər evini
saxlamaq cəmiyyətə hər ay 10 min manata başa gələcəkdir”.
Nərimanov türk xalqının düçar
olduğu ağır günlərdə əməli fəaliyyətini
bu istiqamətə yönəldir. O, rəhbərlik etdiyi “Hümmət”
sosial-demokrat təşkilatının ən fəal üzvlərini
türk əsirlərin qaçırılması, göndərilməsi,
xəstələrə yardım olunması işinə səfərbər
edir.
“Hümmət”
qəzetinin 12 dekabr 1917-ci il tarixli nömrəsində
Doktor Nəriman bəy Nərimanovun müraciəti onun xalq əhəmiyyətli
problemin həllinə, kütləvi xarakter almasına necə
həssaslıqla yanaşmasını sübut edir:
“Bununla camaata elan edirəm ki, Nargin cəzirəsində əsirlərlə
bir yerdə yaşayan uşaqlara və əsir hesab olmayan qoca
kişilərə hər növilə kömək etməyi
icraiyyə komiteti tərəfindən mənə mühəvvəl
olunubdur. Ona
binaən hər kim nə yol ilə bunlara
və ümum əsirlərə köməklik etmək istəsə
mənə rücu etməlidir.
Adres:
İsmailiyyə binası, “Hümmət”in idarəsi, səhər
saat 9-dan axşam saat 6-yadək. Xüsusi
görüş üçün axşam saat 5-8-dək qəbul
edirəm.
Doktor N.Nərimanov.
Telefon 37-34”.
Göründüyü kimi, Nərimanov Nargin cəzirəsindəki
məhbusların taleyi məsələsinə ictimaiyyətin
diqqətini cəlb etməklə yanaşı, əhalinin
kütləvi halda onlara maddi və mənəvi yardım
göstərməsinə günün ən vacib, təxirəsalınmaz
vəzifəsi kimi baxırdı.
Nərimanovun bu yöndə təbliğatı və təşkilatçılıq
fəaliyyəti böyük əks-səda doğurur, təsirsiz
qalmırdı. Hətta türk əsirləri də Nərmanovun
nəcib təşəbbüsünü, fədakarlığını
təqdir edir, ona öz minnətdarlıqlarını
bildirirdilər. Hafiz Feyzulla və Mustafa Həmdi “Hümmət”
qəzetinin 1918-ci il 31 may tarixli sayında
dərc etdikləri “Ərzi təşəkkür”ündə
minnətdarlıq hissi ilə yazırdılar:
“Nargin
adasında yaşayan əsirlər arasında, ana, ata, qohum və
ev-eşiyindən ayrı düşmüş beşdən on
beş yaşınadək türk uşaqlarının qiymətli
həyatlarının məhv olmasını,
istiqballarının təmini üçün şəfqətli
bir ata kimi diqqəti-qəlbə malik olan Nəriman bəy cənablarının
adada, uşaqlar arasında göz yaşları tökərək
gəzdiyini, bu yetimlərin başlarını
sığallayaraq “balalarım, sizi Bakıya aparacağam” deyə
vədi ilə bu məsumların ahu zarlarını təskin
etdiyini görüncə, ona dualar etdik... Son zamanlarda hadisə
nəticəsində möhtərəm Nəriman bəy Nərimanovun
idarəsinə alınması üçün getmişdik...
Bir nəticə əldə edə bilməyib adaya qaytarıldığımızdan
xəbərdar olan Nəriman bəy cənabları təkrar
adadan şəhərə aparıb üçüncü dəfə
tədrisata başladığımıza, onun əhəmiyyətinə
minnətdar olduğumuzu və təşəkkürümüzü
bildiririk...”.
Türklərin müharibədə düçar
olduğu faciə ümummüsəlman dərdinə
çevrilmişdi. “Qardaş köməyi”, “Türk əsirlərinə
yardım komitəsi” , “Möhtaclara kömək”, “Bakı
İslam Cəmiyyəti-Xeyriyyəsi”, “Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyəti” və
“Qırmızı Xaç Cəmiyyəti” cəbhə
bölgələrində, hərbi düşərgələrdə
köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi
yardım etməklə və əsirləri həbsxanalardan
qaçırıb vətənlərinə yola salmaqla məşğul
olmağa başladı.
Hüseyn
Cavid (“Hərb və fəlakət”, “Türk əsirləri”),
Əli Nəzmi (“Arş irəli”), Əli Razi Yusifzadə
(“Qonaqlara”), Əhməd Cavad (“Yazıq”), Ömər Faiq
Nemanzadə (“Bən kiməm?”), Xəlil İbrahim (“Müharibə
və qadınlar”), Rəşid Yusifzadə (“Ruhanilərimiz”),
Sultan Məcid Qənizadə, eləcə də digər
yazıçı və publisistlər müharibənin
törətdiyi faciələrə, türk millətinin,
günahsız insanların başına gətirilən
müsibətlərə qarşı etiraz səslərini
ucaldırdılar.
Bakı və Bakıətrafı kəndlərdə
hamı müsəlman qardaşlarına kömək etməyə
namus və şərəf işi kimi baxırdılar.
“Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”
milyonçuların maddi və mənəvi köməyi sayəsində
məhbusları paltar, ərzaq, su ilə təmin edirdi. Cəmiyyətin
üzvləri ictimaiyyətin arzusunu nəzərə alıb
bütün əhalini ümumxalq işinə cəlb etmişdi.
Onlar çayxanalarda, klublarda, evlərdə
görüşlər təşkil edib ianə
toplayırdılar.
Hacı Zeynalabdin Tağıyevin açdığı məktəbin
müəllim və şagirdləri türk əsirlərinə
yardım məqsədilə məktəbin iclas zalında 3 pərdəlik
“Bədbəxt bala” dram əsərini səhnəyə qoymuşdular.
Cəmiyyət
müsəlmanların maddi köməyi ilə Novruz
bayramında nəşr etdiyi “Qardaş köməyi” qəzetinin
satışından toplanan 1300 manata türk əsirlərinə
dərman, tibbi ləvazimat və adyal alıb göndərmişdi.
1917-ci il aprelin 15-də Bakıda “İsmailiyyə”
binasında Qafqaz müsəlmanlarının I qurultayı
başlanmışdı. Rəyasət heyətində
Əlimərdan bəy Topçubaşov, Nəriman bəy Nərimanov,
Fətəli xan Xoyski, İbrahim bəy Heydərov, Nəsib bəy
Yusifbəyov və Məhəmməd Həsən Hacinski əyləşmişdi.
Zalda Türküstandan Dağıstana qədər
ümum Qafqazın hər tərəfindən nümayəndələr
vardı. Rusiyada təhsil alan azərbaycanlı
tələbələr də iştirak edirdilər.
Tarixi qurultayda ictimai-siyasi vəziyyət və
qarşıda duran vəzifələr müzakirə olunurdu.
