Nazir Əbülfəs
Qarayev İranın Mədəniyyət və
İslami Əlaqələr
Təşkilatının sədri
ilə görüşüb
Mayın
1-də Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan
İran İslam Respublikasının Mədəniyyət və
İslami Əlaqələr Təşkilatının sədri
Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan
nazir Əbülfəs
Qarayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin
xalqlarımızın əsrlər
boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirdi.
Qeyd etdi ki, bu gün
iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq
əlaqələri inkişaf
edir.
Sədr Abuzər İbrahimi
Türkaman öz növbəsində bu gün dövlətlərimiz
və xalqlarımız
səviyyəsində, ölkələrimiz
arasında qarşılıqlı
hörmətə və
dostluğa əsaslanan
əlaqələrin yaradılmasından
məmnunluğunu ifadə
etdi. Həmçinin, İranda Azərbaycan
Mədəniyyəti Günlərinin
ən yüksək səviyyədə keçirilməsi
üçün İran
tərəfinin bütün
səylərini əsirgəmədiyini
deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin
ölkəmizdə İran
Kinosu Günləri və İran İslam Respublikasının Mədəniyyət
Günlərinin təşkil
olunması üçün
hər cür şərait yaratmasını
yüksək qiymətləndirdi.
İran İslam Respublikasının
Azərbaycandakı səfiri
Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət
Mərkəzinin direktoru
Əsgər Farsinin də iştirak etdiyi görüşdə
gələcək illərdə
birgə kino həftələri, mədəniyyət
günlərinin keçirilməsi
ilə bağlı fikir mübadiləsi
aparıldı.
Nazir Ə.Qarayev bu
kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət
təsir göstərəcəyini,
mədəni əlaqələrin
daha da sıx
inkişafına təkan
verəcəyini bildirdi.
İrandakı tədbirlər
çərçivəsində görüşlərini xatırladan nazir
bu əməkdaşlığın
ikitərəfli əlaqələrin
daha da inkişafına
vəsilə olacağını
qeyd etdi. İran kino mütəxəssisləri ilə
birgə layihələrdən,
İranda təşkil
edilən Fəcr festivalında Azərbaycan
teatrının uğurlu
iştirakından söz
açan Əbülfəs
Qarayev mədəniyyətin
digər sahələrində
birgə əməkdaşlığın
perspektivlərini də
diqqətə çatdırdı.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumlarında İran İslam Respublikasının hər
zaman yaxından iştirakını vurğulayan
nazir nümayəndə
heyətini cari ilin 27 sentyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq
kitab sərgi-yarmarkasında
iştiraka dəvət
etdi.
İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman bu kimi görüşlərin
qarşılıqlı əməkdaşlığın
möhkəmlənməsi işinə
töhfə verdiyini vurğuladı və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə etdi.
Qeyd edək
ki, Abuzər İbrahimi Türkamanın
rəhbərlik etdiyi nümayəndə heyəti
V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə
səfərdədir.
Respublika.- 2019.- 2 may.-
S.3.