UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib

 

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. Məlum olduğu kimi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər məsul şəxsləri daxildir.

 

AZƏRTAC xəbər verir ki, iyunun 13-də Bakı Konqres Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar keçirilən toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər məsul şəxsləri iştirak edib.

 

Əbülfəs Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

 

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

 

Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur. Bundan əvvəl keçirilən hazırlıq iclasından sonra demək olar ki, görüləcək işlərin əksər hissəsi həyata keçirilib. Biz tədbir günlərində bütün proses davamiyyəti nəzərdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi otel məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur müzakirə edilir. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir.

 

Tədbirə dünyanın nüfuzlu media qurumlarının təmsilçiləri cəlb olunub.

 

Sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müaviniBeynəlxalq əməkdaşlıq innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış etdi. O, tədbirin təşkilində dəstək olan dövlət qurumlarına təşəkkürünü bildirib UNESCO qərargahında keçirilmişməlumat sessiyasıilə bağlı detalları diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tədbir iştirakçılarının ölkəyə gəlişi asanlaşdırılıb əlavə tədbirlər həyata keçiriləcək. Prosesə 26 otel cəlb olunub. Konqres Mərkəzdə məlumat məntəqəsi qaynar xətt fəaliyyət göstərəcək. Hazırda 122 ölkə 2000-dən çox iştirakçı 14 kateqoriya üzrə qeydiyyatdan keçib. Qonaqlar üçün turlar mədəni proqramlar təqdim olunacaq.

 

Qeyd olunub ki, hotellər qonaqları qarşılamağa tam hazırdır.

 

İçərişəhər Qobustan qoruqları xüsusi rejimində çalışmalı, hər bir muzey qoruq ingilis, rus fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.

 

Vurğulanıb ki, sessiyanın açılış mərasimi əvvəlcə nəzərdə tutulduğu kimi Qoşa Qala qapısında açıq havada deyil, Heydər Əliyev Mərkəzində reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək tədbir UNESCO BMT-nin saytı vasitəsilə birbaşa və davamlı yayımlanacaq: “Sessiya çərçivəsində iyunun 23-də “Gənc peşəkarların forumu iyunun 26-da “Abidə menecerlərinin forumuda təşkil olunacaq. Buna görə paytaxtla yanaşı, regionlarda Qəbələ, İsmayıllı, Lahıcda da tədbirlər keçiriləcək

 

Bildirilib ki, sessiya günlərində rəngarəng mədəni proqram tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır. Bu məqsədlə Dövlət Reklam Agentliyinə müvafiq tapşırıqlar verilib. Vurğulanıb ki, mədəni proqramla əlaqədarCulture Guidejurnalının xüsusi buraxılışı nəşr olunub.

 

Nazir iclasın sonunda bir daha əlaqədar qurumlara öz tapşırıq tövsiyələrini verib. Təşkilatı işlərlə bağlı sualları cavablandırıb.

 

Respublika.- 2019.- 14 iyun.- S.5