Azərbaycanlı vətənpərvər gənclər
ölkənin taleyi ilə ciddi maraqlanırdılar. Onlar “Qafqaz
Müsəlman Tələbələri Cəmiyyəti”
yaratmış, gizli fəaliyyətə keçmişdilər.
İstiqlaliyyət təşnəsi olan gənclər
milli orduya könüllü əsgər toplamağı və
Nargin cəzirəsindəki hərbi əsirləri
qaçırmağı qarşılarına məqsəd
qoymuşdular.
Rusiyada ictimai-siyasi, iqtisadi böhran, ölkədə
baş verən proseslər elə vəziyyət
yaratmışdı ki, hərbi əsirlərin ciddi nəzarət
altında saxlanması yetərli deyildi. Rusiyanın “fəhlə
batalyonları” və həbs düşərgələrindən
türk, alman və avstriyalı hərbçilər qaçıb
Azərbaycana pənah gətirirdilər. Rusiya
hakim dairələri ciddi axtarış-əməliyyat tədbirləri
həyata keçirmək iqtidarında olmasa da, həbs
düşərgələrindən əsirlərin
qaçmasından narahat olur, inzibati idarələrə bu
axının qabağını təcili almağı
tapşırırdı. Xəfiyyələr
hər yerdə vurnuxurdu, əldən-ayaqdan
düşürdü.
Bakıda xeyriyyə cəmiyyətləri sahibkarların
maddi və mənəvi köməyi sayəsində həbs
düşərgələrindən əsirlərin
qaçırılması, qayğı ilə qorunması, vətənlərinə
yola salınması işini mütəşəkkil şəkildə
təşkil etmişdi. Xəstə və yaralı əsirlər evlərdə
müalicə ediləndən sonra o biri soydaşları kimi
paltarları dəyişdirilir, saxta İran pasportu cibində
arxayınca şəhər şəraiti ilə tanış olurdular. “İsmailiyyə”
binası yaxınlığında xüsusi bir yeməkxanada
“İran müsafirləri” hər gün çay içər,
yemək yeyər, pul vermək bəhanəsi ilə kassaya
yaxınlaşar, “verdiyi pulun qalığını”
alırmış kimi kassirdən xərclik alardılar. Dükançılar türklərlə alver edərkən
onlara qarşı qayğı ilə davranar, bəzən pul
götürməzdilər.
***
1920-1921-ci illərdə Mustafa Kamal Paşa ilə Nəriman
Nərimanov arasında “müxtəlif tarixlərdəki
yazışma və məktublardakı söhbət,
qarşılıqlı ortaq fikirlər” əsasında
yaranmış dostluq münasibətləri sarsılmaz
qardaşlıq əlaqələrinə çevrilmişdir.*
1920-ci ildə N.Nərimanovun “müstəqil sovet Azərbaycanına”
Xalq Komissarları Sovetinin sədri kimi başçılıq
etməsi Mustafa Kamalı məmnun etmişdi. O, Azərbaycanla dostluq əlaqələri
qurmaq üçün tanınmış şair və diplomat
Memduh Şevket Esendağı səfir göndərir. Bir ildən
sonra Türkiyədə, Ankara şəhərində Azərbaycan
səfirliyi açılarkən ilk səfir İbrahim
Əbilovun dəvətəni qəbul edib
açılışda şəxsən iştirak edən
Mustafa Kamal Paşa “Azərbaycan bayrağını öz əlləri
ilə qaldırır” və çıxış edərək
deyir: “Milli hüdudumuz içində azad müstəqil
yaşamaq istəyirik. Millətimiz bu istəyimizin
qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən
dəstəkləndiyi üçün böyük qürur
hissi duyur. Türkiyə və Anadolu
türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri
xoş və gözəl duyğulara böyük dəyər
verirlər. Yaşasın Türkiyə-Azərbaycan
qardaşlığı”. (Hüseyn Adıgözəl
“Atatürk, Nərimanov və Türk Qurtuluş
Savaşı”. “Respublika” qəzeti 19 iyul, 2019-cu il).
Türkiyə-Azərbaycan dostluq münasibətləri
Mustafa Kamal Atatürkün ölkədə Türk Qurtuluş
Savaşı apardığı dövrə təsadüf edirdi. Türk tədqiqatçısı
Hüseyn Adıgözəlin araşdırmalarına görə,
Mustafa Kamal Paşa “Qərbin böyük güclərinin
düşməni olan Sovetlər Birliyindən imperializmə
qarşı savaşmaq üçün dəstək və
yardım” almaq niyyəti ilə Moskvaya göndərdiyi
nümayəndə heyəti “heç kimsə ilə
görüşmədən geri dönmək məcburiyətində
qalır”. Hakim rəsmi dairələr Türkiyə
nümayəndə heyətini qəbul etmir.
Moskvanın etinasızlığı N.Nərimanovun
inandığı prinsip və qanunlara zidd idi. Yenicə
uyuşmaqda olan “son dərəcə gərəkli və
önəmli” diplomatik münasibətə son qoyula bilərdi.
Hüseyn Adıgözəlin dediyi kimi, N.Nərimanov
Türk Qurtuluş savaşının uğurla, qalibiyyətlə
başa çatmasının Şərq xalqları
üçün yaxşı bir örnək
olacağını düşünürdü”.
Türkiyə
Böyük Millət Məclisinin 1921-ci il
fevralın əvvəlində Moskvaya göndərdiyi nümayəndə
heyəti Mustafa Kamal Atatürkün tövsiyəsi ilə əvvəlcə
Bakıda N.Nərimanovun dəvətində olması təsadüfi
deyildi. Nərimanov Leninə məktub yazıb
Behbud Şahtaxtinskini də Türk nümayəndə heyəti
ilə Moskvaya göndərir. Lenin tutarlı arqumentlərlə
yazılmış N.Nərimanovun məktubunu 1921-ci il fevralın 19-da Mərkəzi Komitənin
üzvləri ilə də tanış edir. N.Nərimanov məktubun
bir yerində Leninə yazırdı: “Erməni məsələsi
türklər üçün ölüm-qalım məsələsidir.
Bu məsələdə Türklərin yanında yer almasanız,
bütün Şərq xalqlarını itirə bilərik və
Azərbaycanı əldə saxlamaq mümkün olmaz!
(“Respublika” qəzeti, 10 iyul 2019-cu il).
Hadisənin
axarından göründüyü kimi, gözlənilən nəticədən
anlaşılır ki, Lenin xarici işlər naziri ermənipərəst
Çiçeçrin kimi düşünən, türk heyətini
soyuq qarşılayan və təkliflərini diqqətə
almayan rəhbərlərin münasibətəlrini nəzərə
almadan Nərimanovun məktubundakı xəbərdarlıqlarına
diqqət yetirmiş, “tərəflər arasındakı
anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir”.
