Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu ötən ildə

Məqsədi milli irsimizi, mədəni, tarixi dəyərlərimizi qorumaq, təbliğ etmək inkişaf etdirməkdən ibarət olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu artıq 14 ildir ki uğurla fəaliyyət göstərir.

İnformator.az xəbər verir ki, bu illər ərzində fond öz qüvvəsi nisbətində Azərbaycan xalqının milli-mədəni, tarixi dəyərlərini tədqiq edib, istər ölkəmizdə, istərsə ölkəmizin sərhədlərindən kənarda tanıtmaq məramını müəyyən qədər gerçəkləşdirə bilmişdir. Bu istiqamətdə ənənəyə sadiq qalaraq milli-irsimizi, mədəniyyətimizi, şanlı tariximizi tanıtmaq, təbliğ etmək yönündə təhsil, mədəniyyət, səhiyyə sosial sahələrdə tədbirlərin, seminar müsabiqələrin təşkilini ötən il ərzində davam etdirdik.

Yola saldığımız 2018-ci ildə fondumuzun təsis etdiyi mətbu orqanlardan 12 ildir fəaliyyət göstərənFüyuzatdərgisinin illik 6 nömrəsi işıq üzü görmüşdür. Eyni zamanda MİMTA fondunun digər mətbu orqanı olan 7 ildir ki, nəşri uğurla davam etdirilənİşıqjurnalının da müvafiq illik sayları nəşr olunaraq oxucuların istifadəsinə verildi. Hər il olduğu kimi, keçən 2018-ci ildə istərFüyuzat”, istərsə İşıqjurnalı cəmiyyətimizin taleyüklü məsələlərinə, xalqımızın əbədiyaşar dəyərlərinə bir daha işıq tutmağa çalışdı bu yolda fondumuzun məramını ifadə etdi. Onu da qeyd edək ki, həmFüyuzat”, həm İşıqjurnalının hər yeni nömrəsi fondumuzda təqdim edilmiş, hər iki jurnalın toxunduğu mövzular geniş şəkildə müzakirə olunmuşdur.Bundan başqa, MİMTA fondunda neçə ildir keçirilməsi ənənə halını almış müxtəlif mövzulu seminarlar ötən il ərzində müntəzəm şəkildə təşkil edilmişdir. Əsasən milli irsimizlə, mədəniyyətimiz, ədəbiyyatımız tariximizlə bağlı mövzuları əhatə edən bu seminarlara ölkənin müxtəlif ali təhsil ocaqlarından qonaqlar, dinləyicilər dəvət edilmiş, bəhs olunan mövzular ətrafında maraqlı müzakirələr aparılmışdır.Bundan başqa, “Füyuzatİşıqjurnalının əməkdaşları BDU-nun Jurnalistika Filologiya fakültəsinin tələbələri ilə ənənəvi görüşlər keçirmiş, müxtəlif mövzularda seminarlar vermişlər.Keçən ildə təşkil etdiyimiz tədbirlər arasında ən yaddaqalanıCümhuriyyətə işıq saçan qadınlarmüsabiqəsi oldu desək, yəqin ki, yanılmarıq. Ölkə prezidenti cənab İlham Əliyevin 2018-ci iliCümhuriyyət ilielan etməsindən sonra MİMTA fondu olaraq biz bu işə öz töhfəmizi vermək məqsədilə belə bir böyük müsabiqə təşkil etməyi məqsədəuyğun gördük. Cümhuriyyətin 100 illiyi ulu öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil edilən bu müsabiqəyə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası Qadınlar Şurası da qatıldı beləcə, ölkə səviyyəsində böyük bir müsabiqənin keçirilməsinə nail olduq.Adından da göründüyü kimi, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidmətləri olan xanımların həyat yaradıcılıq yollarının işıqlandırılması məqsədi daşıyırdı bu sahədə bir ilk idi. Bu baxımdan müsabiqəyə maraq böyük oldu. Respublikamızın əksər bölgələrindən müxtəlif ixtisas sahibi olan araşdırmaçıların həvəslə müsabiqəyə qatılması nəticəsində 98 araşdırma yazısı qəbul edildi. Ölkəmizin sayılan ziyalılarından ibarət münsiflər heyəti tərəfindən (şəffaflığı qorumaq məqsədi ilə anonim şəkildə) qiymətləndirilən araşdırma yazılar arasından qaliblər seçildi. 50 balı keçən 67 araşdırma isə kitab şəklində nəşr olundu. 6 may 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Mərasimdə çıxış edən millət vəkilləri, hökumət nümayəndələri, ictimai-siyasi xadimlər müsabiqəni yüksək qiymətləndirərək bildirdilər ki, bu araşdırma yazılarının toplu şəkildə nəşri Azərbaycan dövlətçilik qadın hərəkatı tarixinə böyük töhfədir.

