Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki
şəraitlə tanış
olub
İyunun
13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə
adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki
şəraitlə tanış olub.
Mədəniyyət
naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban
Əliyevaya məktəb haqqında məlumat verdi.
Bildirildi
ki, bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli
uşaq musiqi məktəbi kimi fəaliyyətə
başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin
adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət
məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə
şöbələr açılıb.
Qeyd
edildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq
İncəsənət Məktəbini bir çox məşhurlar
bitirib. Azərbaycanın Xalq artistləri Arif Məlikov,
Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov,
Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycanın mədəniyyətinə
böyük töhfələr vermiş bir çox sənətkarlar
bu məktəbdə təhsil alıblar.
Hazırda
məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal,
xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq,
xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris
köməkçi fənləri ixtisası üzrə 385
şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 78 müəllim məşğul olur.
Diqqətə
çatdırıldı ki, Azərbaycanın Əməkdar
artisti Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin
fortepiano şöbəsində təhsil alıb. Bu məktəbin
şagirdləri müxtəlif respublika və beynəlxalq
müsabiqələrdə, festivallarda uğurla iştirak edərək
yüksək nəticələr əldə edirlər. Məktəbin
yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib
Respublika.- 2019.- 12
iyun.- S.2