Ona
görə də Türkiyə nümayəndə heyətinin
Rusiya Federasiyası ilə anlaşmasında uğur əldə
edilir: “Türkiyə bir milyon qızıl pul borc alır. Naxçıvanın Azərbaycanın tərkibində
qalması razılaşdırılır. Rusiya
Federasiyası ilə Türkiyə ortaq düşmənləri
İngiltərəyə qarşı hər məsələdə
iş birliyində olmağı qərarlaşdırırlar”.
N.Nərimanov
Türkiyənin ağır durumunda onun böyük bir
dövlət tərəfindən dəstəklənməsinə
nail olur.
Hüseyn
Adıgözəl yazır: “Ankara hökumətinin Sovet
İttifaqı tərəfindən tanınması beynəlxalq
siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə
yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin
başçısı Nəriman Nərimanov idi”.
Türkiyə ordusunun Qurtuluş Savaşında
işğalçı qoşunlarına vurduğu zərbələr
Azərbaycanda böyük sevinclə
qarşılanırdı. N.Nərimanovun
tapşırığı ilə Azərbaycanın xarici
işlər komissarı Davud Hüseynov Türk xalqını,
Türkiyə Böyük Millət Məclisini və onun rəhbəri
Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist
Respublikası və Azərbaycan xalqı adından təbrik
edir. Bu münasibətlə 1921-ci il may ayının
ortalarından hər ay Azərbaycan hökuməti Türkiyəyə
62 sistern neft və üç vaqon kerosin göndərməyi
qərara almışdı.
...1922-ci
ilin iyul ayına qədər 9 min tondan çox kerosin və
350 ton benzin göndərilmişdir. 1921-ci il martın 17-də
Türkiyənin səfiri Memduh Şovkət bəy Mustafa Kamal
Paşanın təqdim etdiyi məktuba əsasən N.Nərimanov
“hökumət üzvlərindən bəzilərinin
qarşı çıxmasına rəğmən” dərhal xəzinədə
olan 500 kilo qızılı Ankaraya göndərdi. Əlavə də 30 sistern neft, iki sistern benzin və
8 sistern mədən yağı göndərdi.
1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda
Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə
yazırdı: “Paşam, Türk millətində bir ənənə
vardır, qardaş qardaşa borc verməz, qardaş
qardaşın hər çətin durumunda əlindən
tutar. Biz qardaş xalqıq, hər zaman və hər
şərtlər altında bir-birimizin əlindən
tutacağıq. Bu gün etdiklərimiz bir
qardaşın qardaşına etdiklərindən başqa bir
şey deyildir” (Doğan Avcıoğlu. “Milli
Qurtuluş tarixi” III-cild, səh. 438. Sitat
Hüseyn Adıgözəlin məqaləsindən
götürülmüşdür).
Tədqiqatçı
alim Hüseyn Adıgözəl dediyi kimi: “Tarixi mənbə və
qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin
başında qaldığı iki il boyunca Moskvaya
bağlı olmasına baxmayaraq, müstəqil dövlət
başçısı kimi hərəkət edərək,
Türkiyə hökuməti ilə olan əlaqələri
daha yüksək ölçü və miqyaslara
daşımış və hər şeydən önəmlisi,
çox çətin durumda olan Anadoludakı
qardaşlarına dövlətinin bütün
imkanlarını səfərbər edərək, heç kimsədən
çəkinmədən əlindən gələn hər
cür yardım etmişdir. Bütün bunlar sənəd
və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini
almamışdır”.
Həqiqətən də, 1970-ci ilədək Sovetlər
Birliyində belə olmuşdur. Ümummilli lider Heydər
Əliyev böyük Nəriman Nərimanov adının, fəaliyyətinin,
ədəbi irsinin millətin salnaməsində mövqeyini,
tarixi dəyərini qiymətləndirməyə nail oldu, həqiqəti
barpa etdi. Bakının ən görkəmli
yerində onun əzəmətli heykəlini ucaltdı. Beləliklə, xalqın böyük oğlu Nəriman
Nərimanovun əbədiyaşarlıq haqqının təməli
qoyuldu. Şükürlər olsun!...
Teymur
ƏhmƏdovBöyük türk xalqına məhəbbətdən
qaynaqlanan qardaşlıq
Nəriman Nərimanovun Şərq ölkələri ilə
Sovet Rusiyası arasında diplomatik əlaqələrin
yaradılmasında böyük xidmətləri olmuşdur.
Türkiyə ilə Sovet Rusiyası arasında diplomatik əlaqələrin
yaradılması N.Nərimanovun siyasi fəaliyyətində
misilsiz hadisə - “sənəd və mənbələrdə
öz əksini tapsa da, tarixi dəyərini almamış”, demək
olar ki, unudulmuşdur. Bu barədə türk tədqiqatçısı
Hüseyn Adıgözəl “Atatürk, Nərimanov və
Kurtuluş Savaşımız” mövzusunu ilk olaraq tədqiqata
cəlb etməklə Türkiyə-Azərbaycan münasibətlərində
“unudulmuş səhifələrin” - tarixi həqiqətin bərpa
edilməsi Nərimanovun bir müdrik şəxsiyyət kimi
Türk-Azərbaycan birliyinə sədaqətini nümayiş
etdirir. Onun müdrik siyasi xadim kimi portretinin bərpasına
kömək edir.
Hüseyn
Adıgözəl tarixçi kimi toxunduğu mövzuda əsər
yazmasının məqsədini şərh edərkən
yazır: “Qurtuluş savaşımızın ən təhlükəli
günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən
gələn bütün yardımları yapan Sovetlər
Birliyindən Türk Qurtuluş Savaşına böyük dəstək
verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk
olduğundan, Türk millətçisi olduğundan zərrə
qədər şübhəmiz yoxdur. Onun
Kommunist olması bizə yardım etməsinə əngəl
olmadığı kimi, bizlər də onun kommunist olmasına
baxmayaraq, onun Türkiyə türkləri və türk milləti
üçün etdiklərini əsla unuda bilmərik.
Tarix olduğu kimi, yazılmalıdır ki, Türk birliyinin təməli
sağlam olsun! (“Respublika” qəzeti, 19 iyul 2019-cu il).
Məlum olduğu kimi Nəriman Nərimanovun Türkiyəli
türklərlə ilk tanışlığı
1909-1913-cü illərdə Həştərxanda olmuşdur. Sürgün
illəri nəzarət altında olan N.Nərimanov burada gizli
inqilabi fəaliyyətini leqal tədbirlərdə məharətlə
davam etdirirdi. Onun “Şurayi-islam cəmiyyəti”ndə
təşkil olunan tədbirlərində tatar, rus, qazax,
qırğız və türk zabitləri də iştirak
edirdilər.