 

Cümhuriyyət iliərəfəsində keçirdiyimiz tədbirlər arasında MİMTA fondunun təsis etdiyiFüyuzatjurnalının Bakı Atatürk Liseyinin şagirdləri arasında təşkil etdiyi “100 yaşlı Cümhuriyyətimadlı inşa müsabiqəsi əlamətdar oldu. Gənc nəsildə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə təşkil edilən bu müsabiqə 5–7 8–10-cu siniflər arasında olmaqla 2 kateqoriyada keçirilirdi ki, buraya ümumilikdə 45 inşa yazısı təqdim edildi. MİMTA fondunda təşkil edilən mükafatlandırma mərasimində qalib yerləri tutan tələbələrə, eləcə bütün iştirakçılara fond tərəfindən hədiyyələr, müvafiq sertifikatlar təqdim olundu. Tədbirdə çıxış edən qonaqlar bildirdilər ki, “Füyuzatjurnalının zaman-zaman təşkil etdiyi belə müsabiqələr gənc nəsildə vətən sevgisini, Azərbaycançılıq ideologiyasını formalaşdırır, onların qəlbində Cümhuriyyət qurucularına dərin ehtiram hissi yaradır.Ötən il təşkil etdiyimiz tədbirlər arasında Qaradağlı faciəsinə həsr olunmuş tədbiri qeyd edə bilərik. 1992-ci il Fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində erməni işğalçılarının törətdiyi faciəyə həsr edilmiş tədbirdə bir kəndin sakinlərinin torpaq, vətən uğrunda düşmənə qarşı mübarizəsi faciə şahidlərinin dilindən təsvir edilib. Tədbirdə Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş şəhid N.Zeynalovun həyat yoldaşı müharibənin canlı şahidi, Xocəvənd rayon məktəbinin tarix müəllimi Xuraman Zeynalovanın xatirələri dinlənilib. O, kənd sakinlərininqoca, uşaq, qadın fərq etmədən kəndin mühafizəsindəki qəhrəmanlıqlarından, son ana qədər mübarizə aparmalarından danışıb. Şahid, ermənilərin əsir götürülmüş kənd sakinlərinə qarşı ağlasığmaz amansızlıqlarından söz açıb, bu mübarizədə qadınların fədakarlığını, onların kəndin müdafiəsində kişilərlə çiyin-çiyinə cəsurluğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq 77 şəhid verdiyini qeyd edib. O həmçinin ermənilərin 1905-1907 1918-ci illərdə kəndə hücum etdiklərini xatırladıb. Çıxış edən qonaqlar da belə tədbirlərin zaman-zaman keçirilməsinin önəmindən söz açaraq bildirdilər ki, bu hadisələrin xatırladılması insanlarımızda Qarabağ yarasının unudulmaması, vətən sevgisinin canlı saxlamansını təmin edir.Fondumuz baxımından ötən ilin mühüm hadisələrindən biri Bakı Dövlət Universiteti ilə MİMTA fondu arasındaFüyuzat mərkəzi”nin yaradılması haqqında müqavilə bağlanması oldu. BDU-nun Jurnalistika fakültəsində açılacaq mərkəz tələbələrin yazıçı, şair, alim ictimai xadimlərlə görüşlərini, seminarlar dəyirmi masalar təşkil etməklə elmi-mədəni inkişafına dəstək vermək, beləliklə onları cəmiyyətə daha da faydalı vətəndaşlar kimi hazırlamaq məqsədilə təşkil edilmişdir. Bundan əlavə, “Füyuzat mərkəzi” MİMTA Fondu tərəfindən təmin edilmiş müasir kompüter avadanlıqları vasitəsilə tələbələrin jurnalistik fəaliyyətlərinə dəstək vermək məqsədi daşıyır. Hazırda mərkəzin təmiri avadanlıqla təminolunma işi tam başa çatdırılıb yaxın vaxtlarda rəsmi açılışı nəzərdə tutulur.

 

Pərviz Əmirov

Respublika.- 2019.- 30 matr.- S.5.