"Vindzor
Kral Atçılıq
Şousu”na yekun vurulub
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
əfsanəvi kraliçası
Viktoriyanın şərəfinə
təşkil olunmuş
və bütün dünya at sevərlərinin
böyük marağına
səbəb olmuş
“Vindzor Kral Atçılıq Şousu”na yekun vurulmuşdur.
Dövlət Sərhəd Xidmətinin
Mətbuat Mərkəzindən
“İki sahil”ə verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq
Federasiyasının təşkilatçılığı
ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində süvarilər
dəstəsinin və
rəqs ansamblının
təqdim etdiyi “Azərbaycanın kəlağıyısı
və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş
Krallığının taxt-tacının
sahibi, Ülyahəzrət
II Elizabetin, kral ailəsinin üzvlərinin
və digər tamaşaçıların xüsusi
marağına səbəb
olmuşdur.
Şou aparıcısının təmsilçilərimizin
möhtəşəm çıxışını
öncələyən təqdimatında
şou-kompozisiyanın əsas
elementlərindən birini
təşkil edən
1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının
hələ iki əsr öncə - 1851-ci
ildə Londonda keçirilmiş böyük
sərgidə şahzadə
Albert tərəfindən öz
həyat yoldaşı
Kraliça Viktoriyaya hədiyyə edilməsini
vurğulaması böyük
diqqətlə qarşılanmışdır.
Qədim
Vindzor qəsrinin ərazisində keçirilən
bu tədbirdə Azərbaycan nümayəndə
heyətinin nümayiş
etdirdiyi şou-kompozisiyanı
hər gün on minlərlə insan canlı izləmiş, televiziya vasitəsilə milyonlarla tamaşaçı
ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə,
süvarilərimizin hünər
və igidliyinə, rəqqaslarımızın çılğın
və hərarətli
rəqslərinə heyran
olmuşlar. Böyük
Britaniyanın nüfuzlu
“Dailymail.co.uk” internet portalı “Vindzor Kral Atçılıq
Şousu”na həsr etdiyi reportajında Azərbaycanın Qarabağ
atlarının iştirakı
ilə nümayiş etdirilən şou-kompozisiyaların
Kraliça II Elizabetin
ən sevimli tamaşalarından olmasını
xüsusi qeyd etmişdir.
11 may tarixində tədbirdə
iştirak edən Ülyahəzrət II Elizabet
“Azərbaycanın kəlağayısı
və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə
heyətinin üzvlərini
– Azərbaycan Atçılıq
Federasiyasının vitse-prezidentləri
Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini
qəbul etmişdir. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi
Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər
iştirak etmişlər.
Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət
II Elizabetə hədiyyə
kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təsvir
edilən Bahar qızının Azərbaycanın
qədim Novruz bayramının simvollarından
biri olması, kəlağıyının üzərində
təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilmişdir.
Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş
etdirdikləri möhtəşəm
şou-kompozisiyaya, rəsm
əsəri və milli kəlağayının
hədiyyə edilməsinə
görə dərin minnətdarlığını bildirmişdir
Respublika.- 2019.- 14 may.- S.7.