Hüseyn
Adıgözəl yazır:
“Birinci
Dünya Müharibəsində əsir düşən və
Həştərxana göndərilən türk zabitləri ilə
(Nərimanov) orada qarşılaşmış və onlardan
aldığı məlumatlarla Türkiyə və türklərin
vəziyyətindən xəbər tutmuş, Qurtuluş
Savaşı müddətində çətin durumda olan
Türkiyə türklərinə əlindən gəldiyindən
də daha artığını yaparaq, yardım etməyə
çalışmışdır” (“Respublika” qəzeti, 19 iyul
2019-cu il).
Birinci Dünya Müharibəsi hər yerdə olduğu
kimi, Azərbaycanda da ictimai-siyasi və iqtisadi gərginlik
yaratmışdı. Anadolu cəbhəsində türk hərbi
qüvvələrinin uğursuzluğu nəticəsində minlərlə
hərbi və mülki əsir Rusiya ərazisindəki
düşərgələrə göndərilirdi.
Vladiqafqaz
dəmiryolunda qapıları bağlı yük vaqonlarında
həftələrlə ac, susuz vəziyyətdə Urala, Sibirə,
eləcə də Səmərqənd, Krasnoyarsk, Tula, Həştərxan
və Bakı şəhərlərinə göndərilən
hərbi əsirlər arasında yüzlərcə insan
dözə bilmir, dünyasını dəyişirdi. Əsirlərin məskunlaşdıqları həbsxanalardakı
şərait isə daha dözülməz idi. Bakıya eşalonla gətirilən hərbi əsirlər
gecələr dəniz limanından Nargin adasına ciddi rejimli əsir
düşərgələrinə “Knyaz Borodanski” gəmisində
daşınırdı. N.Nərimanovun rəhbərlik
etdiyi “Hümmət” təşkilatı bundan xəbərdar
idi. Lakin qadağan olunmuş zonada nələr
baş verdiyini bilmirdilər.
Nərimanov Bakı şəhər Dumasına seçiləndən
sonra onu narahat edən Nargin adasında saxlanan türk əsirlərinin
vəziyyəti ilə maraqlanır. O, həmfikirləri ilə Dumada bir
komissiya seçib Nargin adasına göndərilməsi məsələsini
tələb edir. “Hümmət” 1917-ci il 28
noyabr tarixli sayında yazır: “Duma komissiya seçdi. Həmən komissiyada bolşeviklər tərəfindən
yoldaşımız Nərimanov bir neçə adamla Nargin cəzirəsinə
gedib əsirlər barəsində mükəmməl məlumat
toplayıbdır. Bu barədə Dumada bir
məruzə oxuyacaqdır”.
Bakı
şəhər Dumasının “Təhqiqat
komissiyası”nın üzvləri-Nəriman bəy Nərimanov,
Əbdülbağı Məmmədov, Ağa Məhəmməd
İbrahimov, Mürsəlov, eləcə də, Almaniya,
Danimarka və İsveçrə səfirliklərinin əməkdaşları
Nargin cəzirəsində məhbusların vəziyyəti və
saxlanma şəraiti ilə tanış olanda dəhşətə
gəldilər.
Burada minlərlə hərbi və mülki əsir taxta
baraklarda anti-sanitariya şəraitində yaşayırdı. Baraklar
arasında çadırlarda vəziyyət daha dözülməz
idi. Hər yerdə natəmizlik, üfunət
400 nəfərlik xəstəxanada ağır xəstələrə
tibbi yardım göstərmək üçün dava-dərman
çatışmırdı.
Məhbusların bənizi solğun, kədərli idi. Onlar maddi və
mənəvi sıxıntı çəkir, həftələrlə
içməli suya həsrət qalırdılar.
Rus və erməni mühafizəçiləri məhbusları
ciddi rejimdə saxlayır, onlarla çox kobud
davranırdılar.
“Açıq
söz” qəzeti 1917-ci il 7 dekabr tarixli
sayında “Təhqiqat komissiyası” üzvlərinin Nargin cəzirəsində
gördüklərini belə şərh edir:
“Cəzirədə yaşanan dəhşətli vəziyyətin
izlərini görən komitə üzvləri
hönkür-hönkür ağlamaqdan özlərini saxlaya
bilmirdilər.
400 adam yerləşəcək xəstəxanada
1200 xəstə balıq kimi bir birinin üstünə tökülmüşdü,
bəzisi can verirdi, bəzisi “Əfəndim, su”, “Əfəndim,
yemək” deyə qışqırırdı. Bir
tərəfdən isə o gün ölmüş 40 əsir
bir-birinin üstünə yığılıb dururdu. Gündə 40-a qədər əsir acından,
susuzluqdan, soyuqdan tələf olurdu. Nə əyinlərinə
geyinməyə geyimləri, nə bir də yandırmağa
yanacaqları var idi. Bir çoxları
başlarının altına kərpic qoymuşdular. Quru taxta üstündə yatmaqdan
çoxlarının yanlarında böyük yaralar əmələ
gəlmişdi. Mülki əsirlər
arasında 80 yaşında qocalarla yanaşı, 2
yaşından 15 yaşına qədər körpə
uşaqlar da var idi.
Daha sonra
Nərimanov adada 700-ə qədər səksən
yaşlarında ahılın, 2 yaşından 15 yaşına
qədər körpə uşaqların olduğunu və
bunların hamısının Qafqaz cəbhəsindən gəldiklərini
bildirərək sözlərini bu cümlələrlə
tamamlamışdır: “Bura bir cəzirə deyil, məzardır.
Elə bir məzardır ki 1000 nəfərə qədər adam qıraqda oturub öz növbəsini
gözləyir”.
Axşamçağı
Nargin adasından şəhərə yorğun qayıdan Nəriman
Nərimanov evdə özünə aram
tapa bilmədi. Papirosu-papirosa caladı, yazı
masasına dirsəklənib fikirləşdi. O, Nargin
adasında əsirlərin dözülməz halını
görüb dəhşətə gəlmişdi. Onlara təcili kömək göstərmək fikri
onu tərk etmirdi. O, otaqda bir qədər var-gəl etdi. Bakı şəhər Dumasına əsirlərin vəziyyəti,
onlara təxirə salmadan kömək barədə məruzə
yazmağı qərara aldı.
Nərimanov stolun üstündəki zəif
işıqlı lampanın piltəsini qaldırdı, otaq
işıqlandı.
O, ağ vərəqləri qabağına çəkdi,
qələmi mürəkkəbə batırıb xeyli
düşündü. Həyəcandan fikrini toplaya bilmirdi:
haradan başlasın? Bir qədər sonra gördüklərini
təfsilatı ilə yazmağa başladı
Nərimanov məruzəsini başa çatdıranda
artıq dan yeri sökülmüşdü. Pəncərəyə
düşən şəfəqlər otağı
işıqlandırmışdı. O, lampanı
söndürüb, bir çimir yuxu almaq üçün
divana uzandı.
Ertəsi
gün Nərimanovun “Hümmət” qəzetində (28 noyabr
1917-ci il) “Göz yaşı tökdürən
Cəzirə” məqaləsi dərc olundu. Nərimanov ürəkağrısı
ilə yazırdı:
“Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri,
bir sümük bədənləri, sifətsiz gözləri,
ah-zar edən insanları görməyəydim. Kaş “əfəndim, su!”, “əfəndim, yemək!”,
“əfəndim, paltar!” sözlərini eşitməyəydim.
Kaş çılpaq, dodaqları soyuqdan titrəyən,
üzləri bozarmış atasız-anasız balaca balalarla
söyləşməyəydim. Kaş xəstəxanada
başları kərpic üstə can verən igidlərə
rast gəlməyəydim!
Min iki yüz insan balası hazır ölüm növbəsində
durubdur. Altı min də bu növbəyə
hazırlaşır. Tifmi, vəbamı və
ya bir qeyri-sirayətedici mərəzmi bunları cəzirəyə
qurban edəcəkdir?
Yox, yox!
Aclıq!
Susuzluq və soyuq!
Müsəlmanlar
“əfəndim, su!..” deyib gözlərinizə
baxdıqda guya demək istəyirlər: Siz
insanmısınız? İnsaniyyətə dair
qanunlarınız varmı? Siz millət
balasısınızmı? Zavallı millət
balalarına cavabınız nədir?
Sizə baxan, sizi mühakiməyə çağıran
bu gözlərdə siz bu sözləri oxuyursunuz? Oxuyub da ürəyiniz
sıxılır, gözləriniz ixtiyarsız yaşarır.
Mən
tab gətirə bilməyib ixtiyarsız ağladım...
Ağlamamaq mümkündürmü? Vaxtında ata-ananın
göz işığı və sonra uşaqlar pərəstdarı
və daha sonra vətən qəhrəmanı bir insan indi
ilanlar məskəni olan susuz bir cəzirədə can verirkən,
quru, partlamış dilini çıxarıb deyir: “əfəndim,
su!”, “əfəndim, yemək!”, “paltar!”.
İndi mən də qulaqları eşidənlərə,
vicdanları oyanmışlara üzümü tutub da o
zavallı cəzirə əsirlərinin sözlərini təkrar
edirəm: “əfəndim, su!”, “əfəndim, yemək!”, “paltar!”. Bu göz yaşı
tökdürən cəzirə sizi gözləyir, sizə
ümid bağlayır. Əmin olunuz, siz də mən
gördüyümü görsəydiniz və əlinizdən
bir şey gəlmədiyini düşünsəydiniz, siz də
mənim kimi deyərdiniz: kaş bu cəzirəyə getməyəydim!”.
...1917-ci il dekabrın 5-də səhər saat 11-də
Bakı şəhər Dumasının növbəti
iclası başlanmışdı. Ayrı-ayrı
fraksiyaları təmsil edən Duma üzvləri və qonaqlar
öz yerlərini tutmuşdular. Nəriman Nərimanov
çıxış üçün söz aldı, zalda
oturanlara müraciətlə dedi:
—Cənab Duma üzvləri, Nargin cəzirəsində əsirlərin
vəziyyəti haqqında məruzəm hazırdır. Əgər
lazım bilsəniz, ərz edə bilərəm.
Zaldan “Xahiş edirik”—sədaları eşidildi.
Nəriman Nərimanov xitabət kürsüsünə
yaxınlaşdı. Zala tam sükut
çökmüşdü. Nərimanovun yorğun, kədərli,
bir az da qəzəbli, ittihamedici sözləri
hamını sanki, sehirləmişdi. O dedi:
“Cəzirənin halı hər tərəfdən fənadır. Buradakı evlər
adamlar üçün tikilməyibdir. Bu
evlər qaranlıq, üfunətli, soyuq daxmalardan ibarətdir.
Bunların soyuqluğuna səbəb nəinki
soba yandırılmamasıdır. Xeyr! Burada
heç vaxt soba yandırmazlar. Çünki
odun yoxdur, bu daxmaların soyuqluğuna səbəb
taxtaların aralarında olan deşiklər və damların
üstəki şüşəsiz pəncərələrdir”.
“Mən
sağlamlar üçün bişən şorbanı
gördüm: itini sevən kişi bunu itinə
verməz”, su da burada çox vaxt tapılmır.
“Burada
insanlar susuzluqdan can verirlər”.
Bu zavallı əsirlərin hallarını daha aşkar
nəzərə gətirmək üçün burada bir
neçə sifralar söyləmək istərdim.
Hazır
hər gün 40-45 adam ölməkdədir.
Nə isə bu cəzirə bir məzardır. Bu məzarın kənarında
hazır min adam növbədə durubdur və
7 min sağlam adam da bu növbəyə hazırlaşır.
Gərəkdir daşürəkli olasan da bu
vicdansızlığa davam edəsən: acıqlı, hirsli
halında insan insan barəsində bu dərəcə
vicdansızlığa meydan versə, bəlkə də təbii
ola. Fəqət mürur ilə
hər saat, hər gün, həftələr, aylar, illərlə
bu hərəkətdə bulunmaq insanlıq hərəkəti
deyildir. İnsan balası ilə bu tövr rəftar nəinki
azad Rusiyada gərəkdir görünməsin, hətta vəhşilər
arasında görünməyibdir” (“Hümmət” qəzeti, 11
dekabr 1917-ci il).
Hamı bəşəri cinayətə qarşı
ittihamı dinləyirdi. Necə olub ki, “qulaqlarının dibində”
Rusiya hökumətinin yaratdığı dəhşətli
soyqırım düşərgəsindən xəbərsiz
olublar. Yüzlərlə insan ac, susuz,
soyuqdan, xəstəlikdən, zorakılıqdan ölüb.
Hamı xəyanət qurbanlarının ruhu
qarşısında özlərini günahkar bilir, qəzəblənirdi.
Nərimanovun məruzəsindən sonra
çıxış edənlər əsirlərə
yardım komitəsi yaradılması məqsədilə
xüsusi komissiya qurulmasını təklif edirlər. Komissiya Nəriman Nərimanovun
təkidli tələbinə görə qərara alır: Cəzirəyə
daha əsir göndərilməsin; Cəzirədə saxlanan
qocalar və müharibədə iştirak etməyən əhali
və uşaqlar vətənlərinə göndərilsin və
ya cəmiyyəti-xeyriyyənin himayəsinə verilsin; Xəstələr
tezliklə cəzirədən şəhərə müalicəyə
göndərilsin; Cəzirədə saxlananların yemək-içməkləri
artırılsın və alt-üst paltarlarına diqqət
yetirilsin.
Nəriman Nərimanovun Nargin cəzirəsində əsirlər
problemini ortaya qoyması-”Bəsirət” (25 noyabr 1917), “Hümmət”
(28 noyabr 1917), “Açıq söz” (7 dekabr 1917), “Bakinski
raboçiy” (8 dekabr 1917) və digər qəzetlərdə
ictimaiyyətə çatdırılması, Bakı şəhər
Dumasında tarixi çıxışı təsirsiz
qalmadı. Sanki ildırım çaxdı, yatanlar oyandı.
Bu böyük tarixi hadisə Rusiya
İmperiyasının Türk xalqlarına qarşı xəyanətkar
siyasətini ifşa etdi. Eyni zamanda Azərbaycan
xalqının türk soydaşlarına doğma münasibətini,
sədaqətini, qeyrət və dəyanətini açıb
göstərdi.
Bakı şəhər Duması Nərimanovun rəhbərlik
etdiyi komissiyanın təkliflərini təsdiqləyib Tiflisə,
Qafqazın Mərkəzi İnzibati İdarəsinə
göndərdiyi təcili teleqramın cavabında Nargin hərbi
düşərgəsindən ən ağır xəstələrin
çıxarılmasına və cəzirədə
yaşayan əsirlərə xeyriyyə cəmiyyətlərinin
köməyinə icazə verilirdi.
Müsəlman Milli Komitəsi və Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti Nargin hərbi düşərgəsində
komissiyanın müəyyən etdiyi üç yüz xəstə—türk,
alman, avstriyalı hərbi əsiri şəhərdə
16-cı lazaretdə yerləşdirdi.
Rusiyanın müsəlman bölgələrində, eləcə
də Bakı və Gəncə şəhərlərində
müharibə bölgələrində və hərbi
düşərgələrdə acınacaqlı şəraitdə
əzab çəkən qocalara, qadın və uşaqlara
kömək məqsədilə xeyriyyə tədbirləri
görüldü. Uşaq evləri yaradıldı.
“Açıq söz” qəzeti (7 yanvar 1917) yazırdı:
“...Nargində əsir sifəti ilə yaşamaqda olan 130 nəfər
körpə türk balaları şəhərə gətirilib
Çəmbərəkəndin qabağındakı mülkdə
yerləşdirilmişdi. Bu balalara
baxmağı “Möhtaclara kömək” Cəmiyyəti öz
öhdəsinə alıb və hər bir məxarici boynuna
götürüb. Bu yetimlər evini
saxlamaq cəmiyyətə hər ay 10 min manata başa gələcəkdir”.
Nərimanov türk xalqının düçar
olduğu ağır günlərdə əməli fəaliyyətini
bu istiqamətə yönəldir. O, rəhbərlik etdiyi “Hümmət”
sosial-demokrat təşkilatının ən fəal üzvlərini
türk əsirlərin qaçırılması, göndərilməsi,
xəstələrə yardım olunması işinə səfərbər
edir.
“Hümmət”
qəzetinin 12 dekabr 1917-ci il tarixli nömrəsində
Doktor Nəriman bəy Nərimanovun müraciəti onun xalq əhəmiyyətli
problemin həllinə, kütləvi xarakter almasına necə
həssaslıqla yanaşmasını sübut edir:
“Bununla camaata elan edirəm ki, Nargin cəzirəsində əsirlərlə
bir yerdə yaşayan uşaqlara və əsir hesab olmayan qoca
kişilərə hər növilə kömək etməyi
icraiyyə komiteti tərəfindən mənə mühəvvəl
olunubdur. Ona
binaən hər kim nə yol ilə bunlara
və ümum əsirlərə köməklik etmək istəsə
mənə rücu etməlidir.
Adres:
İsmailiyyə binası, “Hümmət”in idarəsi, səhər
saat 9-dan axşam saat 6-yadək. Xüsusi
görüş üçün axşam saat 5-8-dək qəbul
edirəm.
Doktor N.Nərimanov.
Telefon 37-34”.
Göründüyü kimi, Nərimanov Nargin cəzirəsindəki
məhbusların taleyi məsələsinə ictimaiyyətin
diqqətini cəlb etməklə yanaşı, əhalinin
kütləvi halda onlara maddi və mənəvi yardım
göstərməsinə günün ən vacib, təxirəsalınmaz
vəzifəsi kimi baxırdı.
Nərimanovun bu yöndə təbliğatı və təşkilatçılıq
fəaliyyəti böyük əks-səda doğurur, təsirsiz
qalmırdı. Hətta türk əsirləri də Nərmanovun
nəcib təşəbbüsünü, fədakarlığını
təqdir edir, ona öz minnətdarlıqlarını
bildirirdilər. Hafiz Feyzulla və Mustafa Həmdi “Hümmət”
qəzetinin 1918-ci il 31 may tarixli sayında
dərc etdikləri “Ərzi təşəkkür”ündə
minnətdarlıq hissi ilə yazırdılar:
“Nargin
adasında yaşayan əsirlər arasında, ana, ata, qohum və
ev-eşiyindən ayrı düşmüş beşdən on
beş yaşınadək türk uşaqlarının qiymətli
həyatlarının məhv olmasını,
istiqballarının təmini üçün şəfqətli
bir ata kimi diqqəti-qəlbə malik olan Nəriman bəy cənablarının
adada, uşaqlar arasında göz yaşları tökərək
gəzdiyini, bu yetimlərin başlarını
sığallayaraq “balalarım, sizi Bakıya aparacağam” deyə
vədi ilə bu məsumların ahu zarlarını təskin
etdiyini görüncə, ona dualar etdik... Son zamanlarda hadisə
nəticəsində möhtərəm Nəriman bəy Nərimanovun
idarəsinə alınması üçün getmişdik...
Bir nəticə əldə edə bilməyib adaya
qaytarıldığımızdan xəbərdar olan Nəriman
bəy cənabları təkrar adadan şəhərə
aparıb üçüncü dəfə tədrisata
başladığımıza, onun əhəmiyyətinə
minnətdar olduğumuzu və təşəkkürümüzü
bildiririk...”.
Türklərin müharibədə düçar
olduğu faciə ümummüsəlman dərdinə
çevrilmişdi. “Qardaş köməyi”, “Türk əsirlərinə
yardım komitəsi” , “Möhtaclara kömək”, “Bakı
İslam Cəmiyyəti-Xeyriyyəsi”, “Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyəti” və
“Qırmızı Xaç Cəmiyyəti” cəbhə
bölgələrində, hərbi düşərgələrdə
köməksiz qalan uşaqlara, qadınlara, qocalara maddi, tibbi
yardım etməklə və əsirləri həbsxanalardan
qaçırıb vətənlərinə yola salmaqla məşğul
olmağa başladı.
Hüseyn
Cavid (“Hərb və fəlakət”, “Türk əsirləri”),
Əli Nəzmi (“Arş irəli”), Əli Razi Yusifzadə
(“Qonaqlara”), Əhməd Cavad (“Yazıq”), Ömər Faiq
Nemanzadə (“Bən kiməm?”), Xəlil İbrahim (“Müharibə
və qadınlar”), Rəşid Yusifzadə (“Ruhanilərimiz”),
Sultan Məcid Qənizadə, eləcə də digər
yazıçı və publisistlər müharibənin
törətdiyi faciələrə, türk millətinin,
günahsız insanların başına gətirilən
müsibətlərə qarşı etiraz səslərini
ucaldırdılar.
Bakı və Bakıətrafı kəndlərdə
hamı müsəlman qardaşlarına kömək etməyə
namus və şərəf işi kimi baxırdılar.
“Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”
milyonçuların maddi və mənəvi köməyi sayəsində
məhbusları paltar, ərzaq, su ilə təmin edirdi. Cəmiyyətin
üzvləri ictimaiyyətin arzusunu nəzərə alıb
bütün əhalini ümumxalq işinə cəlb
etmişdi. Onlar çayxanalarda, klublarda,
evlərdə görüşlər təşkil edib ianə
toplayırdılar.
Hacı Zeynalabdin Tağıyevin açdığı məktəbin
müəllim və şagirdləri türk əsirlərinə
yardım məqsədilə məktəbin iclas zalında 3 pərdəlik
“Bədbəxt bala” dram əsərini səhnəyə
qoymuşdular.
Cəmiyyət
müsəlmanların maddi köməyi ilə Novruz
bayramında nəşr etdiyi “Qardaş köməyi” qəzetinin
satışından toplanan 1300 manata türk əsirlərinə
dərman, tibbi ləvazimat və adyal alıb göndərmişdi.
1917-ci il aprelin 15-də Bakıda “İsmailiyyə”
binasında Qafqaz müsəlmanlarının I qurultayı
başlanmışdı. Rəyasət heyətində
Əlimərdan bəy Topçubaşov, Nəriman bəy Nərimanov,
Fətəli xan Xoyski, İbrahim bəy Heydərov, Nəsib bəy
Yusifbəyov və Məhəmməd Həsən Hacinski əyləşmişdi.
Zalda Türküstandan Dağıstana qədər
ümum Qafqazın hər tərəfindən nümayəndələr
vardı. Rusiyada təhsil alan azərbaycanlı
tələbələr də iştirak edirdilər.
Tarixi qurultayda ictimai-siyasi vəziyyət və
qarşıda duran vəzifələr müzakirə olunurdu.
Azərbaycanlı vətənpərvər gənclər
ölkənin taleyi ilə ciddi maraqlanırdılar. Onlar “Qafqaz
Müsəlman Tələbələri Cəmiyyəti”
yaratmış, gizli fəaliyyətə keçmişdilər.
İstiqlaliyyət təşnəsi olan gənclər
milli orduya könüllü əsgər toplamağı və
Nargin cəzirəsindəki hərbi əsirləri
qaçırmağı qarşılarına məqsəd
qoymuşdular.
Rusiyada ictimai-siyasi, iqtisadi böhran, ölkədə
baş verən proseslər elə vəziyyət
yaratmışdı ki, hərbi əsirlərin ciddi nəzarət
altında saxlanması yetərli deyildi. Rusiyanın “fəhlə
batalyonları” və həbs düşərgələrindən
türk, alman və avstriyalı hərbçilər
qaçıb Azərbaycana pənah gətirirdilər. Rusiya hakim dairələri ciddi axtarış-əməliyyat
tədbirləri həyata keçirmək iqtidarında olmasa
da, həbs düşərgələrindən əsirlərin
qaçmasından narahat olur, inzibati idarələrə bu
axının qabağını təcili almağı
tapşırırdı. Xəfiyyələr
hər yerdə vurnuxurdu, əldən-ayaqdan
düşürdü.
Bakıda xeyriyyə cəmiyyətləri sahibkarların
maddi və mənəvi köməyi sayəsində həbs
düşərgələrindən əsirlərin
qaçırılması, qayğı ilə qorunması, vətənlərinə
yola salınması işini mütəşəkkil şəkildə
təşkil etmişdi. Xəstə və yaralı əsirlər evlərdə
müalicə ediləndən sonra o biri soydaşları kimi
paltarları dəyişdirilir, saxta İran pasportu cibində
arxayınca şəhər şəraiti ilə tanış olurdular. “İsmailiyyə”
binası yaxınlığında xüsusi bir yeməkxanada
“İran müsafirləri” hər gün çay içər,
yemək yeyər, pul vermək bəhanəsi ilə kassaya
yaxınlaşar, “verdiyi pulun qalığını”
alırmış kimi kassirdən xərclik alardılar. Dükançılar türklərlə alver edərkən
onlara qarşı qayğı ilə davranar, bəzən pul
götürməzdilər.
***
1920-1921-ci illərdə Mustafa Kamal Paşa ilə Nəriman
Nərimanov arasında “müxtəlif tarixlərdəki
yazışma və məktublardakı söhbət,
qarşılıqlı ortaq fikirlər” əsasında
yaranmış dostluq münasibətləri sarsılmaz
qardaşlıq əlaqələrinə çevrilmişdir.*
1920-ci ildə N.Nərimanovun “müstəqil sovet Azərbaycanına”
Xalq Komissarları Sovetinin sədri kimi başçılıq
etməsi Mustafa Kamalı məmnun etmişdi. O, Azərbaycanla dostluq əlaqələri
qurmaq üçün tanınmış şair və diplomat
Memduh Şevket Esendağı səfir göndərir. Bir ildən
sonra Türkiyədə, Ankara şəhərində Azərbaycan
səfirliyi açılarkən ilk səfir İbrahim
Əbilovun dəvətəni qəbul edib
açılışda şəxsən iştirak edən
Mustafa Kamal Paşa “Azərbaycan bayrağını öz əlləri
ilə qaldırır” və çıxış edərək
deyir: “Milli hüdudumuz içində azad müstəqil
yaşamaq istəyirik. Millətimiz bu istəyimizin
qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən
dəstəkləndiyi üçün böyük qürur
hissi duyur. Türkiyə və Anadolu
türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri
xoş və gözəl duyğulara böyük dəyər
verirlər. Yaşasın Türkiyə-Azərbaycan
qardaşlığı”. (Hüseyn Adıgözəl
“Atatürk, Nərimanov və Türk Qurtuluş
Savaşı”. “Respublika” qəzeti 19 iyul, 2019-cu il).
Türkiyə-Azərbaycan dostluq münasibətləri
Mustafa Kamal Atatürkün ölkədə Türk Qurtuluş
Savaşı apardığı dövrə təsadüf
edirdi.
Türk tədqiqatçısı Hüseyn Adıgözəlin
araşdırmalarına görə, Mustafa Kamal Paşa “Qərbin
böyük güclərinin düşməni olan Sovetlər
Birliyindən imperializmə qarşı savaşmaq
üçün dəstək və yardım” almaq niyyəti
ilə Moskvaya göndərdiyi nümayəndə heyəti
“heç kimsə ilə görüşmədən geri
dönmək məcburiyətində qalır”. Hakim
rəsmi dairələr Türkiyə nümayəndə heyətini
qəbul etmir.
Moskvanın etinasızlığı N.Nərimanovun
inandığı prinsip və qanunlara zidd idi. Yenicə
uyuşmaqda olan “son dərəcə gərəkli və
önəmli” diplomatik münasibətə son qoyula bilərdi.
Hüseyn Adıgözəlin dediyi kimi, N.Nərimanov
Türk Qurtuluş savaşının uğurla, qalibiyyətlə
başa çatmasının Şərq xalqları
üçün yaxşı bir örnək olacağını
düşünürdü”.
Türkiyə
Böyük Millət Məclisinin 1921-ci il
fevralın əvvəlində Moskvaya göndərdiyi nümayəndə
heyəti Mustafa Kamal Atatürkün tövsiyəsi ilə əvvəlcə
Bakıda N.Nərimanovun dəvətində olması təsadüfi
deyildi. Nərimanov Leninə məktub yazıb
Behbud Şahtaxtinskini də Türk nümayəndə heyəti
ilə Moskvaya göndərir. Lenin tutarlı arqumentlərlə
yazılmış N.Nərimanovun məktubunu 1921-ci il fevralın 19-da Mərkəzi Komitənin
üzvləri ilə də tanış edir. N.Nərimanov məktubun
bir yerində Leninə yazırdı: “Erməni məsələsi
türklər üçün ölüm-qalım məsələsidir.
Bu məsələdə Türklərin yanında yer
almasanız, bütün Şərq xalqlarını itirə
bilərik və Azərbaycanı əldə saxlamaq
mümkün olmaz! (“Respublika” qəzeti, 10 iyul 2019-cu il).
Hadisənin
axarından göründüyü kimi, gözlənilən nəticədən
anlaşılır ki, Lenin xarici işlər naziri ermənipərəst
Çiçeçrin kimi düşünən, türk heyətini
soyuq qarşılayan və təkliflərini diqqətə
almayan rəhbərlərin münasibətəlrini nəzərə
almadan Nərimanovun məktubundakı xəbərdarlıqlarına
diqqət yetirmiş, “tərəflər arasındakı
anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir”.
Ona
görə də Türkiyə nümayəndə heyətinin
Rusiya Federasiyası ilə anlaşmasında uğur əldə
edilir: “Türkiyə bir milyon qızıl pul borc alır. Naxçıvanın Azərbaycanın tərkibində
qalması razılaşdırılır. Rusiya
Federasiyası ilə Türkiyə ortaq düşmənləri
İngiltərəyə qarşı hər məsələdə
iş birliyində olmağı qərarlaşdırırlar”.
N.Nərimanov
Türkiyənin ağır durumunda onun böyük bir
dövlət tərəfindən dəstəklənməsinə
nail olur.
Hüseyn
Adıgözəl yazır: “Ankara hökumətinin Sovet
İttifaqı tərəfindən tanınması beynəlxalq
siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə
yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin
başçısı Nəriman Nərimanov idi”.
Türkiyə ordusunun Qurtuluş Savaşında
işğalçı qoşunlarına vurduğu zərbələr
Azərbaycanda böyük sevinclə
qarşılanırdı. N.Nərimanovun
tapşırığı ilə Azərbaycanın xarici
işlər komissarı Davud Hüseynov Türk xalqını,
Türkiyə Böyük Millət Məclisini və onun rəhbəri
Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist
Respublikası və Azərbaycan xalqı adından təbrik
edir. Bu münasibətlə 1921-ci il may ayının
ortalarından hər ay Azərbaycan hökuməti Türkiyəyə
62 sistern neft və üç vaqon kerosin göndərməyi
qərara almışdı.
...1922-ci ilin iyul ayına qədər
9 min tondan çox kerosin və 350 ton benzin göndərilmişdir.
1921-ci il martın 17-də Türkiyənin səfiri Memduh
Şovkət bəy Mustafa Kamal Paşanın təqdim etdiyi məktuba
əsasən N.Nərimanov “hökumət üzvlərindən
bəzilərinin qarşı çıxmasına rəğmən”
dərhal xəzinədə olan 500 kilo qızılı
Ankaraya göndərdi. Əlavə
də 30 sistern neft, iki sistern benzin və 8 sistern mədən
yağı göndərdi.
1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda
Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə
yazırdı: “Paşam, Türk millətində bir ənənə
vardır, qardaş qardaşa borc verməz, qardaş
qardaşın hər çətin durumunda əlindən
tutar. Biz qardaş xalqıq, hər zaman və hər
şərtlər altında bir-birimizin əlindən
tutacağıq. Bu gün etdiklərimiz bir
qardaşın qardaşına etdiklərindən başqa bir
şey deyildir” (Doğan Avcıoğlu. “Milli
Qurtuluş tarixi” III-cild, səh. 438. Sitat
Hüseyn Adıgözəlin məqaləsindən
götürülmüşdür).
Tədqiqatçı
alim Hüseyn Adıgözəl dediyi kimi: “Tarixi mənbə və
qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin
başında qaldığı iki il boyunca Moskvaya
bağlı olmasına baxmayaraq, müstəqil dövlət
başçısı kimi hərəkət edərək,
Türkiyə hökuməti ilə olan əlaqələri
daha yüksək ölçü və miqyaslara
daşımış və hər şeydən önəmlisi,
çox çətin durumda olan Anadoludakı
qardaşlarına dövlətinin bütün
imkanlarını səfərbər edərək, heç kimsədən
çəkinmədən əlindən gələn hər
cür yardım etmişdir. Bütün bunlar sənəd
və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini
almamışdır”.
Həqiqətən də, 1970-ci ilədək Sovetlər
Birliyində belə olmuşdur. Ümummilli lider Heydər
Əliyev böyük Nəriman Nərimanov adının, fəaliyyətinin,
ədəbi irsinin millətin salnaməsində mövqeyini,
tarixi dəyərini qiymətləndirməyə nail oldu, həqiqəti
barpa etdi. Bakının ən görkəmli
yerində onun əzəmətli heykəlini ucaltdı. Beləliklə, xalqın böyük oğlu Nəriman
Nərimanovun əbədiyaşarlıq haqqının təməli
qoyuldu. Şükürlər olsun!...
Teymur ƏhmƏdov
Respublika.- 2019.- 31
iyul.- S.3